Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Uşağını döyənlərin nəzərinə! - Valideyn hüququndan məhrum edilə bilərsiniz

 

Son günlər paytaxt və regionlardakı orta məktəblərdə müəllim-şagird, eləcə də

valideyn-uşaq arasında olan münasibətlərin heç bir normalara uğun gəlmədiyini əks

etdirən xəbərlərlə rastlaşırıq.

 Belə ki, son günlər qarşımıza çıxan “müəllim şagirdi döydü”, “məktəb direktoru şagirdləri təhqir etdi”, “valideyn uşağına xəsarət yetirdi” başlıqlı xəbərlərə aydınlıq gətirilməsi üçün aidiyyəti orqanlara müraciət etdik. Hər kəsin bildiyi, lakin unutduğu bir məsələni rəsmi olaraq aidiyyəti orqanlar da təsdiqlədi. Nəinki məktəb rəhbərliyinin, heç valideynlərin belə uşaqları döymək, onlara qarşı məişət zorakılığı kimi qəbul ediləcək davranışlar sərgiləməyə haqqı yoxdur. Bu, Azərbaycan Respublikasının Ailə məcəlləsinin müvafiq bəndləri ilə tənzimlənir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildiriblər ki, valideynlər uşaqlara psixoloji təzyiq etməklə, onları intihar həddinə qədər gətirib çıxara bilirlər. 

 Yenixeber.org:Bu barədə fikirlərini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov bölüşüb. 

Onun sözlərinə görə, bu gün valideynləri tərəfindən döyülən uşaqlar haqqında yazılan xəbərlər hələ də gündəmdədir: 

“Valideynlər tərəfindən döyülən uşaqlarla bağlı məsələ bizim də diqqətimizdədir. Problemin görünən tərəfi ondan ibarətdir ki, valideynlər uşaqlarını tərbiyə üsulu kimi məişət zorakılığından istifadə edirlər. 

Bir növ, hesab edirlər ki, zorakılıq tətbiq etməklə uşaqları düzgün tərbiyə edə bilirlər. Amma təəssüf ki, bu, çıxış yolu deyil və komitə yaradılandan biz bu kimi halların qarşısının alınması üçün maarifləndirici tədbirlər görürük. 

Hazırda bu hallarla mübarizə məqasədilə ölkənin 10 rayonunda valideynlik bacarıqlarının artırılması ilə bağlı seminarlar təşkil edilir. Rayon üzrə çoxlu sayda valideynlər bu seminarlara cəlb edilir. 

Bu gün uşaqlara qarşı edilən zorakılıq məsələlərində əsas faktor valideyn məsuliyyətidir. Onlar uşaqlara psixoloji təziyiqlər edərək onların özlərinə qapanmasına səbəb olurlar. Əksər hallarda valideyn doğru addım atdığını düşünsə də, bu hal davam etdikcə uşaqları intihar həddinə qədər gətirib çıxara bilir. Bu səbəbdən də qaynar xəttin yaradılmasına ehtiyac var”. 

S.Məmmədov onu da əlavə edib ki, uşaqlara qarşı zorakılığın qarşısını almaq məqsədilə bölgələrdə xüsusi komissiyalar yaradılmalıdır: 

“Komissiya üzvləri valideynlərlə uşaqlara qarşı edilən müxtəlif növ məişət zorakılıqları haqqında danışıqlar aparır. Bilirsiniz ki, bütün icra hakimiyyətlərinin nəzdində uşaqlara qarşı zorakılıq halları ilə bağlı monitorinq qrupları fəaliyyət göstərir. Bu kimi müraciətlər daxil olduğu zaman biz birbaşa ərazi üzrə icra hakimiyyətlərində yaradılan monitorinq qrupları ilə əlaqə yaradırıq. 

Onlar məsələni araşdırır və çıxış yolları tapılır. Bəzən fikirləşirlər ki, azyaşlıların şikayəti nəzərə alınmır və yetkinlik yaşına çatmayan uşaqların himayədarı olan valideynlər onlarla istədikləri kimi davrana bilərlər. Bu, yanlış fikirdir. Bu məsələdə yalnız valideyn deyil, məktəb direktoru, müəllimlər, məktəb psixoloqu da müəyyən qədər məsuliyyət daşıyır. 

Onlar uşaqlarla daha yaxın münasibətlər qurmalı və onların problemlərini dinləməlidirlər. Çünki, zorakılıq faktları uşaqlarda çox ciddi qorxu yaradır və bunun nəticələri də ağır olur. 

Buna görə də məktəb psixoloqlarına daha ciddi yanaşılmalıdır. Həm valideynlər, həm də məktəb rəhbərliyi uşaqlarla dost kimi olmalıdır. Uşağa nə qədər yaxın olsan, mehriban münasibət göstərsən, bir o qədər də o, öz problemlərini bölüşər və pis vərdişlərə qoşulmaqdan, neqativ hallara meyl etməkdən yayınar. Əgər hər hansı fakt əsasında aparılan araşdırmaların yekun nəticələrində valideynin, həqiqətən də, uşağa qarşı məişət zorakılığı etdiyi, döydüyü məhkəmə prosesində öz təsdiqini taparsa, həmin valideynlər “Ailə məcəlləsini”nin müvafiq bəndinə uyğun olaraq valideyn hüququndan məhrum edilə bilərlər”.(Oxu.Az) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam