Redaktor seçimi
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
Günün xəbəri

Yalan

 

Mən yalançı deyildim, anam “öyrətdi”mənə.

Ağlayanda döş əvəz soska “yedirtdi”mənə 

 

"Xeberinfo.com":  A kişilər, gəlin siz mənimlə razılaşın ki, bizim bəzilərimizə yalanı anamız “öyrədib”.

 Belə ki,biz dünyaya gələn gündən bizlərdən bəzilərinin anası qızlıq fiqurasını korlamasın deyə bizə döş əvəzinə soska yedizdirib. Bu “prosses”i

 bəzi analar işlərinin çoxluğundan və yaxud qaynata, qaynana yanında körpəsinə döş verməyi həya etdiyi üçün məcbur olub. Bu ”məcburiyyət”  bizim ilk aldanmağımız, anamızın da ilk “yalan”ı olub.

 Və yaxud ikinci aldanmağımız da ... yenə də bəzilərimizin anası öz sərv qamətini əyib, sual işarəsinə döndərməməkçün, bəzilərininsə yenə də işlərinin çoxluğundan , bəziləridəki, həə... Qurban olum o bəziərinə...nöşün ki o da qaynata, qaynana yanında qucağa körpə götürməyi həya etdiyi üçün körpəsini beşiyə qoyub, yelləyə-yelləyə “bay-bay” deyib.

  Həəə.. qaldı növbəti , üçüncü dəfə aldanmağımıza və anamızın (əlbəttə ki, bəzilərinin) “yalanına” , bu “yalan ” həm ən böyük yalandır , həm də ən böyük günah.Bu yalan nədən ibarətdir? Bu yalan ondan ibarətdir ki... bəzi anaların döşündə süd ola-ola körpəyə süd  əvəzinə “malış” yedizdirməsindən. Bunun da bəzi səbəbləri var... Məsələtün.. bəzi anaların, bəziləri körpəyə ona görə süd vermir ki, üzr istəyirəm... yenə fiqura məsələsi. Ay fiqura dəlisi olan ana, bir fiquradan ötrü körpəni süd yanığı edərlərmi? Vallahi-billahi bu günahdır. Körpə ana südü əmməlidir. Əmməlidir ki, əvvəla sağlam, gümrah böyüsün. Bir də anaya, ataya, vətənə, torpağa bağlı olsun. Bütün bu bağlılıqlar o müqqəddəs ana südündəndir, daha “malış”dan  yox.Burda da bəziləri işinin çoxluğunu bəhanə edir, bəziləri guya gündə bir neçə dəfə söydüyü qaynana, qaynatasından həya eyliyir...Bu tifil körpənin ana döşündən süd əmməsi nı qədər vaxt aparar ki, ona da bir bəhanə tapırlar. Nəisə...

 Rəhmətlik nənəm Gülzar arvad demişkən, eləki  bir qarış böyüyən kimi, verirlər bizi nənəmizin öhdəsinə. Bəhanələri də odur ki, guya atalar deyib (mənə elə gəlir ki, bu sözü bəzi analar deyib)” dövlətdə dəvə,övladda nəvə”. Amma öz aramızdır, indi mən də baba olanı görürəm ki,kim bu sözü deyib düz deyib, nəvə övladdan şirindir... Nənə də həmişə uşaqlara nağıl danışar, tapmaca deyər, bəzən də düyünçəsində gizlətdiyi noğuldan, nabatdan onlara verdiyi üçün nəvələr də nənələrini çox sevir. Nənələrin nağılları daki həmişə “biri var idi, biri yoxla” başlayıb... “...göydən üç alma düşdü” ilə qurtarardı. Nənəm “alma düşdü” deyən kimi mən cəld gözümü göyə zillərdim ki görüm alma hardan düşəcək, kimə düşəcək? Amma alma düşməzdi ki,  düşməzdi. Gözüm göydə qala-qala şirin yuxuya gedərdim... Mən nənəmə çox inanıram. Elə yaşımın bu ahıl çağında da gözüm yenə də göydədir ki, bəlkə göydən bir alma düşdü. Amma alma mənə nə uşaqlığımda, nə də bu yaşımda  hələ də göydən düşmür ki, düşmür. Nə uzun oldu bu almanın yolu?

 Deməli, bu da nənəmizin “yalanı”imiş.

 Beləcə qarış-qarış böyüyürdüm, yalanlara bürünürdüm...

 Bəli, vaxt- vədə tamam oldu, məktəbə getdim.  Hər şeyi bilən,hər şeyi düz danışan müəllimlərdən elm öyrənmək üçün. Sən demə...

  Bir gün dərsimiz “baba-nənədən”  gedirdi. Birdən müəllim mənə dedi ki, ...”Sənin baban Lenin, nənən də Kurupskayadır.”   Pahhh.. Bəs mənim Gülzar nənəm, Əlibaxış babam kimin baba, nənəsidir? Mat qalmışdım. Artıq müəllimimin bu sözündən sonra atam Cəbrayıldan da şübhələnirdim. Yaxşı ki, yaşa dolduqca bunun da müəllim yalanı olduğunu dərk etdim.

  Ay kişilər... indi gördünüzmü mən haqlıyam? Bizi yalançı  edənlər kimlər olub?

 Bir də mən sizə körpəliyimdə, uşaqlığımda aldandığımdan danışdım. İndiki aldanmağımdan sizə nə deyimki? Elə siz də mənimlə bahəm aldanırsınız daaaaa.   Bu dünyada!...

 

  Göydən üç alma düşdü....  Yalandan...                                                                                                        

Xoşqədəm Cəbrayıloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam