Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Pandemiyadan sui-istifadə?-Məmurlar bir ildir vətəndaş müraciətləri və qəbullarından yayınır

 

Koronavirus pandemiyası bütün dünya ilə yanaşı, Azərbaycana da böyük zərbələr vurub. Çoxsaylı insan tələfatı, sosial-iqtisadi vəziyyətin ağırlaşması, məşğulluq problemləri ilə yanaşı, Azərbaycanda vətəndaşların Konstitusiya ilə təsbit edilmiş əsas hüquq və azadlıqlarının həyata keçirilməsində də ciddi əngəllər yaranıb.

Yenixeber.org: Ölkəmizdə vətəndaşlar üçün başlıca problemlərdən biri də dövlət qurumlarına şikayətlərini, müraciət və təkliflərini çatdırmaqda çətinlik çəkmələridir. Pandemiyaya görə dövlət qurumlarında vətəndaş qəbulları ləğv edilib. Dövlət məmurlarının, nazirlərin bölgələrdə vətəndaşlarla görüşü də keçirilmir. Bu da karantin rejimində ciddi sıxıntılar yaşayan əhali üçün əlavə problemlər yaradır. Çünki bəzi yerlərdə hüquq-mühafizə orqanları əməkdaşlarının, dövlət məmurlarının yaranmış vəziyyətdən sui-istifadə etməsi halları kifayət qədərdir.

Yaranmış vəziyyəti saytımıza şərh edən hüquqşünas Hafiz Həzənov bildirdi ki, Nazirlər Kabinetinin “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinin xüsusi rejimdə iş normalarına dair” 17 mart 2020-ci il tarixli təlimatı ilə vətəndaşların qrup və fərdi surətdə qəbulları, yerlərdə səyyar qəbulların keçirilməsi təxirə salınıb, müraciətlərin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilir. Milli Məclis sədrinin 18 mart 2020-ci il tarixli, 05-VI saylı sərəncamı ilə parlamentdə vətəndaş qəbulunun keçirilməsi də dayandırılıb.

Həsənov, həmçinin, 16.03.2020-ci il tarixindən bütün məhkəmələrdə vətəndaş qəbulunun dayandırıldığını, qəbulun yalnız telefon, mobil və internet rabitəsi vasitəsilə həyata keçirildiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, bu dövrdə vətəndaşların ərizə və şikayətləri də birbaşa deyil, poçt rabitəsi ilə qəbul edilib:

“Beləliklə, artıq bir ildən artıqdır ki, koronavirus pandemiyası ilə bağlı vətəndaşların fərdi və qrup qaydasında qəbulları, yerlərdə səyyar qəbulları aparılmır”.

Həsənov əlavə etdi ki, ötən dövrdən bəri dövlət xidmətlərinin göstərilməsi üzrə vətəndaşların özləri və yazılı müraciətləri birbaşa qəbul edilir və bu, özlüyündə müsbət hal kimi qiymətləndirilməlidir. Həmçinin, bank və digər xidmət sektorlarında da insanların fərdi qəbulları aparılır:

“Belə olan halda, sual olunur ki, vətəndaşlar və onların yazılı müraciətləri dövlət xidmətlərinin göstərilməsi üzrə birbaşa qəbul edilirsə, onda vətəndaşlar ərizə və şikayətlərin, təkliflərin verilməsi üçün niyə birbaşa qəbul edilmirlər? Əgər məqsəd insanları birbaşa COVİD-19 infeksiyası ilə bağlı təmaslardan uzaqlaşdırmaqdırsa, onda dövlət xidmətləri üzrə insanların təmasları daha çox olur və yoluxma halları daha çox ola bilər. Eləcə də, anlamaq olmur ki, niyə dövlət qurumlarında məktublar vətəndaşlardan fərdi qaydada birşa qəbul edilmir, ancaq poçt rabitəsi işçiləri tərəfindən qəbul olunur. Axı, bu halda da gün ərzində müxtəlif ünvanlara gedərək xeyli insanla təmasda olan poçtalyonun yoluxdurma imkanı bir ünvandan çıxaraq fərdi qaydada məktubunu birbaşa təqdim edən vətəndaşdan daha çoxdur”.

Bunlardan əlavə, hüquqşünas sual edir ki, koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin dövründə 10 nəfərədək şəxsin maskadan istifadə etmək və məsafə gösləmək şərtilə toplana bilmələrinə imkan verilibsə, onda insanların bu qaydalara əməl etməklə fərdi qaydada tək-tək qəbullarında problem nədir?

“Bunlarla yanaşı, onu da qeyd edək ki, “Vətəndaşların müraciətləri haqqında” Qanuna və yuxarıda göstərilən qərar və təlimatlara uyğun olaraq, ötən dövrdə vətəndaşların onlayın qəbulları və videoqəbulları da, kiçik istisnalarla, keçirilməyib. Halbuki, ölkə prezidenti öz çıxışlarında insanların dinlənilməsinin vacibliyini, məmurların vətəndaşların şikayətlərinə diqqətli yanaşmalarını, idarəetmədə ictimai rəyin nəzərə alınmasını və ictimai nəzarətin təmin olunmasını müntəzəm olaraq vurğulayır. Lakin təəssüf ki, bu məsələlərdə hələ də mahiyyətcə irəliləyişlər nəzərə çarpmır”, – deyə həmsöhbətimiz vurğuladı.

O, hesab edir ki, bütün dövlət orqanlarında vətəndaşların 1 ildən artıq qəbul edilməməsi və bunun indi də davam etməsi pandemiya vəziyyətindən vətəndaşların ziyanına sui-istifadədir:

“Ona görə də, müvafiq dövlət rəsmilərinə  çağırış edirik ki, cənablar, vətəndaşların birbaşa müraciətlərinə bu məntiqsiz və hüquqa uyğun olmayan qadağaları aradan qaldırın”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam