TANRIM,BİZİ BİZDƏN QORU
Xeberinfo.com: Son vaxtlar sahibkarlar Bakıda və Bakının ətraf kənd və qəsəbələrində torpaq sahələri alır, yarlı-yaraşıqlı çox mərtəbəli yaşayış binaları tikib, iri yaşayış massivləri salırlar.Bu massivlərdə yüzlərlə,minlərlə insanlar mənzil alıb məskunlaşırlar. Təbii ki, bu insanların şəhərə gəlib getmələri üçün də ictimai nəqliyyat strukturunun yaradılması ən vacib amillərdən biridir. Ölkədə bu işlə məşğul olan qopqocaman Nəqliyyat Nazirliyi və böyük sahibkarlar birliyi mövcutdur ki, onlar yeni yaşayış massivlərinə marşurutlar açır, xəttə avtobuslar buraxırlar. İlk vaxtlar bu avtobuslar əhalinin tələbatını ödəyir. Sonralar əhalinin sayı artır, sıxlıq yaranır, camaat narazılıq edir, xəttə avtobusların daha çox buraxılmasını istəyir və heç kim də bunun fərqində olmur.
Adi bir misal. Hərdən mən də Masazır qəsəbəsində salınmış "Yeni Bakı" yaşayış massivinə gedib gəlirəm. Amma zülüm, zillət çəkə-çəkə. Məlumdur ki, "Yeni Bakı"dan başqa burda "Qurtuluş-93"və Zəngilan qaçqınları üçün salınmış massivlər də var. İndi təsəvvür edin ki, bu massivlərdə nə qədər insan yaşayır və onların şəhərə gəlib getmələri hansı əziyyətlərdən keçir.
Memar Əcəmi stansiyasından bu məkanlara ancaq 525 saylı avtobus işləyir. Necə işlədiyini də orda yaşayanlar və mənim kimi hərdən gedib gələnlər daha yaxşı bilir. Yarım saatlıq yolu avtobus bir saata, bir saat 20 dəqiqəyə gedir. Bu qədər vaxtda ayaq üstə durmaq, istidən nəfəs ala bilməmək heç də asan deyil. Adamın anadan əmdiyi süd burnundan gəlir.
Yrganə marşurut avtobusu olan 525-in mütləq dayanacağı yoxdur. Kim harda istəyir orda da minib, düşür. Hər gün ayaq üstündə, basabasda, tər qoxsunu uda-uda getmək nəyinki yaşlıları, həmidə cavanları təngə gətirib, bezdirib.
Avtobusdakı söhbətlərdən eşitmişəm ki, marşurutun sahibi camaatın haqlı kiley güzarını eşitməyinə baxmayaraq, onu qulaq ardına vurur. Marşuruta yeni avtobuslar buraxmır. Axı yeni avtobus sahibkar üçün əlavə xərcdir.
Son vaxtlar hamı halal qazancdan, halal ərzaqdan danışır. Amma hamı yalançı "halal"lığına elə haramlıq qatır ki, adamın ayağı yerdən üzülür, əli üzündə qalır. Yəqin ki, 525 saylı marşurutun sahibi də belə "halal"lardandır.
Tanrım, nə olar bizi xalqın əziyyəti, narahatlığı bahasına "halal" çörək qazanan məmurlardan və sahibkarlardan qoru. Yoxsa onlar bizim axırımıza çıxıb səni bəndəsiz qoyacaqlar.
Məhərrəm Şəmkirli