Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Türkiyə lirəsi rekord həddə ucuzlaşıb

Türkiyə lirəsi rekord həddə ucuzlaşıb

 

Bu gün Türkiyənin milli valyutası - lirə ABŞ dolları qarşısında rekord həddə ucuzlaşıb

Yenixeber.org:  Gecə saatlarında dünya valyuta bazarında 1 dollar 4,03 lirəyə bərabər olub.

Bu isə Amerika valyutasının lirə ifadəsində indiyə qədər qeydə alınmış ən yüksək həddidir. Bununla belə, tədricən TRY/USD nisbəti azalıb və hazırda 3,95 ətrafında dəyişir.

Lirənin dəyərini itirməsi ilə bağlı danışan Türkiyə baş nazirinin müavini Mehmet Şimşek bildirib ki, lirənin dəyərini itirməsi davamlı olmayacaq: "İnflyasiyanın tək rəqəmli olacağına inanırıq. Lirənin dəyərini itirməsi bir az iqtisadi proseslər, bir az da Türkiyədəki və xaricdəki hadisələrlə bağlıdır".

Türkiyənin baş naziri Binəli Yıldırım məsələ ilə bağlı qeyd edib ki, məzənnədə dalğalanmalar ola bilər, lakin təsiri məhdud və müvəqqətidir.

"Japon FPG Securities" şirkətinin baş icraçı direktoru Koji Fukaya lirənin dəyər itirməsinin Yaponiyadakı investorların müdaxiləsi ilə əlaqədar olduğunu bildirib.

"PSG Kapital" investisiya şirkətinin direktor müavini, maliyyə analitiki Cəfər İbrahimli "Report"a açıqlamasında deyib ki, türk lirəsinin kəskin ucuzlaşması bir neçə amillə bağlıdır: "İlk növbədə, nəzərə almaq lazımdır ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən gün keçirilmiş iclasında uçot dərəcəsi 1,5%-dən 1,75%-ə qaldırılıb. Bu qərar daha çox inkişaf etmiş ölkələrin iqtisadiyyatına mənfi təsir edir və onların milli valyutasının məzənnəsini zəiflədir. Dolların bahalaşması ABŞ-ın qiymətli kağızlarına marağı artırdığından investorlar qeyri-dollar valyutası, o cümlədən türk lirəsi ilə buraxılmış maliyyə alətlərindən imtina edir. Üstəlik Türkiyənin xarici balansında kəsir var. Bu isə, öz növbəsində, lirəyə təzyiqləri artırır".

Bundan başqa, onun sözlərinə görə, Yaxın Şərq regionunda geosiyasi vəziyyətin dəyişməsi də lirənin məzənnəsinə mənfi təsir etməkdədir: "Suriyada vəziyyətin sabitləşdirilməsindən sonra İraqa qoşun yeritmək barədə qərar gözlənilir ki, bu da Türkiyə iqtisadiyyatına olan inama mənfi təsir göstərir".

Bununla belə, iqtisadçı-ekspert türk lirəsinin bundan sonra da kəskin ucuzlaşacağını, dolların məzənnəsinin 4,5-5 lirəyə çatacağını gözləmir. Onun fikrincə, Türkiyədə dolların qiyməti "üzən məzənnə" rejimində müəyyən edildiyi üçün ölkə iqtisadiyyatı yaranmış yeni vəziyyətə tədricən uyğunlaşacaq və məzənnə tənzimlənəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam