Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

NAĞILLAR VƏ UŞAQLIĞIMIZ

 

"Xeberinfo.com": Nağıllar dedikdə gözümüzün önünə ilk öncə üzü nurlu nənələr gəlir. Nənələrin danışdığı nağıllarda baş verən hadisələr həmişə uşaqların diqqətini cəlb edib. Onların seçdiyi qəhrəmanlar isə heç zaman qulaq asanların yaddaşından silinməyib.Unudulmayan nağıl qəhrəmanlarımz var ki, həmişə onlar haqqında düşünürük. Axı bizlər necə unudaq nənələrimizin şirin-şirin danışmış olduğu Məlikməmməd, Keçəl, Tıq-tıq xanım Təpəgöz haqqındakı nağılları? Nənə- baba himayəsində boya-başa çatan hər bir uşaq zaman-zaman nənələrin, anaların nağıllarına qulaq asıblar. Nağillar aləminə səyahət edən hər bir uşaq öz qəhrəmanını seçərək gələcəkdə ona bənzəmək arzusunda olur. Gəlin unutmayaq ki, nağıllar gələcəkdə uşaqların təlim və təbiyyəsində, həyat tərzində böyük rol oynayır,lakin nədənsə bu gün nağıl müəlliflərinə deyərdim ki, heç təsadüf olunmur. Bağışlanmaz hal da budur ki, hansısa müəlliflər tərəfindən uydurulmuş nağılların heç bir sujet xətti olmur ki, oxuyub öz övlad və nəvələrə nəyisə anlada bilək, hətta kitabın nəşri zamanı redaktənin zəif olması, mətnləri daha da oxunaqsız edir. Belə faktlar tək kitabların nəşrində deyil, mətbuatda yayımlanan qəzet və jurnallarda da adət halını almışdır.
Bu yaxınlarda əlimə bir kitab keçdi. İlk öncə kitabın adı diqqətimi çəkdi. Demək haqqında bəhs etmək istədiyim kitab müəllifi Nailə İmanlının (Məmmədrzayeva) “ Anamın nağılları” adlı kitabdır. Bu kitabı səhifələdikcə öz uşaqlığım yadıma düşməklə yanaşı, oxuduqca bir doğmalıq hiss etdim. Belə ki, kitabda bir ananın qohum -qonşunun uşaqlarını başına yığaraq şirin-şirin danışdığı nağıllardan bəhs edilir. Nağılarda əks olunan hadisələr bugünümüzlə uzlaşır. Müəllifin çox sevdiyi “Əfqan”nın nağılına diqqət edək. Bu nağılda övladsız, həm də ahıllıq çağında olan ŞAHRUX xan insanlara çox zülm edir. Onun hakimiyyəti dövründə insanların zülm əlindən fəryadları ərşi- fəzada idi. Heç kəs Şahrux xanın sözünün üstünə soz deyə bilmirdi. Şahrux xan ahıl yaşda olmasına baxmayaraq, hansı şəhərdə, hansı kənddə gözəl bir qız görərdisə, iki cəsus-- Gil vəzir və Bibər qan tərəfindən izlənilərək ələ keçirilərdi. Bu cəsusların nağılda göstərildiyi kimi Çaparat elinin məhv edilməsində böyük əli olmuşdu. Nağılı oxuduqca görürük ki, Əfqanın əmiləri kəndin ən cəsur igidləri hesab edilirdi. Bir sözlə kənd-şəhər qan ağlayardı bu zalımın əlindən. Zaman elə dəyişdi ki, bu bəla Əfqangilin də ailəsindən yan keçmədi.Lakin nağılın qəhrəmanı Əfqan zalımlığa qarşı insanları öz ətrafında birləşdirə bildi. Şahrux xanın qorxusundan meşələrdə gizlənən insanlar yavaş-yavaş söz birliyi, əqidə birliyi yaradaraq Əfqanın ətrafında birləşdilər. Kənd əhli birləşməyə məcbur idi, çünki Şahrux xan kənddə acgözlüyü və zalımlığı ilə iki sevən gənci bir- birindən ayırmağa müvəffəq olmuşdu. Bu acımasızlığa dözməyən insanlar bir yumruq kimi birləşərək, namus,qeyrət uğrunda mübarizəyə qalxdılar ki, qaçırılan qızı azad edib sevənləri qovuşdursunlar. Bu nağılı oxuduqca həqiqətən bizim bu günki siyasi vəziyyətimizlə əlaqəli olduğunu görərik. Biz bu gün Azərbaycanın 20 faiz torpağı düşmən tərəfindən işğal olunduğunu, qız gəlinlərimiz əsirlikdə olduğunu unuda bilmərik. Bizim elin də belə qəhrəmanlara ehtiyacı var. Aramızdan nağıldakı Əfqan kimi qəhrəmanlar çıxmalıdır ki, torpaqlarımızı, qız-gəlinləri əsirlikdən azad etsin. Nailə xanımın öz anası tərəfindən eşitdiyi nağıllar əslində milli ruha arxalanır və böyükdən kiçiyə çox fikir anladır. 
“Anamın nağılları” kitabında iri həcmli nağıllarla yanaşı, kiçik həmcli nağıllar da yer almışdır. Bu qəbildən “Fatimənin nağılını” misal göstərə bilərik. Bu nağılda Fatimənin ögey anasının və ögey bacısının ona etdiyi zülmdən bəhs edilir. Lakin olanlara rəğmən Fatimənin səbr etməsi gələcəkdə onun yaxşı yaşamasına zəmin olur. Müəllif sanki diqqətləri nəfsin toxluğuna, çəkilən zülmlərə səbr etməyi oxuyuculara aşılayır. Belə kiçik həcmli nağılların olmasına baxmayaraq ibrətamiz,zəngin fikirlər , ifadələr insanların düşüncəsində öz əksini tapır. 
Başqa bir misal olaraq “Acı dilin bəlası” nağılına diqqət edək. Günü –güzəranı oğurluqla keçən, halal çörək nədir bilməyən Kərim bir gün yenə qarnı ac olduğundan oğurluq sevdasına düşür və üz tutur bazara. Bu zaman görür bir qoca əlvan rəngli ipək sapdan qurşaq toxuyur və tez- tez də iynəni dilinə, gah da dizinə batırır və deyir:
Dilim dilim olasan,
Dilim səni yanasan.
Xeyr söylə, bac alım,
Yoxsa parçalanasan!

Bu sözlər Kərimi çox düşündürür və qocanı bazarda işi bitdikdən sonra izləməyi qərara alır və qoca evinə yollananda düşür onun ardınca düz komasına sarı. Kərim görür ki,qoca öz komasına çatıb yorğunluğunu alaraq,öz halal zəhməti ilə qazandığı şor-çörəyini yeyib ALLAH-a çoxlu şükür etdi.Qoca yeyib-içib yuxusunu aldıqdan sonra aldığı yeni saplarla sabah satmaq üçün yenidən qurşaq toxumağa başlayır. Kərim görür qoca yenə həmin sözləri təkrar edir. Bir qədər düşünən Kərim anlayır və öz –özünə deyir, mənim də bir sənətim, şirin dilim olsaydı öz halal ruzimi əldə edə bilərdim. Onun könlündən keçir ki, bəlkə həmin qoca ilə dostlaşsın və halllalığın sirlərini qocadan öyrənsin. Belə də edir və çox şeyə nail olur. Əziz oxucular, diqqət etsək görərik ki, nə qədər ibrətamiz fikirlər var və bu gününmüzlə ayaqlaşır. Bu gün hallalığı unudub haram yolla pul qazanan insanlarımız azdırmı?! 
Oxüduqca diqqəti cəlb edən maraqlı hekayələrindən biri də, “ Bir keçilik gəlin” hekayəsidir. Demək bir kişi öz oğlunu evləndirmək üçün öz bacısı qızına elçi düşür. Bacı –qardaş belə sövdələşirlər ki, bəs qardaş qızı oğluna almaq üçün başlıq əvəzi bir keçi gətirsin. Onların razılaşması baş tutur və nəhayət gəlini oqlanın evinə aparmaq vaxtı çatır. Oğlan başqa kənddən olduğu üçün qızı bəzəyib atın tərkinə mindirirərək bəyin adamlarına təhvil verirlər. Gəlin isə, bu arada gələcək ərini sınamaq qərarına gəlir və bilə-bilə dəstədən ayrılıb atın başını başqa səmtə yönəldir. Camaat haray salır ki, bəs gəlin ucuruma doğru gedir. Hamı əl-ayağa düşür, lakin bəy isə heç halını pozmadan haray salanlara cavab verir ki,”nə olar, yıxılır yıxılsın da atam ki, onu mənə bir keçiyə alıb”. Bu gün də əziyyət çəkmədən valideynin hesabına ailə qurub, bir müddət keçməmiş dağılan ailələr azdırmı?! Hətta bu gün elə ailələr var ki, kişi yaşadığı müddətcə xanımına çox güzəşt edir və onun səhvlərini tez-tez bağışlayır. Buna bənzər hadisəni isə Nailə xanım “Unu duz əvəzi yeyən lişi” hekayəsində belə göstərmişdir. 
Gəlin “Unu duz əvəzi yeyən kişi”-nin hekayəsinə diqqət edək. Demək bir gün kişi evinə yeməyə gələndə xanımı bilə-bilə süfrəyə duz əvəzi un qoyur və bişirdiyi kartof soyutmasına duz əlavə etmir. Kişi ac olduğundan qaynadılmış kartofu duz əvəzi süfrəyə qoyulmuş una batıraraq iştahla yeyir. Arvad isə bu mənzərəni kənardan seyr edir və görür ki, kişi heç halını dəyişmədən yeməyinə davam edir və arvadına söz demir. Qadın, ərinə deyir: “Mən daha çıxıb gedirəm atamın evinə” Kişi deyir:” Niyə axı? Mən ki, səni vurmadım, döymədim.”
Qadın deyir:” Deyir a kişi duzla unu ayırd edə bilməyən insan mənə nə qiymət verə bilər?”deyib, arvad öz ərini birdəfəlik tərk edir. Bu hekayədə az cümlə ilə verilən fikir bizlərə çox söz deyir. Hekayəni oxuyan hər kəs öz düşüncəsinə görə nəticə çıxara bilər. Sizlərə isə mən bir sual unvanlayıram:” Sizcə qadın ərini tərk etməkdə haqlı idimi?”
Hörmətli oxucular, mənim nağıllar mövzusuna toxunmaqda məqsədim budur ki, bu gün həqiqətən ibrətamiz, məntiqli,mənalı nağıllara etiyac duyulur. Bəlamız göz önündədir. Əslində yeni tədris ocaqlarına qədəm qoymuş uşaqlar üçün tərtib olunmuş dərsliklərdə verilən hekayələr, nağıllar kefiyyətsiz olduğundan uşaqlar nəyə maraq göstərib, nəyi yadda saxlasınlar? Bu gün dövrə mühitə uyğun nağıllar və nağıl qəhrəmanları olmalıdır ki, boya-başa çatan körpələr onlardan bir örnək götürsün. Müasir dovrün uşaqları nağılları nənələrin şirin dilində yox, sosial şəbəkələrdə axtarırlar. Düzdür XXI əsrdə yaşayırıq. Elm texnika inkişaf etməkdədir. Lakin fikir vermisinizsə görərsiz ki, müasir yetişən gənclərin əksəriyyətində intelekt səviyyəsi çox aşağıdır. Telekanallarda hazırlanan küçə reportajlarında verilən ən adi sullara gənclər cavab verə bilmirlər. Sizcə niyə? Cavab isə sadədir. Çünki bünövrə yoxdur. Unutmayaq ki,müasirləşmiş texnika uşaqların beynlərini getdikcə kütləşdirmək üzrədir. Təəccüblüsü də budur ki, ədəbi mühitdə müasir dərdi-sərimizi əks etdirən əsərlərə də rast gəlmək mümkün deyil. Mütaliə etmək üçün dəyərli kitab tapa bilmirsən.Amma baxırsan hamı yazır, hamı kitab nəşr etdiririr. Lakin baxanda bilmirsən yığılan söz topluları aysberqin hansı üzündən bəhs edir. Bir düşünən varmı ki,bu nə vaxta qədər belə davam edəcək. Hətta deyərdim ki, həyəcan təbili çalmağın vaxtı belə çoxdan keçib. Bu gün Nağıllarda olduğu kimi inildəyən ədəbi mühiti həyata qaytaran qoluzorlu qəhrəmana ehtiyacı var! 
PS. Kitab haqqında oxucu fikrimi bildirməklə yanaşı Nailə xanıma öz dərin təşəkkürümü bildirirəm. Nə yaxşı mələk simalı anasının şirin dilindən süzülən o nağllları yaddaşına hopdurmaqla illər sonra oxucu kütləsinə çatdırıb. Çox istərdim “Anamın nağılları” kitabına müraciət edəsiniz hörmətli oxucular! Bu kitabda sujet xətti mükəmməl nağıl, hekayə mövzuları var ki, səhnələşdirilərək içtimayyətə və uşaqlara çatdırılmağa ehtiyac duyulur .“ Anamın nağılları” kitabını axtarın, tapın və oxuyun!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

TƏRANƏ ŞƏMS...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam