Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Erməni maşınları rədd olur gedir, bizi saxlıyırlar...”-FOTOLAR/VİDEO

Yenixeber.org: İrandan Ermənistan yük daşıyan və Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində Azərbaycanın qurduğu polis postunda saxlanılan güney azərbaycanlı sürücülərdən müsahibə almışıq.  Azərbaycan dilində kifayət qədər yaxşı danışan müxbirimiz Aleksey Manvelyan həmin sürücülərdən bir neçəsi ilə Yerevanın mərkəzi küçələrindən birində söhbətləşib.

Sürücülər danışırlar ki, Azərbaycan tərəfi onlardan yol vergisi tələb etdiyi üçün alternativ yoldan-Tatev yolundan istifadə ediblər. Həmin yol isə ağırtonnajlı yük avtomobilləri üçün yararsız olduğundan maşınları sıradan çıxıb. “Azərbaycan bizdən 380 dollar pul istəyir, 250 gələn baş, 130 da gedən baş. Biz də hey belə pulu versək özümüzə bir şey qalmaz, elə o qədər pul almışıq ki, yük gətirək bura...”,-sürücülərdən biri deyir.

 

“8 kilometr yola görə 380 dollar torpaqbasdı istəyirlər, 8 kilometrə görə o qədər pul istəmək olar?”,-digər sürücü söhbətə qoşulur.

Sürücülər onu da deyirlər ki, bu günlərdə iki iranlı sürücü Azərbaycan polisi tərəfindən saxlanılıb. “Yükü gətirib bura boşaldıblar, deyiblər gedək Qərabağa. Yükü boşaldıb geri qayıdıblar İrana, təzədən bura yük vurublar, gələndə tutublar, nömrələrini yazıbmışlar...”,-sürücülərdən biri bildirir.

Həmin reportajı təqdim edirik:(BBC News/ Azərbaycanca)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam