Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Badamdarda, 5 meyitin tapıldığı evdən- REPORTAJ

 

 Əməkdaşlarımız Bakının Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivində bu gün 5 nəfərin meyitinin tapıldığı evə yollanıblar. Onların hadisə yerindən bildirdiyinə görə, faciənin səbəbi qaz sızmasıdır.

Yenixeber.org: Belə ki, ölənlərdən 16 yaşlı Atilla Rəşad oğlu Əliyev, 17 yaşlı Lətif Rəşad oğlu Əliyev qardaşdırlar, faciənin baş verdiyi evin sahibinin övladlarıdır. 21 yaşlı İnkişaf İdris oğlu Allahverdiyev, 24 yaşlı Şakir İdris oğlu Allahverdiyev isə ev sahibinin ailəvi dostlarının övladları olub, Yasamalda yaşayırmışlar və həmin evə qonaq gəliblərmiş. Faciədə həyatını itirən 46 yaşlı Natiq isə usta olub, evdə təmir aparmaq üçün rayondan gəlibmiş.

 

Yaxınları deyiblər ki, faciənin baş verdiyi evin sahibləri Sulutəpədə yaşayır, Badamdardakı evlərini isə təmir etdirirlərmiş. Təmir üçün Beyləqan-Füzuli bölgəsində yaşayan qohumlarını çağırıblar. O, bir müddətdir evdə təmir işləri görürmüş.

“Rəşad və Atilla Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbin şagirdləri olub,  valideyinləri Sulutəpədə yaşasa da həm məktəblə bağlı, həm evlərində təmir getdiyi üçün Badamdarda qalırmış. Ev sahibinin qohumu olan usta isə evin kombi xəttinin borularını təmir edirmiş, bu vaxt qaz sızması baş verib. Hazırda hadisə yerinin yaxınlığına heç kimi buraxmırlar, kriminalistlər hadisə yerində işləyir. Faciədə həyatını itirənlərin yaxınlarının naləsi ətrafa bülənd olub”,-əməkdaşımız bildirir.

 

“Qohumlarından birinin dediyinə görə, ata səhər saatlarında oğluna dəfələrlə zəng vurub, amma telefonu götürən olmayıb. Təşvişə düşüb evə gediblər. Ev sahibi evin ikinci mərtəbəsində qapını sındırıb içəri daxil olub, görüb ki, usta qapının ağzında keçinib. Yeniyetmələr və gənclər isə yatdıqları yerdə ölüblər”,-əməkdaşımız hadisə haqda bunları öyrənə bilib. (virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam