Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

"Qarabağ müharibəsində "İskəndər M" raketindən istifadə olunmayıb" -AÇIQLAMA

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın "İskəndər" raketlərinin effektivsizliyi barədə açıqlamasına rəsmi münasibət bildirib.

Yenixeber.org: Rusiya KİV-lərin xəbər verir ki, Rusiya MN Qarabağ müharibəsində ümumiyyətlə "İskəndər" raketlərindən istifadəni təkzib edib. 

"Bizdə olan obyektiv məlumata görə, Qarabağ müharibəsində ümumiyyətlə "İskəndər M" raketindən istifadə olunmayıb. Bütün döyüş sursatları hazırda Ermənistanın silah anbarlarındadır. Görünür, cənab Paşinyana əsassız məlumatlar verilib", - MN sözçüsü bildirib.

Bəyanatda həmçinin əlavə olunur ki, "İskəndər" raketindən Suriyada real döyüş şəraitində dəfələrlə istifadə olunub və bu raketin analoqları arasında ən yaxşı olduğu etiraf olunur. 

Rusiya MN-in bu açıqlaması təəccüb doğurur. Belə ki, Qarabağ müharibəsində "İskəndər" raketlərindən uğursuz istifadəni təkcə Paşinyan yox, hərbçilər də etiraf edib. Hətta Baş Qərargah rəisi, o cümlədən sabiq prezident Serj Sarqsyan da bu faktı təsdiq ediblər. 

Xatırladaq ki, Nikol Paşinyan müharibə zamanı "İskəndər" raketlərindən istifadə olunduğunu, lakin onların cəmi 10 faizinin partladığını bildirib. Bu bəyanat Rusiyada böyük qəzəblə qarşılanıb. Ermənistanın Baş Qərargah rəisinin bu gün Paşinyanı istefaya çağırması da, elə bu qəzəbin nəticəsi hesab olunur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam