Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Azərbaycanın COVID-19-la mübarizəsi -Nəticələr nədən xəbər verir?

Azərbaycanın COVID-19-la mübarizəsi -    Nəticələr nədən xəbər verir?
“Koronavirusla mübarizə bütün dünyanı ağır sınaqlar qarşısında qoydu. Bu mübarizədə əmin olduq ki, müsbət nəticələrin əldə olunması heç də ölkələrin inkişaf səviyyəsindən asılı deyil”.
Yenixeber.org: Bunu Milli Məclisin deputatı Azər Badamov deyib. Onun sözlərinə görə, koronavirus bir çox ölkənin iqtisadiyyatını çökdürdü, iqtisadi geriləmələr iki rəqəmli oldu:

“Bir çox ölkələrin iqtisadi durumları pisləşdiyindən onlar hətta beynəlxalq maliyyə qurumlarına yardım üçün müraciət etməli oldular. Koronavirus infeksiyasının qısa zamanda dünyanı ağuşuna alması sübut etdi ki, yaşadığımız yer kürəsi əslində o qədər də böyük deyil. Dünya üçün ciddi fəsadlar yaradan bu ağır prosesə Azərbaycan da qoşulmalı oldu. Əslində bu gün Azərbaycan koronavirus pandemiyasının az təsir etdiyi ölkələr sırasında yer alır. Çünki vaxtında atılmış addımlar bu uğurlu nəticələrin əsasını təşkil edir. Pandemiya elan olunana qədər Azərbaycanda səhiyyə infrastrukturu müasirləşmişdi. 46 xəstəxana koronavirus xəstələrinin müalicəsinə yönləndirilmişdisə, onların 41-i son 17 ildə tikilib istifadəyə verilib”.



Azər Badamovun sözlərinə görə, müasir xəstəxanalar imkan verdi ki, qısa zaman kəsiyində onlar öz fəaliyyət istiqamətlərini dəyişsinlər.

"Dövlətin son 17 ildə yaratdığı iqtisadi imkanlar və maliyyə ehtiyatları imkan verdi ki, infeksiyaya yoluxmuş bütün xəstələr dərhal hospitallaşdırılsın. Bu imkanlar həm də ona şərait yaratdı ki, 5 ölkədən koronavirusla mübarizə üzrə təcrübəsi olan həkimlər ölkəmizə gətirilsin və həmçinin virusa yoluxmuş xəstələrin müalicəsinə cəlb olunmuş tibb personalının əmək haqları 3-5 dəfə artırılsın. Qısa bir zamanda 11 yeni modul tipli xəstəxananın istifadəyə verilməsi və belə xəstəxanalarda yaradılmış ehtiyat çarpayı yerinin 4000-dən çox olması da məlum iqtisadi imkan və maliyyə ehtiyatları hesabına baş tutdu. Bundan başqa, pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin rejimi insanların hərəkətlərini məhdudlaşdırdığından vətəndaşların sosial rifahının kəskin pisləşməməsi üçün dövlət 5 milyon insanı əhatə etmiş 3,5 milyard manat məbləğində dəstək proqramları icra etdi. Ölkədə iqtisadi fəallığın azalmasına baxmayaraq, 7 ay ərzində iqtisadi geriləmə 2,8%, infilyasiya cəmi 2,9% olub. Bunu da dünyanın böyük iqtisadiyyatları olan ölkələrin iqtisadi azalmaları ilə müqayisədə pis göstərici hesab etməmək olar”.

İnsanların pandemiyaya və onun ortaya qoyduğu yeni həyat şərtlərinə məsuliyyətlə yanaşmağa başladığını deyən deputat bu mübarizədə ancaq dövlətin gördüyü işlərin kifayət etmədiyini dilə gətirib: “Burada əsas aktor insan amili olduğundan vətəndaşların da bu işə məsuliyyətlə yanaşması ölkədə sanitar epidemioloji vəziyyəti sabitləşdirdi. Pandemiya yeni elan olunanda insanlar koronavirus infeksiyasına o qədər də inanmırdısa və tibbi maska taxmağa qeyri - adi yanaşırdısa, indi hamı bilir ki, COVID-19 çox ağır fəsadlara yola açan bir virusdur və ondan hər vəchlə qorunmaq lazımdır. Bu gün hər bir insan küçəyə çıxanda özü ilə tibbi maska gəzdirir və qapalı ictimai məkana daxil olan kimi ondan və digər gigiyenik vasitələrdən istifadə edir. Bütün bunlarla paralel olaraq həm də qaydalara riayət olunmasına nəzarət də gücləndirilib”.

Azər Badamov onu da vurğulayıb ki, məhz vəziyyətin sabitləşməsi qapanmış yerlərin açılmasına, mərhələli şəkildə yumşalmalara gedilməsinə və həyatın pandemiyaya qədər olan dövrün fəallığına qaytarılmasına imkan verir: “Düzdür, həyatımız pandemiyadan əvvəlki şəkilə qayıtmayacaq. İndi biz yeni dövrün tələblərinə uyğun yaşamağa məhkumuq. Bu tələblər tibbi maskanın taxılması, sosial məsafənin gözlənilməsi, şəxsi gigiyenanın qorunmasıdır. Pandemiya insanların aktivliyini də azaldıb. İnsanlarda yaranmış passivlik yavaş-yavaş bərpa olunacaq. Hazırkı koronavirus infeksiyası ilə mübarizədə ortaya qoyduğumuz nəticələrimiz isə deyə bilərəm ki, müsbətdir. İqtisadi sahələrdə tətbiq olunmuş qapanmaların təcridən yumşaldılması halları da müşahidə olunacaq. Amma nəticələrin belə müsbət tempdə qalması bizlərdən asılıdır. Əgər biz yeni dövrün tələblərinə uyğun yaşamağımıza davam etsək, düşünürəm ki, koronavirusa yoluxma dinamikasını daha da aşağı sala bilərik və deyilən ikinci və üçüncü dalğadan uğurlu şəkildə kənarda qalarıq. Hər şey biz vətəndaşların əlindədir. Gəlin gözəgörünməz bəlaya birlikdə qalib gələk!”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam