Gorda keçən illər
Sənədli povest
"Xeberinfo.com": (Əvvəli keçən saylarımızda)
Avtovağzalla evləri arasındakı yolun az olmağına baxmayaraq Nazilə üçün yol yaman uzun gəldi.Qurtarmaq bilmirdi.Ürəyində öz-özünə: Axı qabaqlar bu yol belə uzun deyildi.İndi noldu belə? Bəlkə sürücü başqa yolla gedir? Pəncərədən çölə baxdı.Yox,sürücü düz gedirdi ,yol da həmin yol idi.Səbəb başqa idi.Aylarla görmədiyi uşaqlarına qovuşmaq,onları bağrına basıb öpüb oxşamaq,onların iyini ciyərlərinə çəkmək istəyirdi.Evlərinə olan məsafə azaldıqca həyacanı artır,ürəyi çırpınırdı.Uşaqlarının onu necə qarşılayacağını fikirləşirdi.Birdən maşın dayandı.Sürücü kileylənməyə başladı:-Bu zəhirmar tıxaclar da bizi lap təngə gətirib.Mənzil başına vaxtında ,vədəsində çata bilmirik.sərnişinlərin yanında yalançı oluruq.Allah bilir nə vaxt açılacaq,siz də tələsirsiniz.Tələsirsiniz sözünü sürücüdən eşidən Nazilə fikirdən ayrılıb maşından yerə düşdü və atasına:-Siz gəlin mən burdan kəsə yolla piyada gedəcəm.Hövsələm daraldı.
İzzət kişi qızının nə üçün maşından düşüb getdiyini yaxşı bilirdi.Hövsələsizliyi sadəcə bahanə idi.
Nazilə evlərinə gedən yolla eləbelə getmirdi,yüyürdü,yüyürdü yox,sanki qanad açıb uçurdu.Küçə zülmət qaranlıq idi.Ona görə də hərdən ayaqları çökəyə düşür,səndirləyir,yıxılmamaq üçün əlini sağdakı,soldakı divarlara dayaq edirdi.Doğrusu bura küçə deməyə adamın dili belə gəlmirdi.İki adam üzbə-üz gələndə gərək biri o birinə yol vermək üçün yanpörtü durmalı idi ki,o biri keçsin.Bu cığırda bir dənə də olsun işıq yanmırdı.Doğrudur qabaqkı dönəmdə hərə qapısının ağzına bir lampa asmışdı.Gecə səhərə kimi işıqlar yanırdı,gedib-gələn bir-birini görürdü.Onda enerjinin əhaliyə satış qiyməti də çox baha deyildi.camaat yandırdığı işığın pulunu aldığı cüzü maaşla belə verə bilirdi.Amma indi əhali işsizlikdən əziyyət çəkir,dolanışıq çətinləşib.Bu azmış kimi qiymətlər də kəlləçarxdadır.Bunu nəzərə alan kasıb təbəqə ayağını yorğanına görə uzadırdı ki,ayağı yorğandan qırağa çıxıb üşüməsin.Bu üzdən də demək olar ki.həyət qapısının ağzından asdığı işığı şəbəkədən ayırmış,ya da xətti bir dəfəlik söküb yığışdırmışdı.Vəziyyət o qədər ağır idi ki,çox adam pulsuzluğun dərdindən evdə elektirik işığı yox,dədə-baba neft lampası yandırırdı.
Nazilə qatı qaranlığa,yolun çala-çuxur olmağına baxmayaraq evlərinə tərəf qaçırdı.Hərdən ayağı çökəyə düşür,səndirləyir,amma müvazinətini itirməyib özünü bir təhər saxlayırdı.Birdən qeyri-ixtiyari küçənin sonuna baxdı.Uzaqdan bir qaraltı ona tərəf gəlirdi.Nazilə bu qaraltıdan bərk qorxdu.Birdən qaraltı ona tərəf qaçmağa başladı.Nazilənin ürəyi qorxunc bir şiddətlə döyündü,nəfəsi tıncıqdı.az qaldı ayaqları taqətdən düşsün.bərkə-boşa çox düşdüyündən özünü ələ almağı bacardı.Bu qəfil qorxudan necə qutarmağı fikirləşdi.Vaxt azlığı onun fikirini tamamlamağa yetərli olmadı,gələn adam onu qolları arasına alıb yuxarı qaldırdı,üsündən dəlicəsinə öpməyə başladı.Nazilə qorxmuş bir çığırtı ilə:kömək edin,-deyə haray çəkdi.
Nazilənin onu tanımadığını ,ondan belə dəhşətli dərəcədə qorxduğunu görən adam axır ki,dilləndi:
-Ana,qorxma mənəm,oğlun Rüstəməm.
Nazilə qaranlıqda onu qucağına alıb,üz-gözündən öpənin öğlu olduğunu bilib toxdadı.O da Rüstəmin boynuna sarıldı,tez-tez öpməyə başladı.Handan-hana:-A bala,bəs belə edərdilər,ürəyim düşmüşdü ki?-deyib oğlunun qucağından düşdü.
-Xeyir ola bu gecə vaxtı hara gedirdin belə?
-İşə gedirdim.Ay ana,bu nə vaxtın gəlişidi?-deyə Rüstəm anasından soruşdu.
-Kənddən gec çıxdıq.Ona görə də qaranlığa düşdük.
-Ana,demək tək gəlməmisən?
-Yox,tək gəlməmişəm.Baban da gəlib.
-Bəs onda Babam hanı?
-Propqada qalıb.Mənim gözləməyə səbrim çatmadı yolun yarsında düşüb gəldim.
Nazilə onlar üçün çox darıxdığını Rüstəmə demədi.
Rüstəm sevincək:-Nə yaxşı ay ana.Babam çoxdan idi bizə gəlmirdi.Ay ana,mən bilirdim ki,gələcəksən.Xoş gəldin.Sənə qurban olum,-deyib yenidən anasını qucaqladı.
-Elə demə, ay oğul,mən sizə qurban olum
Ana bala xeyli beləcə dar küçədə qaldılar.Rüstəm:-Ana,burda çoxmu dayanacayıq? Gəl,gedək evə,-deyib anasının əlindən tutub evə tərəf çəkdi.
-Düz deyirsən ay oğul,gecdi gedək.Yəqin indi baban da gəlib.
Ana bala əl-ələ tutub evə getdilər.Artıq İzzət kişi də gəlib çıxmışdı.Naziləni görən uşaqlar bir-birini itələyə-itələyə :-Ana gəldi.ana gəldi,-deyə Nazilənın üstünə yüyürdülər.Nazilə uşaqları bir-bir bağrına basdı,üz-gözlərindən öpdü.Uşaqlar da analarının boynuna sarılmışdılar.
Bu səhnəni qıraqdan seyr edən Teymur Nazilənin uşaqlardan ayrılmasını gözləyirdi ki,üz-üzə dayansınlar Naziləyə bir xoş gəldin eləsin.Hələlik bu imkan Teymur üçün yaranmırdı.Məcbur olub gözləməyə başladı.Nazlının gəlişi Teymur üçün toy-bayram deyildi.amma kəndə arxasınca gedəndə yarım metr dil çıxarmışdı,yalvarmışdı,Nazlını xanımlar kimi saxlayacağını ,gülüzünə püf deməyəcəyini,söyməyəcəyini,döyməyəcəyini dilə gətirmişdi.Bu onun Naziləyə olan peşmançılıq hissi deyildi.Sadəcə istəmirdi ki,uşaqları tək qalsın.Bir də qonşuların tənbehindən qurtqrmaq istəyi idi.
Nazilə uşaqları özündən aralayıb yemək bişirmək üçüm mətbəxə keçəndə Teymur qarşısına gəlib gülə-gülə xoş gəldin dedi.Nazilə Teymurun bu xoş gəldin kəlməsində bir iyrənclik,murdarlıq,kinayə gördü.İyrəndi,ürəyi bulandı,tez qaçıb mətbəxə keçdi.Çay,çörək hazırladı.Bir neçə aylıq ayrılıqdan sonra uşaqları ilə bir süfrə başında əyləşdi.Çoxdan analarının bişirdiyi dadlı yeməkləri yeməyən uşaqlar yeməyə elə girişmişdilər ki,sanki neçə günün acı idilər.Nəvələrinin necə həvəslə yeməklərinə altdan-altdan göz yetirən İzzət kişi başının işarəsi ilə onları qızına göstərib sanki deyirdi,görürsən ,uşaqlar səninlə necə xoşbəxdirlər. Hələ bir balaca Murada bax,yeməyə necə girişib.Başını aşağı salıb elə yeyi heç baçını qaldırıb ətrafına belə baxmır.Nazilə atasının nə dediyini yaxşı bilirdi.Nə etməli, bütün bunların günahkarı o deyildi.Bunu atası da yaxşı bilirdi.Teymur bu ailənin başçısı,bel sütunu yox,cəlladı,dağıdanı idi.Nə arvadına,nə də uşaqlarına zərrə qədər hörməti,diqqəti,qayğısı yox idi.Bir sözlə Teymur mənəvi və ruhi xəstə idi.
Bu vaxt həyət qapısı aramsız olaraq döyüldü.Nazilə qapını açmaq istəyiylə ayağa durmaq istəyəndə, Teymur:-Sən narahat olma,yəqin qonşulardı,sənin gəlişindən xəbər tutublar.Sən yoldan gəlmisən,yorğunsan otur,mən açaram .
Nazilə Teymurdan eşitdiyi sözlərə heyrət etdi.İlahi,insan bu qədər də iyrənc,şərəfsiz,ləyaqətsiz ola bilərmi? İllərlə sabahın,axşamın xeyir deməyən,dinəndə ağzını kiflənib iy verən söyüşlərlə açan adam bu gün birdən qarşındakı ilə adam dilində danışır,hətta ona lütfükarlıqla "sən zəhmət çəkmə" deyir.Görəsən Günəş hansı tərəfdən doğub? Yox,bu evə,bu ailənin üzünə heç vaxt Günəş doğmayıb.Bu qara buludlardı,yağmamışdan qabaq səmada onun gəzişməyidi.
Gələnlər Teymurun dediyi kimi doğurdan da qonşu qadınlar idi.İzzət kişinin burda olduğundan xəbərsiz olan qonşular hay-küylə içəri girdilər.İzzət kişini görüb utanan kimi oldular,üsür istəyib ona xoş gəldin dedilər.Nazilə ilə qucaqlaşıb öpüşdülər.Tamam Naziləyə işarə elədi ki,kişinin yanında istədiyimiz kimi danışa bilməyəcəyik gəl o biri otağa keçək.Nazilə qabaqda qonşular da onun arxasınca yan otağa keçdilər.səslərinin o tərəfə keçməyəcəyinə əmin olmaq üçün də qapını bərk-bərk arxadan bağladılar.Tamam Nazilənin qolundan iri bir burmanc götürüb:-Ay səni öləsən,az bu nə hərəkətdir tutursan,heç uşaqlarına yazığın gəlmir?-deyə Nazlını qınamağa başladı.Nazlı Tamamın götürdüyü butmancdan uf deyib ufuldadı,əliylə burmanc yerini sığallamağa başladı.Otaq yataq otağı olduğundan hamsı çarpayının üstündə oturdular.
Hamıdan yaşlı və dilli- dilavər olan Tamam üzünü Naziləyə tutub:-Az,deirdin gəlmiyəjəm.Bəs nə tər oldu gəldin?-deyə soruşdu.
Leyla Tamamın sözünü tamamlayırmış kimi:-Doğurdan ay Nazilə,necə oldu ki,gəldin? Rüstəm qardaşdan nə vaxt sənin qayıtmanı soruşurdum,deyirdi ki,daha gəlməyəcək.
-Doğurdan da bu dəfə fikirim qəti idi, gəlməyəcəydim.Amma baş verə biləcək bir olay məni məcbur elədi ki,heç bir minnətsiz filansız geri qayıdım,-deyə onların suallarını az da olsa cavablandırdı.
Qonşular həyacan qarışıq maraqla:-Nə olajaydı o a Nazilə? Deyəsən doğurdan da ciddi nəsə var.Ürəyimizi çəkmə de görək nədir?Biz sənə yad biri deyilik,hammız sənin yaxın padruqalarınıq.Bizə ürək qızdırmırsan? Sağ ol səni qız.
Nazilə mehirbancasına əlini hər birinin əlinə toxundurub dedi:-doğurdan da sizlər mənim ən yaxınım,dərd-sərimi bölüşdürəcək rəfiqələrimsiniz.Mən sizdən indiyə kimi nəsə gizləmişəm? -deyə onlara sual verdi və tez də öz sualını özü cavablandırdı:-Yox.Eləsə onda deyim.Hər biriniz bilir ki,mən yaxşı mənada tərs adamam dediyimi canım çıxsada yerinə yetirən adamam.Amma bildiyiniz kimi bu dəfə edə bilmədim.Rüstəm dalımca gəlib çox yalvardı-yaxardı ki,geri dönüm razılaşmadım.O,geri- şəhərə dönəndə qətiyyətlə dedi ki,indi getmirsən,amma məni basırmağa yüyrə-yüyrə gələcəksən. Əvvə-əvvəl onun dediyini saya salmadım,dedim yəqin məni yola gətirmək üçün bu üsuldan istifadə edir.Rüstəmin hirslə çöl darvazanı çırpıb getməsi məni düşünməyə,götür-qoy etməyə məcbur etdi.Və inandım ki,o bunu edər.
Tamam tələsik soruşdu:-Nəyi ağız?
-Özünü öldürməyi.-deyə Nazilə sözünə yekun vurdu.
-Yəni deyirsən, sən gəlməsəydin özünü öldürəcəydi?
Leyla söhbətə qarışdı:
-Az,dədəmin canı üçün mən onu yaxşı tanıyıram,nə desən edər.
Artıq Nazilənin gəlişinin səbəbini öyrənən qonşular söhpətin mövzusunu bu yerdə dəyişdilər.Tamam zarafata keçdi:-Deyirəm ay Nazilə,Teymur neçə ayın acıdır.By axşam səni diri-diri yeyəcək.Birdən səhər axşamkını unudub çölə-bayra çıxarsan,qonşular axşam Teymurla aranda olanı bilərlər.-deyə qızlara göz vurdu.
Nazilə Tamamın atmacasına içində acı-acı güldü.Yadına 10 il bundan qabaq Teymurla aralarında baş verən o müdhüş gecə düşdü.
Teymur təkidlə o istəmədən onunla cinsi əlaqədə olmasını istəyirdi.O,isə qəti olaraq boyun qaçırırdı.Çünki Teymur qeyri insani hərəkəti ilə onu təhqir edib alçaltmışdı.Dəfələrlə Nazılənı lüt-üryan edib çarpayıyayıxmış,vəhşi bir ehtirasla on dəqiqələrlə üstündə eşələnmiş və birdən dəli kimi ayağa durub onun cinsiyyət üzvünü göstərib: -Bu nə iyrənc şeydir az,a səni qoyanın dədəsinin gorunu s...-deyib bir lomba da üstünə tüpürüb paltarını, geyinib otaqdan çıxmışdı.Nazilə qəzəbdən hönkür-hönkür ağlamış və Teymurdan iyrənib ödü ağzına gəlmişdi.Səhəri axşam o yenə çarpayıda Naziləni soyundurmaq istəmiş lakin o buna imkan verməmişdi.Beləcə dava-dalaş salmış,səslərinə uşaqlar oyanmışdı.Uşaqların hamsından böyük olan Rüstəm:-Ay ana,nə olub orda,niyə qoymursunuz yataq?-deyə soruşmuşdu.Teymur Rüstəmin yekə-yekə danışmağından əsəbləşmiş və bağıraraq oğluna:--Ə,sənin ananın südünü s...yat da.Gərək elə qulağını şəkləyib bizi dinləyəsən?-demiş və susub yatmışdı.
Səhər Rüstəm anasının yorğan-döşəyini gətirib öz otaqlarına qoymuş vəNaziləyə:
-Bu gündən sən
həmişəlik olaraq bizimlə yatacaqsan.-deyərək anasına qəti olaraq tapşırmışdı.
Məhərrəm Şəmkirli