Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

AZƏRBAYCANIN BÖLÜNMƏSİNDƏN 208 İL KEÇİR - Bədnam müqavilənin bağlandığı gündür+ VİDEO

Oktyabrın 12-də tarixi Azərbaycan torpaqlarını ikiyə bölən “Gülüstan müqaviləsi”nin bağlanmasından 208 il ötür.

Yenixeber.org: 1813-cü ilin 12 oktyabr tarixində imzalanan həmin müqavilə ilə Azərbaycan Rusiya ilə İran arasında bölündü. Həmin tarixdə Gülüstan kəndində bağlanan, birinci Rusiya-İran müharibəsinin başa çatmasını bildirən müqavilə tarixə imzalandığı yerin adı ilə – “Gülüstan müqaviləsi” kimi yazılıb.

Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbülhəsən xan, Rusiya tərəfdən isə imperiyanın Gürcüstandakı komandanı Nikolay Ratişev imzalayıb. Bu sülh müqaviləsinin şərtlərinə əsasən, Azərbaycanın şimalındakı xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərti ilə yerdə qalan bütün xanlıqlar, yəni Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ və Şəki Rusiya İmperiyasına verilib.

 

 

208 il öncə Azərbaycan türklərini iki yerə ayıran “Gülüstan” müqaviləsi xaqımızın həyatında dəhşətli hadisələr üçün pis başlanğıc oldu. Fars və rus işğalçılığına qarşı dura bilməyən xalqımızın aqibətinə ayrılıq, parçalanma yazıldı. Farslarla ruslar 410 min kvadratkilometrlik ərazimiz olan dövlətçilik imkanımız, tarixi torpaqlarımızı şəxsi malları kimi öz aralarında böldülər.

Yurdumuzu 11 maddədən ibarət müqavilə ilə bölən bu iki yad dövlət öz aralarında savaşa son qoymaq üçün bundan sonra əbədi dostluq şəraitində yaşayacaqlarına söz də verdilər. Həmin dostluq bu gün də davam edir. Beləliklə, bütöv Azərbaycan iki yerə parçalandı və ən acınacaqlısı isə müqavilə imzalanarkən Azərbaycandan, yəni bölüşdürülən torpaqdan kimsə orada iştirak etmədi.

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam