BAĞIŞIA ATA...
"Xeberinfo.com": Ata...! Bğışla məni bağışla! Yaşadıram adını, unutmadım arxamı dağımı. İtirmədim izini, ama qoruya bilmədim sərin-sərin güllərə əsən xəfif-xəfif meh ətrini, etibar etdiyin əmanətini,sevdiyini.Əhf et oğlunu, qızını bir də məni boynubükük quzunu. Ata saxlaya bilmədim canından can verən o parlayan ulduzunu. Ata sən gedəli sənsizliyin boşluğuna düşən sevgili yarın, illərdir xəstə yatdığını, dərd içində çürüyüb batdığını, öz gözəlliyini belə unutdu. Həyata söndü sevgili dildarın. Səni tapa bilmədi nə məndə, nə onda, nə qeyri birində. Sən axı anamı Məcnun kimi, Kərəm kimi sevmişdin .Onu uzaqlardan, Qarabağın səfalı yerlərindən Şəkinin dağlarına elinə -obana həmişəlik yurduna, yuvana xaniman seçmişdin. Sevirdin onu dəlilər kimi. Ata, sənə vəfasızmı deyim, buraxıb getdin onu sevə-sevə gözləri gözündə baxa-baxa, əllərini əlində sıxa-sıxa. Bəlkə o zaman anam amansız əcəllə bacara bilsəydi əllərin əlində soyuyanda özünü fəda edərdi, yolunda qurban gedərdi ATA...! Anam da sevirdi səni, eşqinə məhəbbətlə cavab verən aşiq kimi. Bizlər bu sevginin əhatəsində həyata göz açdıq. Sevginizdən əta olduq bu zalım dünyaya. Səndən öyrəndik sevməyi, ailə nədir bilməyi, alnı açıq dik yeriməyi Ata! Sağlamlığını itirən, yeriməyən şəfaya heç bir gümanı olmayan anamı necə də məhəbətlə sevirdin ona necə də qayğı göstərirdin. Ata sən məni, öz ələrinlə məni gözləyən yurd-yuvama quş kimi uçurdun, heç düşünmədin belə xəstəyə necə qulluq göstərə bilərəm. Ama sən bunu sevə-sevə bacardın. Sanki öz sevdiyinin qulluğuna durmaq, onun nazını çəkmək sənə bir zövq verirdi. Ata sən elə sağlığında fədakarlığınla cənnəti əldə etmişdin. Arzularını gözündə qoyan zalım fələk isə gör nələr etdi. Ata sən həyatın açılarından dolayı arzuladığın xöşbəxtlik üzünə gülmədi. Yatağa düşən anamın qulluğunda sən şamtək əridin, ama heç ufda demədin Ata! Heç bir övladını çətinə salmadın, sevgin məşəl oldu yanmaqdan doymadın.Bizlər öz ailəmizlə baş-başa olnada başına dolandın pərvanə kimi anamızın, bəslərdin onu, oxşardın onu yanaqları, qırmızı lalə kimi. Ata doymadın onu sevməkdən, əzizləməkdən nə biləydin qaça bilməyəcəksən gedər –gəlməz seçənəkdən. Anamı mənə əmanət etdin, həyatını ona zəmanət etdin, Ata dağ idin, arxam idin güvənirdim sənə.Bəs indi bilirsən, yoxluğunla həyatımı qiyamət etdin. Sənin sevginlə həyata bağlanan, ümüdlə yaşayan və nəvaxtsa ayaq açıb yeriyəcək anamı mənimlə qoyaraq haqqın dərgahına qovuşdun. Ata sən gedəli anamın o xəstə canından bir can da ayrıldı. Anam barışmırdı sənsiz həyatla, hərdən mənə deyərdi bağışla,qızım bağıla, həyatım qurulub qara naxışla . Mənə qulluq etməyin, baxmayın mənə,tələsirəm, tələsirəm atanla görüşməyə. Razı sala bilmirdim onun sınıq, qırıq qəlbini, ovuda bilmirdim dərdini. Ata, anam sənsizlikdən səssizliyə qapandı. O həyata vida edən gün çox xöşbəxt görünürdü sənə gələcək deyə, sanki sönməkdə olan gözlərinin dərinliyində bir işıq nur saçırdı. Qoruya bilmədim onu bağıla məni Ata. Qoruya bilmədim məhəbbətini,əmanətini. Bağışla məni ata! Ama sizin sevginiz həyatıma örnək oldu.Sizin sevginizin qarşısında övladın kimi baş əyirəm. Sizlərin saf ülvi məhəbbəti hər övladının qəlbində çağlayan bulaq oldu, aşdı, daşdı ruhunuza qarışdı. Rahat yat ata, rahat yat ana, bildik, anladıq sevgidən qeri yol yox oyana. Rəhmət diləyirəm bizə bu yolu qoyana. Ama atam məni əhf et Anam səni sevdi, səni seçdi. Buraxıb məni sən gedən yolu getdi. Bu qəbahət mənlik deyil, yazmasam, deməsəm bu düzlük deyil. Məhəbbət ölmədi, yaşadı XEYR. Bunu mənə sevgidən yoğrulan həyat söylədi, sevgi ölmür yaşayır, ölümsüzlüyə ömür saxlayır...
TƏRANƏ ŞƏMS