Son 10 gün ərzində Türkiyənin milli valyutası - lirə dollar qarşısında 16% dəyərdən düşüb.
Yenixeber.org: Mart ayının 21-də dolların məzənnəsi 7,21 lirə olduğu halda bu gün 8,38 lirəyə yüksəlib.
Manatın məzənnəsi dollar qarşısında sabit qaldığı üçün lirənin məzənnəsi manat qarşısında da ucuzlaşıb. Belə ki, son 10 gün ərzində lirə manat qarşısında 13% dəyərdən düşüb. Mart ayının 21-də 1 lirə 23 qəpiyə bərabər olduğu halda, bu gün 20 qəpiyə bərabər olub.
Onu da bildirək ki, bugünə kimi Türkiyə lirəsi manat qarşısında heç vaxt bu həddə qədər ucuzlaşmayıb. Lirə manat qarşısında ən yüksək səviyəyə isə 14 mart 2016-cı il tarixində yüksəlib. Həmin tarixdə 1 lirə 57,9 qəpik olub.
Lirənin dollara nisbətən ucuzlaşması Türkiyənin əsas ticarət tərəfdaşı kimi Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?
Bildiyimiz kimi, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Gömrük Komitəsinin açıqladığı sonuncu məlumata görə, bu ilin ilk 2 ayı ərzində Türkiyədən 238,5 milyon dollar dəyərində məhsul idxal olunub ki, bu da ümumi idxalın 14,8%-ni təşkil edib. Türkiyə Rusiyadan sonra Azərbaycana ən çox məhsul ixrac edən 2-ci ölkə olub.
Manatın məzənnəsinin lirə qarşısında bahalanması Türkiyədən gətirilən məhsulların ucuzlaşması deməkdir. Məsələn, 10 gün əvvəl Türkiyədə dəyəri 100 lirə olan paltar üçün 23 manat ödəyirdiksə, bu gün eyni paltara 20 manat ödəyirik.
Lakin onu da qeyd edək ki, Türkiyədə qeydə alınan inflyasiya ölkə daxilində qiymətlərin yüksəlməsinə səbəb olur. 10 gün əvvəl 100 lirəyə satılan məhsulu, bu gün eyni qiymətə almaq mümkün olmaya bilər. Türkiyədə qiymət artımı məzənnə dəyişikliyindən yüksək olmadığı müddət ərzində lirənin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün əlverişlidir.
Lirənin manat qarşısında ucuzlaşması Azərbaycanda işləyən Türkiyə vətəndaşları üçün də sərfəlidir. Daha doğrusu manatla əldə etdikləri gəlirləri dollar çevirərək Türkiyəyə göndərənlərin məzənnə dəyişikliyi səbəbindən real qazancları artırmış olur.