Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

TANIDIM SƏNİ...

 

 

"Xeberinfo.com":  Zaman vardi sevdiyini bəyan edərək özünü aşiq sanardın. Heç yaşında o yaş deyildi. Çox düşünürdün, ilahi bu nə həvəsdi nə meyildi? Hərdən özünü qınaq edərək gülərdin, sevən yaşın deyil, deyə düşdüyün bu sevdadan qorxaraq tükənərdin, ürpənərdin. Sevən qəlbində çiçək açmışdı gecişən məhəbbət. Bəs indi, baxdınmı özünə?Ağlayırsanmı, gülürsənmi aşiqsən, ya dəlisənmi? Özünə, sözünə, gözündə gizlənən gözümə baxdınmı heç? Tapa bildinmi özünü, yalanla yetən düzünü? Bu gözlər qərib görünsə də, daha o gözlər gözünə dikilən baxış deyil. Sığal çəkib saçlarıma bənövşədən çələng hörüb, ilmə-ilmə vurduğun naxış deyil. Dəyişdim, dəyişdim artıq...Mən o deyləm.Boşluqlar içində sən-sən, özün deyilsən sürünən kölgəndir. Unutma! Gözlərimə baxanda xumarlanıb axan, od saçan baxışlar, doğman deyil özgəndir. Üzülən əllərini buraxdım, hansı ki, o əllər sənə uzanan titrəyən əlləri tutmadı.Bir bilsən ki, neylədin? Dərdimə dərd ələyib köz basdın yanar qəlbimə. Dərdimi dərdinlə yaşatmadın, verdiyin sözə baş etmədin sən, baş etmədin. Eşqimlə,sevgimlə oynadın, düşünmə ki, ram etdin məni, damarımda qanımda qaynadın. Yox-yox gözləmə sənə yalvararam, artıq daşa dönmüsən,sıxılıb köksünə, başım sinəndə ağlamaram. Qoryan mələyim göylərdən endi, oldu gərəyim sənin kələyinə rəvac vermədi, rəssamın tablosu kimi simandakı gizlənən o rəngləri ələdi tanıtdı səni mənə birər-birər. Açdı sənin qəlbindəki çözmədiyim düyünləri, mən əzilməyim sınmayım deyə, səndən sevgi unmayım deyə. Deyim ki, çirkinliyin tərifi də sənə heyf...? Onu da qıymıram sənə. Amma yetər ki, səni tanıdım. Çox heyf sənə baxan gözlərim, çox heyf səni vəsv edən sözlərim. Yanıldım, çox yanıldım lakin, görünməyən simanın niqabı açıldı. Çəkdiyim acılar nələr demədi mənə. Bu iradım sənə deyil, özümədi, özümə. Andım ALLAHA birdə o dəcəl sevgi ömrünə yetə biləcək əcəl sevgi acıdı, şirindi duymayacaqsan. Mən səni unudacağam, bulaq olan göz yaşımı qurudacağam. Bu bir istək deyil. Bunu mənə mənliyim, qururum səni üşüdə biləcək NİFRƏTİM deyir. Sənli-sənsiz, sənə üsyan edən ÜLFƏTİM deyir. Yazdım artıq son vida, sözlərimdir son nida..ƏLVİDA...ƏLVİDA...!!!!

 

TƏRANƏ ŞƏMS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam