Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilər -İrandan yük daşınması üçün yeni yola əl atır

Ermənilər Azərbaycan torpaqlarından keçib rüsum ödəmək istəməyən iranlı TIR sürücüləri üçün yeni yol fikirləşib.
Yenixeber.org: "News.am" xəbər verir ki, Gorus-Qafan yolundan istifadə edə bilməyən iranlı sürücülər altenativ yolla Ermənistana daxil olmağa cəhd edib. Ancaq, dağlıq ərazi və küçələrin dar olmasına görə, TIR-lar Ermənistana gedib çıxmaqda ciddi çətinliklə üzləşib. Bu səbəblə irandan gələn yüklər yolun müəyyən hissəsinə qədər çatdırılır. Daha sonra xırda yük maşınları ilə Ermənistana daşınır. Bu barədə yükdaşıma şirkətinin rəhbəri Qaqik Ağacanyan deyib. O həmçinin bildirib ki, TIR-ların alternativ yolla maneəsiz hərəkət etməsi üçün küçələrin genişləndirilməsi kifayət etməyəcək: “Yeganə yol dağlıq ərazidə tunellər, keçidlər və körpülər tikilərsə, bu məqsədə nail olmaq mümkündür. İndi yol tikintisilə bağlı açıqlama verirlər. Nə tikmək istədiklərini, yolun hara gedəcəyini bilmirəm. Lazım olan pulun məbləği də olduqca yüksəkdir. Ancaq, yol tikilməlidir, həyati önəm kəsb edir”.

Xatırladaq ki, Ermənistan tərəfindən verilən açıqlamada Gorus-Qafan yoluna alternativ yolun tikintisi üçün 1 milyard dollardan çox vəsaitin lazım olduğunu bildirilmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam