LƏTİFƏLƏR
Ulduz hələ yetişməyib
Qız oğlana:
- Məni çox sevirsən?
-Lap çox.
-Mənə göydən ulduz qoparıb verərsən?
-Yetişsin.Mütləq.
Cahil sən deyilsən
Bir nəfər dövlət idarəsinə gedir. Orda ondan soruşurlar:
-Adın nədir?
-Cahil.
-Bu adı sənə kim qoyub?
-Atam.
-Atanın adı nədir?
-Kamil.
-O,Kamil deyil.Əsil cahildir.
Dəyər vermirlər
Ata oğlundan soruşur:
-A bala, dərsini oxumusan?
-Yox.
-Niyə?
-Daha oxumayacam. Bizdə oxuyanlara dəyər verilmir. Verilsəydi sən kəndin qoynunu otarmazdın.
Qalanda iy verir
Gəlin qayınatasına:
-Ağsaqqal,zibilləri atmısan?
-Yox.
-Bilmirsən,havalar istidir.Zibil evdə bir gün qalanda iy verir.
Sən niyə alırdın?
Bir nəfər mahnı oxuyan arvadını muşduluqlayır:
-Arvad,gözün aydın.Mənə əməkdar artist adı verdilər.
-Ay zalım oğlu, onlar verirdi,verirdi.Bəs sən hansı üzlə götürürdün?
Sənə görə
Həsənqulu arvadına:
-Arvad,qabırğalarım yaman ağrıyır.
-Olmasın azar.Niyə a kişi?
-Sənə görə.
-Ola bilməz.Mən səni döyməmişəm, vurmamışam.
-Vursaydın,döysəydin, ondan yaxşı olardı. Sən mənim qabırğamdan yarandığına görə ağrıyır.
Çəkmir
Məmmədəli yol keçirmiş. Sürətlə gələn maşın az qalır ki,onu vursun. Onun yolu ləng keçməyindən əsəbləşən sürücü:
-A kişi, bir az əlli yeriyə bilmirsən?
- A bala sənin altındakının matoruna baxma. Mənimki köhnəlib. Yaxşı çəkmir.
Ağıllı olun
Altı və səkkiz yaşlı nəvələrim evdə mənimlə qalmışdılar. Onlardan ən kiçiyi 4 yaşlı Zəhra anasıyla şəhərə getmişdi. Gələndə Zəhra məndən soruşdu:
- Baba, uşaqlar səni incitməyiblər ki?
- Yox,özlərini yaxşı aparıblar.
Üzünü özündən böyük qardaş və bacısına tutub:
-Bax,həmişə belə ağıllı olun.
Evdə cırarıq
Gənc ər-arvad paltar mağazasına girirlər. Gənc xanım satıcıdan soruşur:
-Sizdə dizləri cırıq şalvar var?
-Bizdə ancaq salamat mallar olur.
Oğlan xanımına:
-Eybi yox.Bütövünü alaq,aparıb evdə istədiyimiz kimi cırarıq.
Oğurluğa gedirdin?
İşsizlikdən günortaya kimi yatan oğula atası:
-A bala,bu qədər də yatarlar? Mən sənin vaxtında heç gecə də yatmırdım.
-Ata, gecələr oğurluğa gedirdin?
Qudurub
Məmmədəli dostu Həsənquluya:
-Ə, başın haqqı filan məmur o qədər qudurub ki,heç bir ədaləti tanımır.
-Mən bacısı oğlu Ədalətə demişdim ki,dayına denən, bizim uşağa da yanında iş düzəltsin.Demək alınmayacaq?
İstidir
Məmmədəli ona kənddən qonaq gələn dostu Həsəqulunu soyuq havada dənizə çimməyə aparır. Həsənqulu əlini suya vurub görür ki,su istidir:
-Ə, Məmmədəli, maşallah, su nə yaxşı istidir.
-Ə, isti olar də. Beş sahil yanı ölkənin qazı Xəzərin qızdırılmasına sərf olunur də.
-Deyirəm ay Məmmədəli, nə olaydı o qazdan bir cınqılı da bizim kəndə verəydilər. Heç olmasa çayımızı qaynadıb, xörəyimizi bişirərdik.
Soyuq olmaz ki?
Məmmədəli şəhərdə yaşayan oğluna zəng edir:
-Bala, durma kəndə gəl.
-Xeyir ola ata?
-Ə,dedim başını orda islat,burda qırx.
-Ata,islatsam soyuq olmaz ki?
-Papaqlarından birini başına qoyarsan.
Qab-qacaq mağazasından
Həkim Məmmədəlini müayinə edib dərman nüxsəsi yazır. Nüsxəni əlinə alan Məmmədəli:
-Doxtur,bu dərmanları hardan almaq olar?
-İstədiyin qab-qacaq mağazasından.
Soyuq,isti
Birini bikef görüb soruşdum:
-Nə olub?
-Soyuq,isti.
Heçnə başa düşmədim.Yanındakından soruşdum:
-Buna nə olub,soyuq,isti nədir?
-Yəni əvvəlcə titirədib,sonra da qızdırıb.
Məhərrəm Şəmkirli