Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

“Əfv olunan heç bir insan mələk deyil” - Zurabişvili 

"Əfv bir nəfərin, buna hüququ olan prezidentin qiymətləndirməsidir".
Yenixeber.org: Bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib. O bildirib ki, əfv etdiyi insanların siyahısını özü tərtib edib və Prezident Administrasiyasından heç kim bu prosesdə iştirak etməyib.

“Əfv siyahısının müəllifi, subyektiv qiymətləndirmə əsasında bu və ya digər şəxsi seçən yeganə şəxs prezidentdir. Mənim tərəfimdən əfv olunan heç bir insan mələk deyil, onlardan heç biri mənə görə haqlı deyil. Bunlar müəyyən vəziyyətlərin qurbanı olan insanlardır. Düşündüm ki, onlara mərhəmət göstərməyə dəyər", -deyə Gürcüstan prezidenti jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Gürcüstan prezidenti avqustun 28-də “Mariamoba” bayramı münasibəti ilə 34 məhkumu əfv edib. Onların arasında ağır qətl törətmiş üç nəfər və 12 il polisdən gizlənən bir məhkum olub. Zurabişvilin imzaladığı əfv fərmanı Gürcüstanda etirazla qarşılanıb. Gürcüstanın Baş Prokurorluğu Zurabişvilinin əfv prosesində vəzifə səlahiyyətlərdən sui-istifadə etməsinə dair istintaq başladıb. Ona qarşı "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddəsi ilə cinayət işi açılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam