Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

SƏNİ SEVİRƏM ALLAHIM

 

"Xeberinfo.com":

 Ey məni yaradanım, yeri, göyü, külli məkanı tanıdanım. Sənə şükürlər olsun məni əta etdin rəva bildiyin yerə. Mənə məni sevən ana şəfqəti nəsib etdin, ruzi verdin, ağız verdin göz verdin, adını dilimə gətirməyə dil verdin dodaq verdin. Səni görmədən sevməyə qəlb verdin. Səni şah damarımdan qəlbimə ürəyimə yaxın bildim. Qəlbimlə ürəyim höcəşəndə dadıma sən yetən bildim ey xaliqim ey yaradanım! Həyatın gözəlliyini sən verdin mənə, ama mən bu verdiklərini səni sevərək gördüm, öydüm. Çünki sən əta etmişdın, görünənləri, bölünənləri rəssam fırçanla çəkdiklərin nə varsa gözəl idi. Axi bunlar sənin idi.Biz qonaqdıq bu fani həyata, mənimdi deyə bilməzdik kainata. Ruhumun qidası sən oldun, təcəllini görürəm yerdə, göydə, yaratdığın hər yerdə. Sevdin yaratdığını, nəzərin üzərimizdə rəhmanın nəsibində oldu ey Yaradanım! Bərkə düşdüm sənə sığındım, sevdim sənə sığındım, dözümümlə dözdüm sənə sığındım. Əyildim önündə, qarşımda varlığını hiss etdim, sanki gözlərimə şəfqətinlə sığal çəkirdin, utanırdım, utanırdım sənin rəhmindən gözlərim ağlayırdı önündə. Yalvarırdım Allahım, mənim qəlbimin sənə olan sevgisini, şeytandan özün qoru, qoru məni fitnə -fəsaddan, dedi-qodudan, qəlbi çürük insanlrln felindən qoru Sənə sığınıram nəfsimdən, çox görüb çox istəsəm kəsbimdən. Allahım qibləgahım sən idin, səcdəgahım sən idin dərgahım ey külli kainatın sahibi. Səni sevdiyim gədər taleyimə yazdığın gücüm yetəcək çəkə biləcəyim qədər verdiyin dərdləri də sevdim. Daima qəlbimin dərinliyində sanki sənin pçıltını eşidirdim. Sanki hissimə dolurdun verilən vəhlərlə. Mənə nicat verirdin. Ey külli məkanın sahibi sən mənə nəsib etdiklərinin qarşısında özümü günühkar bilirdim. Qınayırdım özümü, sənə layiq bilmirdim nə özümü , nə sözümü çəkə bildikcə verirdin nankor quluna dözümü.Ey yaradanım, ey xaliqim, məni nəzərdən salma, dinimi, imanımı, namazımı əlimdən alma,məni şeytanın yoluna salma.Səninlə axirətdə nəsib olarsa qarşılaşsam, veriləsi cəzamı əsirgəmə. Ama yalvarıram Allahım məni nəzərdən salma. Alma imanımı, alma! Günahımı əxirətə qoyma...dinlə dualarımı rəhmindən doyma, doyma...!Səni sevirəm ALLAHIM. Bu sevgini sevginə qat, yatmışamsa qəflədən məni oyat. Oyat məni...!!!

 

TƏRANƏ ŞƏMS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam