Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Biri Musabəyovun nəvəsi, biri Bəxtiyar Vahabzadənin oğludur… –MÖVQE

 

Rasim Musabəyovun İsfəndiyar Vahabzadə ilə bağlı işlətdiyi “bambılı” kəlməsi ziyalıya, millət vəkilinə, siyasətçiyə yaraşan ifadə deyil, amma belə görünür ki, Rasim Musabəyova yaraşdırmaq olar.

Yenixeber.org: Bu fikirləri VHP Siyasi Şurasının üzvü Faiq Balabəyli Azərbaycanın Belarus, Moldova və Pakistandakı sabiq səfiri İsfəndiyar Vahabzadənin Rusiya Liberal Demokratik Partiyasının sədri, Rusiya dumasının üzvü Vladimir Jirnovskinin Azərbaycan xalqını bütünlüklə təhqir etməsinə, ölkə başçısı İlham Əliyevin ünvanına təhdidedici fikir səsləndirməsinə cavab olaraq söylədiyi fikirlərə millət vəkili R.Musəbəyovun reaksiyasına münasibət bildirərkən deyib.

“Hər kəsə yaxşı məlumdur ki, İsfəndiyar Vahabzadə bir qədər kəskin bəyanat versə də, əslində Jirinovski və digər rus siyasətçilərinin Azərbaycan və Türkiyə əleyhinə səsləndirdiyi fikirlərlə müqayisədə çox yumşaq danışıb.

Musəbəyov və müsəbəyovkimilərin İ.Vahabzadənin özgürlüyünə Azərbayvcan sevərliyinə qarşı belə cılız və daşıdıqları titula yaraşmayan fikirlər səsləndirməsini iki cür xarakterizə etmək olar. Birincisi, ya bunlara tapşırıblar ki, səni deputat ona görə seçmişik ki, belə məqamlarda “xoda” düşəsən və özümüzə qarşı tənqid və təhqir ifraz edəsən.
İkincisi, ya da bu insanların xislətində yarınmaq, başqasının xoşuna gəlmək üçün özümüzə balta çalmaq, aşağılamaq var.
Yəqin ki, heç kəs unutmayıb, Rasim Musabəyov çox uzaq olmayan vaxtda Türkiyəyə də qarşı insanlarımızın ürəyincə olmayan, içindən gələn ifadələr işlətmişdi.
Həm də ot kökü üstə bitər, deyiblər. İsfəndiyar Vahabzadə miulli şairimiz Bəxtiyar Vahabzadənin oğludur, Rasim Musabəyov boşevik, Rusiyapərəst Qəzənfər Musabəyovun nəvəsidir”, – deyə Faiq Balabəyli fikrini yekunlaşdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam