Lətifələr
"Xeberinfo.com":
Yar şirinliyi
Qonşunun oğlu təzə evlənmişdi.Aradan bir neçə ay keçməmişdi ki,aralarında inciklik olmuşdu.Gəlin küsüb atası evinə getmişdi.Oğlan yaman peşmanlamışdı.Hər gün pəsdən yanıqlı-yanıqlı oxuyurdu: "Anadan,atadan yar şirin olar,yar şirin"
Dözə bilmədim.Dedim:-A qırışmal,bunu bilirdinsə,onda bu şirinliyə niyə acı qatırdın? Yazıq-yazıq üzümə baxdı, bir söz deyə bilmədi.
Zibili atacam
Məmmədəli bəzənib-düzənir, ətirlənib təzə tanış olduğu qadınla görüşə gedir.Qapıdan çıxanda arvadı qabağını kəsib soruşur:
- A kişi, xeyir ola, bəzənib- düzənib hara belə?
- Heç arvad, deyirəm aparım zibillərimizi atım.
- Ay rəhmətliyin oğlu, nə vaxtdan bəzənib- düzənib zibil atmağa gedirlər?
- Arvad, oturmusan evdə heç nədən xəbərin yoxdur. İndi bütün kişilər zibil atmağa belə gedirlər.
- Sonra da yoxa çıxırlar eləmi?
Nəvəsiylə çıxıb
Məmmədəli gecə Həsənquluya zəng edir. Dəstəyi kiçik qızı götürür:
- Qızım, atan evdədir?
- Yox, ay əmi. çölə çıxıb.
- Qorxmur?
Atası kimi hazırcavab olan qız:
- Niyə qorxsun ki? Nəvəsiylə çıxıb.
Mən tərsəm ha
Məmmədəli marşurut avtobusu ilə gedirmiş. Növbəti dayanacaqda avtobusa yaşlı bir qadın minir. Yer olmadığından gəlib onun başının üstündə dayanır. Məmmədəli tez durub yerini ona verir. Qadın oturmaq istəmir:
- Qardaş, sağ ol oturmuram.
Məmmədəli çox deyir "otur", qadın deyir "oturmuram".
Əsəbləşən Məmmədəli:
- Arvad, mən tərsəm ha. Kənddə mənim bir sözümü iki eləyən yoxdur. Dedim,otur, deməli oturmalısan.
Suyuda qaldırdılar?
Məmmədəli dostuyla ət dükanının qabağından keçəndə ətin kiloqramının 6 manat olduğunu görüb dostuna deyir
- Ə,bura bax ey,ət su qiymətinədir.
- Ə,olma suyun da qiymətini 6 manat elədilər? Da denən çimmək cəhənnən, əl-üz yumaq da getdi də.
Evi özümlə götürmüşəm
Məmmədəli Həsənqulunun evinə zəng edir. Salam- kəlamdan sonra bilərəkdən soruşur:
- Evdəsən?
- Yox, şəhərdəyəm.
- Ə, olma ev telefonunu özünlə götürmüsən?
- Telefonu niyə, evi götürmüşəm.
Yalan deyirdi
Çoxdan görmədiyim qonşumla küçədə görüşdük. Soruşdum:
- Hardan gəlirsən?
Dedi:
- Başımı düzəltdirməkdən.
Başına baxdım. yalan deyirdi. Elə 60 il bundan qabaqkı qarpız başı idi çiyninin üstündəki.
Toya da getməliyəm
Qatıq satan Məmmədəliyə:
- Nə olar, bu bir banka qatığı da götür, qalan elə budur.
- Ə,süd götürdüm də, qatığı neynirəm?
- Onda mən bir banka qatığı neynəyim? Vaxt da azalıb, hələ toya da getməliyəm.
- Demək sən həmidə müğənnisən hə? Qatıq satmaq da xobbindir.
Məhərrəm Şəmkirli