Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nərmin Şahmarzadə yenidən hakim qarşısında

O, Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə məhkəməyə verilib

Yenixeber.org: Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə Nərmin Şahmarzadə yenidən hakim qarşısına çıxarılacaq. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə idmançı Araz Musayevin apellyasiya şikayətinə baxılacaq.

Xatırladaq ki, 2018-ci il dekabr ayının 25-də Xətai Rayon Məhkəməsində psixoloq Nərmin Şahmarzadə ilə idmançı Araz Musayevin məhkəməsi keçirilib.

İdmançının vəkili Ramil Rüstəmov məhkəmədən Nərmin Şahmarzadəni 147-ci maddə ilə məsuliyyətə cəlb olunmasını xahiş edib. Vəkil məhkəmədən Şahmarzadənin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Digər tələb isə onun Azərbaycan xalqından üzr istəməsi ilə bağlı olub.

Məhkəmə müşavirədən sonra qərar verib. Hakim iddianı təmin etməyib və işə xitam verib.

Buna səbəb isə Nərmin Şahmarzadənin faktiki ünvanının Xətai rayonu olmaması göstərilb.

Vəkil Ramil Rüstəmov sənədlərə düzəliş edəndən sonra yenidən məhkəməyə müraciət edəcəklərini deyib.

Qeyd edək ki, idmançı Araz Musayev, psixoloq Nərmin Şahmarzədəni Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə məhkəməyə verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam