Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Valideynlərin qan qrupları uyğunsuzdursa, uşaqların ölü və ya xəstə doğulması təhlükəsi varmı?

 Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov ər və arvadın qan qruplarının uyğunsuzluğu səbəbindən uşaqların vaxtından əvvəl, ölü və ya xəstə doğulması barədə deyilən fikirlərə münasibət bildirib

Yenixeber.org: R.Hüseynovun dediyinə görə, ər və arvadın qan qrupları fərqli ola bilər. Lakin bu fərqlilik uşaqların vaxtından əvvəl, ölü və ya xəstə doğulmasına səbəb olmur. Buna görə də valideynlərin qan qruplarının uyğunsuzluğu səbəbindən uşaqların vaxtından əvvəl, ölü və ya xəstə doğulması barədə deyilənlər düzgün deyil.
Baş mütəxəssis qeyd edib ki, uşağın ölü, vaxtından əvvəl və ya xəstə doğulması digər amillərlə bağlıdır. Uşaq və ananın fərqli qan qrupları, rezus faktoru olduğu hallarda yalnız izoimunnalşma baş verdikdə (ana ilə döl arasında əlaqə yaradan ciftin funksiyası pozulduqda) uşaqlarda bir sıra problemlərə rast gəlmək olar.
R.Hüseynov deyib ki, əgər ananın qanı rezus mənfi, uşağın qanı rezus müsbət olarsa, onda qan uyğunsuzluğu - konflikti baş verə bilər və nəticədə uşağın səhhətində müəyyən problemlər ortaya çıxa bilər.
Nazirliyin baş mütəxəssisi bildirib ki, hazırda hamiləlik müddətində qan uyğunsuzluğu problemi olsa da, onun müalicəsi mümkündür.
Qeyd edək ki, molekulyar genetik Şirxan Musayev də bildirib ki, sovet dövründə "uşağın yarımçıq, ölü doğulmasının və ya düşük olmasının səbəbi ərlə arvadın qanı düz gəlmir, xromosomlarında uyğunsuzluq var" kimi fikirlər daha çox yayılmışdı.
Ş.Musayevin sözlərinə görə, heç bir ölkədə belə diaqnoz qoyulmur:
"Bu gün bu fikir Rusiyada da qəbul olunmur. Təəssüf ki, bizdə hələ də belə uyğunsuzluq diaqnozunu qoyanlar, buna görə müalicə yazan həkimlər var. Bizdə analizlər də göstərir ki, bir-birinə yaxın XY qrupların da normal uşaqları olur. İnkişafdan qalma, düşüklər isə tamam başqa səbəblərdəndir. Buna autoimmun xəstəliklər, xromosom patologiyaları, hətta yumurta və sperma səviyyəsində anormal xromosomlar, CRP paneldə laxtalanma problemi, genetik anomaliyalar səbəb ola bilər".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam