Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Benzinin bahalaşmasının sirri-Görəsən, SOCAR 6 ildən çoxdur bir zavodu niyə tikib, başa çatdıra bilmir?

 

 

İyunun 2-də gecə saatlarında Azərbaycanda benzinin qiyməti növbəti dəfə bahalaşıb. Aİ-95 “Premium” markalı yanacağın qiyməti 1.25 manatdan 1.40 manata, Aİ-98 “Super” markalı benzinin qiyməti isə 1.40 manatdan 1.55 manata çatdırılıb. Qeyd edək ki, “Premium” və “Super” benzinlər Azərbaycanda istehsal edilmir, ölkəyə idxal olunur. Onların qiymətini Tarif Şurası tənzimləmir.

Yenixeber.org: Xatırladaq ki, bu il yanvarın 4-də Tarif Şurasının iclasında ölkədə istehsal edilən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 80 qəpik müəyyən edilmişdi. Onda Aİ-92 benzini 10, dizel 20 qəpik bahalaşmışdı. Bu da ilin əvvəlindən ölkədə bir sıra mal və xidmətlərin, ərzaq məhsullarının dəyərinin 15-40 faiz civarında artmasının səbəblərindən biri kimi göstərilir. 

Rəsmi statistikaya gəlincə, cari ilin yanvar-mart ayları ərzində ölkəyə 26 min 277,71 ton həcmində və 16 milyon 781,15 min dollar dəyərində Aİ-95 markalı benzin idxal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7 % aşağıdır.

Aİ-95 Azərbaycanın xarici bazarda satdığı xam neftdən əldə olunan vəsait hesabına alınır. 2015-ci ilin dekabr ayından etibarən Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi ilə bağlı işlərə start verilib. Layihə çərçivəsində qısa müddət ərzində zavodun illik emal gücünün artırılması və “Euro-5” standartlarına cavab verən yüksək keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulmuşdu. Bu məqsədlə zavodun ilkin emal, katalitik krekinq və katalitik riforminq qurğuları, ümumiyyətlə, zavod təsərrüfatının yenidən qurulması, eləcə də bir neçə yeni qurğunun quraşdırılması planlaşdırılıb. Yenidənqurma tədbirləri çərçivəsində zavodda ilkin olaraq 2018-ci ilin ortalarında yeni bitum istehsalı qurğusunun istismara veriləcəyi proqnozlaşdırılsa da, bu, baş tutmayıb. Zavod hələ də istifadəyə verilməyib. 

Beləliklə, Azərbaycan 6 ildən artıqdır benzin idxalını davam etdirir. Özümüz Aİ-95 istehsal edə bilmədiyimiz üçün onun istehsalına yönəldilməli olan xam nefti xarici bazarda satıb, həmin pula hazır benzin alırıq. Deməli, bahalaşma varsa, öncə biz öz neftimizi baha satmışıq və burada itki yoxdur və ya çox cüzidir. 

Qitmət artımı ilə bağlı SOCAR-dan verilən açıqlamada bildirilir ki, “Premium” və “Super” markalı benzin Azərbaycana idxal olunduqları üçün onların qiymətləri beynəlxalq qiymətdən asılıdır. Şirkətin Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov “Turan”a deyib ki, dünyada neftin və neft məhsullarının qiymətləri artdıqca, Azərbaycanda da benzin növlərinin qiymətləri artır: 

“Dünyada bu növ neft məhsullarının qiymətləri azaldıqca, Azərbaycanda da azalır. Məsələn, pandemiyadan əvvəl “Premium”un qiyməti 1.50 manat olub, pandemiya zamanı neftin qiyməti düşəndə bu rəqəm hər litr üçün 1.10-1.20 manata, sonra 1.25 manata olub. İndi isə bu benzin markasının hər litri 1.40 manata yüksəlib”.

İ.Əhmədovun sözlərinə görə, bu benzin növlərinin qiymətləri istehsalçı ölkədən, istehsalçı zavoddan, onun satdığı qiymətdən asılıdır. O bildirib ki, Aİ-92 və dizel yanacağı ümumi istehlakın 90 faizini təşkil edir: 

“Bu yanacaq növləri Azərbaycanda istehsal olduğu üçün qiymətləri dövlət tərəfindən tənzimlənir. 2022-ci ildən sonra, SOCAR-ın Heydər Əliyev Adına Neft Emalı Zavodunun modernizasiyasının hazırkı mərhələsi başa çatdıqda, Azərbaycanda da Aİ-95 markalı benzinin istehsalı mümkün olacaq. Bundan sonra biz artıq bu yanacaq növünün idxalından asılı olmayacağıq və onun qiyməti də Azərbaycan dövlətinin müəyyən etdiyi qiymətlə tənzimlənəcək”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, bütün ümidlər Heydər Əliyev adına zavodun “Avro-5” standartında yanacaq istehsalına başlamasına bağlıdır. “Daha neyləyə bilərik? Maşınlar “euro” standartda yanacaq tələb edir, bizdə isə onun istehsalı hələ yoxdur. Rəsmi statistikaya görə, Rusiyadan, Belarusdan, Gürcüstandan, hətta İrandan, Türkmənistandan da benzin idxal edirik. Daxili yanma mühərriklərinin Avropada yığışdırılmasına yaxın bizdə də “evropeyski” yanacaq olacaq”, – deyə İ.Şabah istehza ilə vurğulayıb.

Ekspert Bakı Neft Emalı Zavodunun yenidən qurulmasının hədsiz uzandğına işarə edərək Avropanın cənubunda, Afrikanın şimalında, Yaxın Şərqdə və Mərkəzi Asiyada texnoloji baxımdan ən müasir neftayırma zavodu olan STAR zavodunun tikinti fazasının heç 40 ay çəkmədiyini xatırladır: 

“Bu zavodun 11 milyon tona yaxın emal gücü var. Bizə 5 milyon ton emal gücü olan zavod tam yetərli olardı, çünki 80% neft məhsulu – 4 milyon ton alına bilərdisə, bu, həm daxili bazarı təmin edər (2030-da bizə 3 milyon ton lazım olacaq), həm də xaricdə yanacaq satmağa imkan verərdi”.

İ. Şaban qeyd etdi ki, Çində illik emal gücü 500 min -1 mln ton olan zavodu sıfırdan cəmi 1 ilə həm layihələndirir, həm də tikib təhvil verirlər: 

“Azərbaycan 2020-ci ildə 97 min ton Aİ-95, 2,6 min ton isə Aİ-98 markalı benzin idxal edib. Yəni hökumətdə istək olsaydı, 2015-ci ildə Qaradağda mərhələ-mərhələ genişləndirilən neft emalı zavodu tikə bilərdi, özü də çox qısa zamanda. Çünki zavodun yerini artıq SOCAR düzənləyib, kommunikasiya məsələlərini də həll etmişdi”.

İqtisadçı Samir İsmayıl isə bildirir ki, Aİ-95 markalı benzin idxal rüsumlarından və aksiz vergisindən azad olunub. Onun sözlərinə görə,  1 ton benzinin 638,6 dollara idxalını nəzərə alsaq, məlum olur ki, bu yanacaq növü daxili bazara 0.81 AZN-ə başa gəlir: “Bir ton Aİ-95 = 1333 litr təşkil edir. Daşınma, saxlanma xərcləri, YDM-nin marjası heç bir halda malın dəyərinin 70% səviyyəsində ola bilməz”.

S. İsmayıl vurğulayır ki, ümumiyyətlə, bu gün avtomobillərimizin çəninə hansı yanacaq növünün və nə qədər doldurulduğunu da bilmirik:

“Əgər Aİ-95 yanacağına hər hansı “əlavələr” edilmirsə, bu yanacaq növünün standartı mini Avro-3 olmalıdır və daxildə istehsal olunan yanacaqla müqayisədə daha təmizdir. Bu yanacaq növünü təşviq etməkdənsə, onun mütəmadi bahalaşdırılması avtomobilləri aşağı keyfiyyətli benzin istehlak etməyə məcbur edir. Deməli, ətraf mühit və sosial sahəyə daha çox zərər vurulur”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam