Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Nərimanov rayon prokuroru və müavini yol hərəkəti qaydalarını kobud surətdə pozdular - VİDEO

 

 Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Arzu Babazadə sosial şəbəkələrdə prokuror və prokuror müavininin yol hərəkəti qaydalarını pozması ilə bağlı video paylaşıb.
Yenixeber.org: Videodan aydın olur ki, 90 AZ 674 nömrə-nişanlı avtomobil yolun əks istiqamətində gələrək dayanıb. Ekspert avtomobilin sürücüsünə qayda pozuntusu ilə bağlı irad bildirsə də, sürücü ona prokuror və prokuror müavinini gətirdiyini bildirərək vəziyyətdən çıxmağa çalışır. A.Babazadə görüntüləri müvafiq qurumlara təqdim edəcəyini bildirdikdən sonra sürücü avtomobilə əyləşir.
Redaksiyamıza daxil olan məlumata görə, qaydanı pozan avtomobil Nərimanov rayon Prokurorluğuna aiddir. Həmin vaxt avtomobil rayon prokuroru Hidayət Nurəlibəyov və onun müavini Elgiz Qənizadəni gətiribmiş. Görüntülərdən də aydın olduğu kimi, hüquq və qanun keşikçiləri özləri insanların həyatına təhlükə yaradaraq mənzil başına yolun əks istiqamətilə varıblar. Əslində, sürücünün cavabı da bu iki şəxsin qayda-qanunlara olan münasibətini özündə əks etdirir. Hər bir halda, prokuror və müavini özləri qayda-qanunlara riayət etsəydilər, əməkdaşları onların adlarını verməklə özünü haqlı çıxarmağa çalışmazdı.(afn.az)
P.S. Son dəqiqələrdə aldığımız məlumata görə, ekspert videonu lazımi yerlərə təqdim etdikdən sonra həmin avtomobil DYP əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb. Sabah gün ərzində prosesin gedişini izləyib əlavə məlumat verəcəyik.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam