Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Erməni rejissor aclıq aksiyası keçirir

O, vəsait ayrılmayana qədər aclıq aksiyasını davam etdirəcəyini də bəyan edib.

Yenixeber.org: Lentə almaq istədiyi film üçün maliyyə vasitə tapa bilməyən və məmurların süründürməçiliyindən əziyyət çəkən erməni rejissor Ovannes Qalstyan Yerevanın mərkəzində aclıq aksiyası keçirir.

O bildirib ki, digər incəsənət xadimləri də onun aksiyasına qoşulacaq.

Aclıq aksiyasından əvvəl mətbuat konfransı keçirən rejissor yardım üçün vətəndaşlara müraciət edib. Onun sözlərinə görə, Bolqarıstan, Almaniya və Ermənistan birgə layihəsi olan filmin çəkilişləri üçün erməni məmurların ayıracağı 184 min dollar vəsaitin böyük bir hissəsi mənimsənilib. Hətta sabiq mədəniyyət naziri 2017-ci ildə ondan bu vəsaitin 10 min dollarını erməni nümayəndə heyətinin Kann festivalına getməsi üçün tələb edib. Qalstyan hökumətlərarası layihə çərçivəsində ayrılmalı olan pulun verilməyəcəyi təqdirdə beynəlxalq məhkəməyə müraciət edəcəyini də bildirib. O, həmçinin vəsait ayrılmayana qədər aclıq aksiyasını davam etdirəcəyini də bəyan edib.

Erməni rejissor ötən il dekabrın 3-də də aclıq aksiyası keçirib. O vaxt Ermənistan Mədəniyyət Nazirliyi komissiya yaradaraq problemin həll ediləcəyini bildirib. Lakin məmurlar Qalstyanı aldadıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam