Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

BƏNÖVŞƏ...

 

 

"Xeberinfo.com":  Yazqoxulu bənövşəm səni vəsv edimmi? Səni oxşayıb sevimmi? Sənə söz deyən dillər, acımı, şirinmi? Bükülü boyuna baxıb, mən də söz deyimmi, bahar qoxulu bənövşəm. Qar sənin yorğanın oldu, söyuğu səni üşüdüb canına doldu. Titrəyirsən hürkək-hürkək baxırsan? Mən varam gəlmişəm deyə, üşüsəndə yandırıb yaxırsan. Titrək, zərif baxışınla, o gözəl qoxunla könüllərə axırsan. Gəlmişəm deyib, işvənlə- nazınla aşiqlərin gözlərinə baxırsan. Ey mənim bahar çiçəyim, səniki belə sevirlər nədən boynun bükük? Ömrün azdır deyə, həyata ümidlərin sönük? Belə düşünmə: Yolunu gözləyirik sevənlərin deyil sənə dönük. Bax gözlərimə bənövşəm, ətir saç, kədərdən-qəmdən qaç! Usanma, ömrünün azlığı sənin günahın deyil. Səni yaradan belə yaradıb, az ömürlü, çox sevimli. Adına nəğmələr yazıldı, şairlər səni vəsv etdi. Açıb tez solsan da, rahiyyən səni sevənləri məst etdi bənövşəm. Yenə yaz gəlir, sən gəlirsən sevənlərin pişvazına çıxar. Səni sevər oxşayar, qoxar bənövşəm. Başını dik tut, heç üzülmə! Sən həmişə varsan, baharın müjdəsisən, çiçəklərin tacısan, baharın qızısan, sevənlərin yarısan, ömrün qısa, bir yaz ömrü yarısan, nazısan sevənlərin nazısan, razısan sən mənimlə razısan? Səni sevirəm bənövşə..! Eşit məni, adın dilimdə, eşq qoxusu, məhəbbət sədası duyuram və titrək səslə deyirəm. Gəlişin mübarək...səni sevirəm BƏNÖVŞƏ...

 

TƏRANƏ ŞƏMS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam