Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Ermənilər Naxçıvanda təxribatlar törətmək üçün Rusiya bankına pul yığır — VİDEO

Ermənilər Naxçıvanda təxribatlar törətmək üçün Rusiya bankına pul yığır — VİDEO

 

Ermənilər əsgərlərinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribat törətməsi məqsədi ilə hərbi avadanlıqların alınmasına dəstək olmaq üçün insanlardan vəsait toplayırlar.

Yenixeber.org: Bu barədə erməni fəal Mika Abadalyan “Telegram” hesabında paylaşım edib.

Vəsaitin yığılması və terror aktının tezləşdirilməsi üçün Rusiyanın “Sberbank” bankında hesab açılıb. Sosial şəbəkələrdə erməni vətəndaşlarına müraciətlər edilir. Abadalyan qısa müddət ərzində 125 min rubl (təxminən 2900 AZN) civarında vəsaitin toplandığını açıqlayıb.

Bu çağırışdan sonra Rusiyada yaşayan azərbaycanlılar “Sberbank”a müraciət edərək Azərbaycan ərazilərinə zərbə vurmaq üçün hərbi avadanlıqların alınması məqsədi ilə vəsaitin toplanmasına icazə verməmələrini tələb ediblər. Həmçinin bildirilib ki, bank hesabında bu məqsədlə vəsait toplamaq Rusiya Federasiyası qanunvericiliyinin pozulmasıdır.

“Sizdən xahiş edirik bank hesabına pul yığılmasının qarşısını almaq istiqamətində təcili tədbirlər görəsiniz. Rusiya sülhməramlılarının Ermənistan və Azərbaycan arasında sülhü təmin etmək üçün şərait yaratdığı günlərdə belə hadisələrin baş verməsi Rusiya tərəfinin səylərinə kölgə salır”, – deyə müraciətdə bildirilib.

Qeyd edək ki, erməni bloqer Mika Abadalyan artıq toplanan vəsaitə hərbi cihazların alındığı və erməni əsgərlərə çatdırıldığı haqda məlumat paylaşıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam