Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Yeniyetmələr -bu səbəbdən intihar edir

Yeniyetmələr bu səbəbdən intihar edir
Yeniyetməlik elə bir dövrdür ki, valideynlərin uşaqlarla dost olması, onları dinləməsi vacibdir.
Yenixeber.org: Bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib. Onun sözlərinə görə, səhv və ya düzgün addım atmalarından asılı olmayaraq, yeniyetmələrə dəstək göstərilməlidir. Onların buna ehtiyacı var.

“Bu olmadığı təqdirdə gələcəkdə fəsadlar yarana bilər. Son zamanlar intiharların sayı artıb. Bunun bir səbəbi odur ki, onları evdə dinləmirlər, anlamırlar. Bizim üçün əhəmiyyətsiz olan şey onlar üçün əhəmiyyətli ola bilər. Bu səbəbdən nə qədər xırda detal olsa belə övladlarımızı dinləmək lazımdır”.

A.Zeynalovanın sözlərinə görə, bəzən valideynlər məişət qayğıları ilə məşğul olduğundan və ya evə yorğun gəldiyindən övladlarından məktəbdə nə baş verdiyini soruşmağı unudurlar:

“Qaçaqaç dönəmində, internet əsrində valideynlərin başı iqtisadi məsələlərə qarışdığı üçün uşaqlarla o qədər də maraqlanmırlar. Uşağı sorğu-sual etməyi, günün necə keçdiyini soruşmağı unudurlar”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam