Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Almaniyada azərbaycanlı ailəyə hücum olub-SƏBƏB

Almaniyanın Drezden şəhərində azərbaycanlı ər-arvada tramvayda ksenofobiya zəminində hücum edilib.

Yenixeber.org: Alman mediası xəbər verir ki, 54 yaşlı yerli sakin ər-arvada hücum edərək onları təhqir edib və fiziki xəsarətlər yetirib. Rəsmi informasiyaya görə bu şəxs psixi xəstədir.

Bildirilir ki, hücum edən şəxs əvvəlcə tramvayda miqrantların ünvanına söyüşlər söyüb, onların ötən həftənin cümə günü nəvələri ilə dalaşdığını bildirib. Daha sonra 67 yaşlı azərbaycanlı kişinin sifətindən zərbə endirib, zərbədən onun alnı çapılıb. Habelə hücum edən şəxs 66 yaşlı azərbaycanlı qadının saçından tutaraq yerə yıxıb, nəticədə qadının sifəti və dizi əzilib. Drezden prokurorluğu və polisi hadisəni araşdırır, şəxs barəsində xəsarət yetimə və təhqir maddələri ilə təhqiqat aparıldığı bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam