Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

İran öz limanlarını Suriya ilə birləşdirmək istəyir -Zəngəzur dəhlizi perspektivinə isə “qısqanc” yanaşır...

Son illər İran və Suriya arasında liman və dəniz əməkdaşlığı ümumilikdə xeyri genişlənib və İslam Respublikası və Suriya limanları (Latakiya) arasında qurulmuş birbaşa əlaqələr bu sahə üzrə münasibətlərin gələcək inkişafı üçün yol açır.

Yenixeber.org: Bu barədə Suriya Birləşmiş Ticarət Palatası iyunun 25-də xəbər verib («Tehran Times»).

İranın liman və dəniz təşkilatında (LDT) da öz növbəsində göstəriblər ki, ticarət əməkdaşlığının inkişafı sektora investisiyaların artmasını tələb edir ki, gəmiçilik şirkətlərinin əməliyyatları yüngülləşdirilə bilsin.

«Ölkənin limanlarında, xüsusilə də İranın cənubunda əməkdaşlıq və bölgənin digər ölkələri ilə dəniz daşımalarının inkişafı üçün yaxşı imkanlar var, ancaq bunun üçün investisiyalara əlavə stimullar vermək qaçılmazdır» - LDT-da qeyd ediblər.

Cari ilin fevralında İran-Suriya Birgə Ticarət Palatasının başçısı Keyvan Kaşefi İranın Bəndər-Abbas və Suriyanın Latakiya limanı arasında birbaşa gəmiçilik əlaqəsini elan edib. İran və Suriya bundan əvvəl İranın Bəndər-Xomeyni (Xuzistan əyalətinin cənub-qərbi) limanının Latakiya limanı ilə İraq üzərindən dəmir yolu ilə birləşməsini nəzərdə tutublar.

Hər iki tərəf hələ 2019-cu ildə bu məsələ üzrə saziş imzalayıb. Sənədlə nəzərdə tutulub ki, İran Şalamça -Bəsrə dəmir yolunu (İranla İraq arasında) çəkir və bunun üzərindən Bəndər-Xameyni limanı sonradan Suriyanın Latakiya limanı ilə birləşdiriləcək.

Göründüyü kimi, İran ölkənin cənubunda dəniz və dəmir yolları əlaqələrini inkşaf etdirməyi düşündüyü bir vaxtda, şimalda - Azərbaycan-Ermənistan sərhədi boyunca nəqliyyat dəhlizinin bərpasına nədənsə görünməmiş «qısqanclıqla» yanaşır ki, bu da molla rejiminin qeyri-dost niyyətindən xəbər verir.

Əcəb müsəlmanlıqdır, deyilmi?

Mirzə AĞ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam