Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"Borcundan" çıxmaq üçün kimlərinsə əlinə fürsət düşüb...

 

Hər şeyin, o cümlədən özgə dəyirmanına su tökməyin də, bir zamana ehtiyacı olduğunu və BU ÖLKƏNİN BİZİM OLDUĞUNU unutmayın!

Yenixeber.org: Həmişə siyasətdə söyüşün, insanın, xüsusilə də xalqın, ləyaqətinə toxunan, onu aşağılayan ifadələrin işlədilməsinin əleyhinə olmuşam və bunları acizlik əlaməti hesab etmişəm. Belə ifadələri işlədənləri aciz, zəif, qorxaq hesab etmişəm. Söyüşə, təhqirə söyüşlə, təhqirlə cavab verməyin düzgün olmadığı qənaətində olmuşam, indi də bu mövqedəyəm. Bu nöqteyi-nəzərdən İsfəndiyar Vahabzadənin V. Jirinovskinin Azərbaycan xalqı və dövləti barədə sərsəm fikirlərinə görə rus xalqını donuz adlandırmasını düzgün hsab etmirəm. Əslində V. Jirinovskinin özü hər cür "epitetə" layiqdir və İ. Vavabzadə təkcə onun haqqında bu ifadəni işlətsəydi bəlkə də onun bu şəxsə nifrətini başa düşmək olardı. Amma mən başqa bir məsələyə diqqət çəkmək istəyirəm. Mən, ümumiyyətlə İ.Vahabzadənin bütövlükdə sərgilədiyi mövqeyi dəstəkləmirəm, bir çox fikirlərini də yanlış hesab edirəm. Ancaq rus xalqı haqqında işlətdiyi yanlış ifadəyə görə onun üzərinə KİV-də total hücumu da başa düşmürəm. İ.Vahabzadəyə "hücum edənlərdən" soruşmaq lazımdır, V.Jirinovski Azərbaycan xalqını qoyun adlandıranda-"H.Əliyevin 9 milyon qoyunu var" deyəndə harada idiniz? Və ya hansı rus siyasətçisi, təmsilçisi bu ifadəyə görə Jirinovskinin "üstünə getmişdi"? Ona görə də həm İ.Vahabzadənin rus xalqı haqqında dediklərini, həm də buna görə ona olan hücumları doğru hesab etmirəm. Hesab edirəm ki, İ.Vahabzadənin işlətdiyi ifadəyə görə Azərbaycan XİN-nin yaydığı məlumatla kifayətlənmək olardı. Amma görünür növbəti dəfə ruslara yarınmaq üçün kimlərinsə əlinə fürsət düşüb...milçəkdən fil düzətmək, gündəmi dəyişmək, Rusiyanın “sülhməramlı”adı altında Azərbaycan torpaqlarını işğal edib burada möhkəmlənmək üçün min oyundan çıxdığından, erməni terrorçularını dəstəklədiyindən, erməniləri təxribatlara təhrik etdiyindən, 10 noyabr 2020-ci il tarixli üç tərəfli sazişdə nəzərdə tutular tədbirlərin həyata keçirilməsinə mane olduğundan, nəzarət etdikləri ərazilərdən erməni terroçularının Azərbaycan silahlı qüvvələrinə atəş açmasına göz yumduğundan və “sülhməramlı” missiyasına kökündən zidd olan digər hərəkətlərindən diqqəti yayındırmaq istəyirlər. Belələrindən (xüsusilə də rus trollarından) soruşmaq lazımdır-Siz kimin dayısı oğlusunuz cənablar? Siz 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm qələbəni həzm edə bilməyənlərin revanş hissi ilə alışıb-yandığını, erməni faşistlərinin əli ilə öz məkirli niyyətlərinə çatmaq istəyənlərin bəyanatlarını, təxribatçı hərəkətlərini, ölkəmizdə qarışıqlıq yaratmaq cəhdlərini görmürsünüzmü? Hər şeyin, o cümlədən özgə dəyirmanına su tökməyin də, bir zamana ehtiyacı olduğunu və BU ÖLKƏNİN BİZİM OLDUĞUNU unutmayın!

Teyyub Qənioğlu: xüsusi olaraq yenixeber.org üçün


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam