Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Solovyov da, Jirinovski də qulağının dibini görər...” – Diplomatdan Vahabzadəyə dəstək

“Solovyov da, Jirinovski də qulağının dibini görər...” –  Diplomatdan Vahabzadəyə dəstək

Bu sözləri  siyasi xadim, Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu Xeyrəddin Qoca deyib.

Yenixeber.org: Sabiq baş konsul bildirib ki, bu gün ölkədəki rusbaşlılar İsfəndiyar Vahabzadənin əleyhinə kampaniya başlatmaq qüdrətində deyillər:

“İsfəndiyar Vahabzadənin əleyhinə kampaniya başladıldığını düşünmürəm. Heç elə bir şeyin ola bilmə ehtimalı da yoxdur. Çünki kampaniya aparanların elə bir qüdrəti yoxdur ki, İsfəndiyar Vahabzadəyə cavab versinlər.

Bəli, doğrudur ki, İsfəndiyar Vahabzadə elə bir ifadə işlədib. Amma vaxtilə donuza oxşayan Jirinovski Azərbaycan xalqına qoyun deyib. Onda niyə demirdilər ki, Jirinovski Azərbaycan xalqını təhqir edib? Bu gün çıxış edən rusbaşlar onda niyə çıxış etmirdilər? Niyə demirdilər ki, Jirinovski, səni həbs etmək, 50 il Azərbaycana qoymamaq lazımdır?

Mən bu gün yazmışam ki, Jirinovski 100 il Azərbaycana gəlməsin. Bütün insanlar da mənlə razıdır, heç kim etiraz etməyib. Solovyov haqqında da yazmışam ki, donuz Jirinovskiyə oxşayan Solovyov kimdir ki, “İsfəndiyar Vahabzadə gəlsin, burada mühakimə olunsun”,-deyir?”.

Həmsöhbətimiz rusların Azərbaycana yanaşmasının həmişə bəlli olduğunu vurğulayıb:

“Azərbaycan Xarici İşlər Nazirliyi yazır ki, İsfəndiyar Vahabzadə bizim diplomat deyil. Amma reallıq odur ki, Xarici İşlər Nazirliyindən bunu soruşan yoxdur. XİN özünü sığortalayır və Rusiyanın qarşısında hesabat verir. Ayıb deyil?

İsfəndiyar Vahabzadə elə indi də diplomatdır. Onun diplomat rütbəsi hələ də qalır. Xarici İşlər Nazirliyi belə bəyanat yaymaqla savadsızlığını büruzə verir. İndi ki azad söz vaxtıdır, mən də öz fikrimi deyirəm.

Bir neçə gün əvvəl Jirinovski Azərbaycan xalqını aşağılayıb, təhqir və təhdid edib. “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramında Azərbaycan dövlətçiliyi və rəhbərliyinin ünvanına qərəzli və təhqiramiz fikirlər səsləndirib. Azərbaycan Xarici İşlər Nazirliyi də Rusiya Federasiyasinin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb və bunu onun diqqətinə çatdırıb. Diqqətinə çatdırmaq isə azdır, nəsə iş görmək lazımdır ki, Jirinovski bir də bu addımı atmasın. Bu şeyləri etməmək bizim zəifliyimizi göstərib. Aydın  məsələydi ki, biz müvəqqəti işlər vəkilini döyəsi deyildik, onun diqqətinə çatdırmalıydıq, amma işi davam etdirmək lazım idi”.

Dilomat diqqətə çatdırıb ki, Rusiyanın bizə qarşı bu münasibətini İsfəndiyar Vahabzadə yaratmayıb:

“İsfəndiyar Vahabzadəyə heç min il də Rusiya lazım deyil. Heç bizə də lazım deyil, kimə lazımdırsa, onlar baş qoşsunlar. Biz dövlətçiliyi gözəl bilirik. İnsanlar İsfəndiyar Vahabzadəni təqdir edirlər. Onun əleyhinə kampaniya aparmaq istəyənlər Rasim Musabəyov kimilərdir. Onların babaları Qəzənfər Musabəyov, Əliheydər Qarayev Azərbaycan xalqının satqınları olublar. Musabəyovun Milli Məclisdə işi yoxdur. Bu rusbaşlılar rədd olub Azərbaycandan getməlidirlər. Rusların bizə nə xeyiri var axı? İndi də sülhməramlı adı ilə erməniləri bizə qarşı qaldırırlar, hücumlar edirlər. Elə sülhməramlılar da rədd olmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam