Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsfəndiyar Vahabzadənin 50 il Rusiyaya girişi qadağan edilib

 Rusiya Daxili İşlər Nazirliyi Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadənin "İnternetdə millətlərarası ədavəti qızışdıran açıq fikirlərə görə" 50 il müddətinə Rusiya ərazisinə girişini qadağan edib.

Yenixeber.org: Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Mətbuat Mərkəzi məlumat yayıb.

Qazaxıstandakı "dil patrulları”nı təşkil edən və rusiyalıları qazaxlara etinasız münasibət göstərməkdə ittiham edən Qazaxıstan vətəndaşı Kuat Ahmetova da analoji qadağa qoyulub.

"Rusiya Daxili İşlər Nazirliyi xəbərdarlıq edir ki, Rusiya, onun sakinlərinə və xaricdə yaşayan həmvətənlərə qarşı destruktiv hərəkətlərə çağıran xarici vətəndaşlar ölkə ərazisinə buraxılmayacaqlar", - məlumatda bildirilir.

Xatırladaq ki, Vahabzadə Vladimir Jirinovskini Azərbaycanın ünvanına təhqirinə cavab olaraq onu "donuz" və "eşşək" adlandırıb. Vahabzadə həmçinin bütün rusların ünvanına təhqir səsləndirib, baxmayaraq ki, Jirinovski yəhudidir.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam