YETİMLİYİN İCTİMAİ KÖKLƏRİ
Həyatı boyu zülmlə, əzabla yaşamış Atam Sarı Həsən oğlunun xatirəsinə həsr edirəm
"Xeberinfo.com": Sənədli hekayə
Hörmətli oxucular, hər dəfə sənədli hekayələrimi göz yaşımla yazıram. Həmin hekayələr geniş həcmli olduğundan bəzi özündən razı olan yazarlara xoş gəlmir. Kimlərə xoş gəlib gəlməməsindən asılı olmayaraq mən yazmağımda davam edirəm. Bir paraları kimi gündəmdə qalmaq xatirinə heç nə yazmıram. Gündəmdə qalmaq istəyənlərin tərifini vaxtı ilə İlqar Məmmədov verib. Tel.373.70.52.
Onu həmişə övladlarından Axundoğlu adıyla soruşardılar. Bu adla soruşulması səbəbsiz deyildi. Sarının atası Həsən kəndin ağsaqqalı olmaqla yanaşı həm kəndin də xeyir-şərini yola verən olmuş, “QURAN”ı ərəb dilində oxuyub, yeri gələndə ərəb əlifbası ilə də yazarmış.
Onun Sarı adında bir oğlu, Vüsalə adında bir qızı olub. XIX əsrin axırı XX əsrin əvvəllərində ərazidə baş alıb gedən yoluxucu xəstəliklərdən onun Atası, Anası və tək bacısı dünyalarını dəyişmiş, Sarı yetim qalmışdı.
1911-ci ildə dünyaya göz açan Sarı 1920-1927-ci illər arasında yeddiillik məktəbdə natamam orta təhsil almış,1928-1929-cu illər arasında iqtisadi məktəbdə mühasibat uçotu üzrə ixtisas sahibi olandan sonra 1930-cu ildən başlayaraq 19 yaşında kənddəki Frunze adına kolxozda baş mühasib vəzifəsində fəaliyyətə başlamışdı. Atasız və Anasız olan Sarıya qayğı göstərən o vaxtkı ictimai quruluş olmuşdu. O, ömrünün sonuna kimi ilk təhsil illərində öyrəndiyi ərəb əlifbasında yazıb, oxumağı da unutmamışdı.
Sarı görüb-götürmış samballı ailədən olan Samirə adında bir qızla ailə qurduqdan sonra ailələrində bir oğlan və bir qız-iki körpə dünyaya gəldi. 1941-ci ildə rus bolşevizmi ilə alman şovinizmin qarşıdurması dünya müharibəsinin sürətlənməsinə start verdi və Sarı müharibəyə yola düşdü. Müharibədən ikinci qrup əlil kimi geri qayıtdı və vəzifəsinə bərpa oldu. Sol qolu işləmirdi, əli bürüşmüş və qolu gödəlmişdi. Yerdən verilən imzasız məktublara əsaslanan NKVD-nin təftişlərinin sayı azalmır, bəzən də istintaq başa çatana kimi onu həbsdə saxlayırdılar. Nəhayət 55-ci illərdən başlayaraq qanunların sərtliyi azalmağıyla bərabər pripiskalar artmağa başladı. Kim güclüydüsə haqq-ədalət də onun tərəfində olurdu. Qanunlarmənsəbpərəstlərin seyflərində həbsdə yatırdı. Müharibə iştirakçısı, ikinci qrup əlil, məsul vəzifədə işlədiyi dönəmdə haqq-ədalət axtarıb onu aşkarlaya bilməyən, dövlət səviyyəsində, rüşvətxorluğun sonunun görünməz olduğunu və onun yuxarı dairələrdən müdafiə edildyini dərk etdikdən sonra Sarı Axundoğlu məcbur olub 49 yaşında (1960-cı ilin axırlarında) öz xahişi ilə vəzifəsindən azad olundu.
Ata-Ana qayğısından körpəlikdən məhrum oldu,
Yetimlikdən pis gün çəkdi, qohumlardan uzaq oldu,
Ölümlərdən qan ağladı, həyatından küskün oldu,
Təkliyindən əzab çəkdi, xoş günlərdən kənar oldu,
Zəmanədə yetimlik də körpələrə sitəm oldu.
Yaşıl gözlü arxa durub ermənini tumarladı,
Gəlis adlı dayaq görüb yaylaq yeri qamarladı,
Havadarı dəstək verib küçükləri damarladı,
Quduzluğu məslək bilib millətini damğaladı,
Sarı saçlı, yaşıl gözlər çox xalqlara ələm oldu.
Qoymadılar yaylaq ola müsəlmana Qara Qaya,
Qoymadılar qismət ola Ala Tala Türk Sarıya,
Qoymadılar mürvət ola kimsə baxa tək balaya,
Qoymadılar dinclik ola insan çıxa xoş dünyaya,
Qızıl ilan əzəl gündən cəm türklərə cüzam oldu.
Dəstəklədi, təhsil verdi, Dövlət qaldı qayğısına,
Vuruş gördü, şikəst oldu, millət gəldi sədasına,
Can deyəni həkim soydu, diqqət verdi yarasına,
Dil biləni məlhəm qoydu, zəhmət cəkdi əzabına,
Sovet alman döyüşləri millətlərə qənim oldu.
İnsanlara qan udduran müharibə qurtarmışdı,
Yalan plan doldurmadan orden alan çoxalmışdı,
Sosyarışa dastan yazan şair, aşıq ad almışdı,
Mənsəb güdən talamaqdan kürsü tutan tanınmışdı,
Kommunizmin məddahları sərvətlərə sahib oldu.
Tək qoluyla bərpa oldu öz işinə oğul Sarı,
Xislətiylə varid oldu peşəsinə kişi Sarı,
Məsləkiylə xidmət etdi dövlətinə mətin Sarı,
Sadiqliklə yol göstərdi kəndlisinə bakir Sarı,
Milyon sayan oğul sonda qəpiklərə möhtac oldu.
Sovetlərin qanunları, arxivləri kif atmışdı,
Təlimlərin möhkəmliyi, özül daşı laxlamşıdı,
Yuxarının adamları rəzil adı qazanmışdı,
Dadananın əməlləri- paxırları açılmışdı,
Çökən dövlət oliqrxa, manqurtlara arxac oldu.
Həyat onu doydurmuşdu, zəmanəsi sındırmışdı,
Mühit onu bezdirmişdi, şərçiləri bəsləmişdi,
Rüşvət onu incitmişdi, izzət, iffət gömülmüşdü,
Möhnət onu bürümüşdü, illət ifna yetirmişdi,
Balaları ölüm gördü, Ata dərdi nalə oldu.
İnsanlığı atmamışdı, qanunları ucaltmışdı,
Haramlığı dadmamışdı, halallığı qıtlaşmışdı,
Gümrahlığı olmamışdı, xəstəliyi qocaltmışdı,
Gözlərini yummamışdı, Anasını çağırmışdı,
Yaxınları dözməmişdi, xalis türkü ağlamışdı,
Ata qəmi ömür boyu övladlara zərbə oldu.
Bakir-saf, ləkəsiz, İzzət-qədir,qiymət, etibar, şərəf, İffət-mənəvi təmizlik, İllət-azar, xəstəlik, İfna-məhv,yox,puç etmə mənasındadır. Gəlis-erməni adlı şəxsdir.
Əzab,əziyyətlə valideynsiz böyüyüb dövlətə sədaqətlə xidmət edən Sarı Axundoğlu hansı xislətin sahibi idi? Kənddə kolxoz , kənd soveti, orta məktəb və ticarət dükanı kimi dörd dövlət müəssisəsi varıydı. Bu müəssisələrdə sədr, direktor və müdir vəzifələrində əyləşməklə irəli getmək mümkün idimi? Şübhəsiz ki, yox. Kənddə “yüksək” post tutanlar hansı səviyyənin sahibi idilər ki, kiməsə kömək edib İrəli çıxara bilsinlər. Dövlət tərəfindən şöhrətli orden, və medallar o şəxslərə verilirdi ki, hökumət qarşısında onların dili söz tutmur, adlarını belə yaza bilmirdilər.
Müsbət xarakteri olan insan qəlblərdə yaşayır və daim xatırlanır. Kəramətlik (bu söz lüğətdə alicənablıq, lütfkarlıq kimi izah edilir) kimi xüsusiyyət-keyfiyyət Sarı Axundoğlunda yetərincə olub. Kənddə vəzifə başında olan insanların heç birisində onun qədər kəramətli bir şəxs olmayıb və ondan sonra da olmadı. Onu müharibədən sonra kolxozun sədri təyin etmək istəsələr də “razı” olmamışdı. Bununla yanaşı MTS-lər kolxozlara satılandan sonra kolxoz sədri vəzifəsini icra edən olmamış, onu Sarı Axundoğlu əvəz edərək kolxozun illik istehsalat-maliyyə fəaliyyəti haqqında məruzəni özü etmiş, kolxoza satılan kənd təsərrüfatı texnikasının dəyərinin tam ödənildiyi və dövlətə borclu qalmadığı nəzərə çatdırılmış, bu ağır ödənişdən sonra kolxozçuların hər əmək gününə də üç rubl məbləğində pul vəsaiti paylanmışdır. Belə kolxoz royonda barmaqla göstərilirdi. Atasız-Anasız böyüyən Sarı Axundoğlunun ikinci bir müsbət xarakteri ondan ibarət idi ki, baş mühasib vəzifəsində işlədiyi müddətdə kolxozun əmlakının mənimsənilməsinə yol verməmiş və heç bir zəhmət adamının əməyini mənimsəməmişdi. O, hökumətin idarə etmə maraqlarına cavab verməyi bacaran, inanılmış şəxsi olmaqla yanaşı öz ixtisası üzrə səviyyəli mütəxəssis kimi hörmət qazanmışdı.
Körpəlikdən valideynlərindən məhrum olub, Azərbaycanda kolxoz qurulandan-1930-cu ildən 1960-cı ilin sonuna kimi baş mühasib vəzifəsində işləyib, sonda təqaüd almayan Sarı Həsən (Axund) oğlunun valideyni, tərbiyə, təhsil və cörək verib böyüdəni, vəzifəyə təyin edən Sovet hökuməti olmuşdur ki, kommunuzm quruculuğunu da bu kimi əqidəsi sağlam mütəxəssislərlə qura bilərdi, səlahiyyətli vəzifələrdə əyləşən manqurt, quldur, əxlaqsız dəstələriylə yox.
Vəzifəsindən azad olunandan sonra da belə onun bu müsbət keyfiyyətlərini zəhmət insanları dəfələrlə etiraf etmişlər.
Onun işdən azad olması o vaxta təsadüf edirdi ki, artıq evdə 7 nəfər oğul-qız varıydı və sonra bu qızlardan biri ailə sahibi olmuşdu. Böyük oğlu Bədirxan isə orta məktəbi bitirdikdən sonra daimi olmasa da fasilələrlə kolxozda fəhləlik edirdi. Düzünü desək Ata-Ana tərəfdən dünyaya gətirilən uşaqlar Atalı-Analı yetim idilər. Bir müddətdən sonra Bədirxan aylıq məvacibi 60 rubla dövlət kitabxanasında işə düzəlsə də ailənin minimum xərcini belə ödəmirdi. Müharibə əlili olan Atanın da aylıq gəliri Müharibə əlilliyinə verilən yardım və məktəbdəki Təsərrüfat müdiri vəzifəsindən aldığı ən aşağı əmək haqqı idi.
Bədirxan bilirdi ki, Atası vəzifədən azad olunandan sonra qeyrətlərini icarayə verənlər onu kitabxanadakı işindən də azad etdirəcəklər və ailədə dolanışıq vəziyyəti daha da ağırlaşaçaq. Orta məktəbi bitirəndən 7 il sonra hazırlaşıb İnstituta qəbul olmaq olduqcamürəkkəb məsələ idi. Bədirxan bu məsələnin də öhdəsindən gəldi. 25 yaşında Kənd Təsərrüfatıİnstitutunun mühasibatuçotu şöbəsinə qəbul oldu. Təhsil müddəti cəmi 4 il idi. Bədirxanla bərabər ailədən iki nəfər- bir bacı və bir qardaş da Bakı şəhərindəki ASİ-də təhsil alırdı. Bu üç nəfərin heç birisi evdən maliyyə yardımı almayaraq ümidlərini dövlət tərəfindən verilən təqaüdə bağlamışdılar.
Bədirxanla yanaşı həmin şöbədə özü yaşında (27) 4 nəfər də təhsil alırdı ki, bunların ikisi ailəli idilər, bu iki nəfər özlərini hərəkətlərində ləyaqətlə aparırırdılar.
Bədirxan 3-cü kursda olanda 2-ci kursda təhsil alan ucaboy, qarayanız, arıq bir qiz onun diqqətini cəlb etdi. Həmin ailəli iki nəfər bundan xəbər tutanda onun başına ağıl qoymağa çalışdılar: “Bədirxan, sənə münasib qız da, arxa dura biləcək Ata-Ana da var. Sənin gözün hara baxır, bu qızın nəyinə vurulmusan?” Bədirxan cavabında “Mən onu çirkinliyinə, uca boyuna, əla oxumağına vurulmuşam”,-dedi.
Həqiqət isə bu idi ki, Bədirxan Atalı-Analı yetim idi. Fiziki cəhətdən Atası-Anası olsa da xəstə, artıq yerişini itirmiş Atanı, pis gündən özündə olmayan, üzülmüş yoxsul Ananı elçiliyə... aparmaq mümkünsüz idi. Gözəl və gözə gəlim olmayanı seçmişdi ki, Mənzurə adında bu qızdan yox cavabı almasın. Manzurə heç də yaxşı geyim-kecimdə deyildi. Onun varlı olmayan keyimi Bədirxanda Mənzurənin ortabab ailənin qızı olması təsəvvürü yaradırdı. Təsadüf nəticəsində Manzurəni atası ilə birlikdə institutun yataqxanasının qarşısında görəndə onun kimliyini Mənzurənin özündən öyrənə bildi ki, bu yekəpər kişi Müharibə Veteranı və hazırda ticarət obyektinin müdiridir. Bədirxan ümidsizliyə qapıldı, qəlbən ağrıdı. Axı o, dövlətli qız da axtarmırdı. Kasıba-yetimə ticarətçi qız verərdimi?
Axırıncı kurs başa çatırdı. Dövlət imtahanlarını verməmişdən əvvəl tələbələrə təyinatları imzalatmışdılar. Bədirxan bütün cəsarətini toplayıb yataqxanada Mənzurənin qaldığı otağın qapısını döyub (İqtisadiyyat fakültəsinin tələbələri dördüncü mərtəbədə yerləşdirilmişdi) koridora çıxmasını xahiş etdi. Danışıq belı oldu: “Mənzurə, mənə Bakı kəndlərinin birində fəaliyyət göstərən müəssisəyə təyinat veriblər. Yerimi rahatlayandan və Siz də təhsilinizi başa vurandan sonra icazə versəniz gəlib Sizi apararam, əlbətdə el qaydasıyla”. “Yox, mən razı deyiləm”,- cavabını alan Bədirxanın gözlərinə qaranlıq çökdü, nəfəsi darıxa-darıxa öz otağına qayıtdı...
01.09.1968-ci il tarixdə Bədirxan təyinatı üzrə Bakı şəhrənin 60 km-də yerləşən istehsalat müəssisəsinə gəlib aylıq əmək haqqı 80 rubl olmaqla sıravi mühasib vəzifəsinə təyin edildi. İki aydan sonra rəhbərlik iş keyfiyyətinə görə ona diqqət yetirməyə başladı. Artıq onu irəli çəkmək haqqında düşünürdülər.
Bir müddətdən sonra Bədirxan Anasından məktub aldı ki, bala səni Gəncədən axtarırlıar. Əlbət ki, o, bilirdi axtaran Mənzurədir. Bədirxananın qəlbini sərt cavabı ilə sındıranla barışmaq mümkün idimi?
Bədirxanı Atası bir çətinliklə təyinat yerindən qopardıb kəndə gətirsə də qeyrətini icarayə verənlərlərlə və pula satanlarla yola getməyib yenidən Bakıya qayıtdı. Kiçik bir müəssisədə böyük mühasib vəzifəsinə təyin olunub işləməyə başladı. Kənd təsərrüfatı elmləri namizədi olan direktorun köməkliyi ilə Bədirxan özü kimi kasıb, Atası müharibədə itkin düşmüş, Ana himayəsində böyüyüb tərbiyə alan ali təhsilli Səidə ilə ailə qurdu. Komsomolu toyda direktor tərəfindən ona verilən 24 kv.m.lik otaqda üç nəfər direktor, Baş idarənin böyük zotexniki, müəssisənin kiçik heyəti iştirak etmişdi.
Atalı-Analı yetim bundan başqa nə istəyirdi ki, təki ailə və körpə sahibi olsun. Bədirxan evləndikdən sonra 25.04.1974-cü il tarixdə bir oğul, 19.07.1975-ci il tarixdə isə ikinci oğul körpəsi dünyaya gəldi. Onun sevincinin həddi-hüdudu yox idi...
Bədirxan Əhmədli qəsəbəsində yeni aldığı mənzildə yaşayırdı. Körpələri böyümüşdü. İşdən evə gəlmək üçün Neftçilər metrosunun şəhər başında dayanan 247 saylı marşrutdan istifadə edirdi. Növbəyə düzülən vaxt qarşısında ucaboy bir qadın gördü. Ancaq qadın yerində sabit dayanmırdı. Birdən qadın geri cevrildi. Bədirxan gördü ki, bu həmin Mənzurədir. Mikroavtobusun salonuna daxil olduqdan sonra Bədirxana yanında yer göstərdi.
-Niyə dillənmirsən, niyə susursan, niyə salamlaşmırsan,-deyə yanğılı-yanğılı Bədirxanı sorğu suala tutdu. Bədirxan nə deyə bilərdi. Ona ilk istəyindən acı xatirələr qalmışdı... Söhbət zamanı məlum oldu ki, Mənzurə müdafiə etmiş, artıq elmlər namizədidir. Aradan 24 il vaxt keçsə də o, dəyişməmişdi. Olduğu kimi qalmışdı. Sağollaşıb məsafənin tən yarısında 9 mərtəbəli binanın qarşısında düşüb getdi. Bu onların son görüşü oldu, onu bir daha görmədi...
Bədirxanın böyk oğlu Rəşad farmokoloq ixtisaslı, Qarabağ müharibəsinin iştirakçısı, kiçik oğlu Azad müalicə feldşer ixtisaslı, tank komandiri kimi hərbi vəzifəli idilər. Bəli, onlar həyatın gedişatından baş çıxara bilən möhkəmlənmiş təcrübəli, iş bacaran gənclər idilər. Çətin bir dönəmdə dolanışıq yolunu tapan oğullarının fərasətindən Bədirxan olduqca razı idi.
Bədirxan növbə ilə oğullarını özlərinin bəyəndikləri qızlarla el qaydasında evləndirdi. Bədirxanın dünya görmüş yoldaşları ona məsləhət gördülər ki, gəlinləri ayırsa, yəni ayrıca mənzillə təmin edə bilsə daha yaxşı olar. Verilən məsləhətdən əvvəl də qudalardan əmr alırdı: “ Mənim qızıma ev alın, iş tapın, uşaq nəyə lazımdı, biri bəsdir”. Bədirxan da istəyirdi ki, gəlinləri ayırsın, ancaq təqaüdə ümid olan valideyn nə edə bilərdi. Bədirxan, Rəşad, xala, bibi yığışıb bir otaqlı mənzilin dəyərinin avans olaraq 28 %-ni ödəyə bildilər. Kooperativ mənzil inşa edənlər isə hər ay minimum 670 manat tələb edirdilər. Mənzilin istifadəyə verilməsi müddəti isə uzanırdı. Mənzil üçün dövlət tərəfindən vəd edilən ipoteka krediti deyilən isə ağ yalana çıxmışdı.
Bədirxanın dörd otaqlı mənzili gəlinlərə darlıq edirdi. Evdə davranış elə bir həddə gəlib çıxmışdı ki, gəlinlər yola gedəsi olmamışdılar. Bədirxan aldığı 170 manat təqaüddən hər ay bir yüz manat olmaqla kicik oğlu Azada yardım verib müvəqqəti olaraq onu mənzildən çıxardı. Azad kirayədə yaşayası oldu. Bir neçə aydan sonra kiçik qardaşı ilə üz-üzə gəlməsin deyə Rəşad ailəsini və körpəsini də götürüb icarəyə verilən başqa bir mənzilə köçdü. Əlbət ki, Rəşadın valideynlərindən ayrılması qudaların möhkəm təkidi və arzusu idi. Gəlin evin kirayə haqqının haradan əldə olunması, alacaqları mənzil ücün on beş min manat təmir pulunun necə əldə ediləcəyi haqqında heç düşünmürdü də. Rəşad gedəndən sonra Atası Azadı yenidən doğma mənzilə qaytardı.
Analarının diqtəsiylə durub oturan gəlinlər mənzilsizlik ucbatından iki qardaşı bir-birindən elə ayırdılar ki, sanki onlar doğma qardaş deyillərmiş. Anlamırdılar ki, dolanışığın ağır olduğu bir dönəmdə qardaşları bir birindən ayırmaqla özlərinə zülm edirlər. Anlamadılar ki, ailə həyatı qurandan sonra Anaları Qaynana, Ataları Qaynatadır. Gəlinlik geyiminin icərisində qalan 70 yaşını ötürmüş Qaynana özünün və Qaynatanın təqaüdündən kəsib oğulları və nəvələri uğrunda xərcləyirdi. Gəlinlər ali təhsil sahibi olsalar da (biri ingilis, digəri rus dilli ) maliyyə barədə düşünməkdən cox kasıbıydılar. Bircə onu düşünürdülər ki, ayrıca mənzildə yaşasınlar.
Azadın ailəsində narazılıq baş alıb getdiyi kimi iş yerində də sahibkar deyilən quldurbaşı ilə də narazılıq son həddə çatmışdı. Azad və ətrafına topladığı işçilər tərəfindən iş tam yerinə yetirilsə də əmək haqqı verilmirdi. Qanun idarələrinə müraciət ediləndə isə quldur kimi fəaliyyət göstərən arxalı sahibkar Azadı hədələyib ölkədən didərgin saldı.
Azad bir il yarım idi ki, doğma vətənini tərg etmişdi. Bir dəfə qış geyimlərini aparmaq üçün, digərində isə qızı Mələklə görüşmək üçün gəlmişdi. Nə telefonla, nə də internetlə əlaqə yaratmaq mümkün olmurdu. Harada, hansı müəssisədə, hansı vəzifədə işlədiyini aydınlaşdırmaq mümkünsüz idi. Sanki dilindən qıfıl asılmışdı. Ondakı bu lal-karlıq, həmişə susqunluq 7.5 illik hərbi xidmətdə olduğu müddətdən sonra müşahidə olunurdu.
Bədirxan 2015-ci ilin may, iyun aylarında internet vasitəsilə ümidsiz məktublar yazmağa başladı ki, bəlkə Azdaı geri qaytara bilsin. O,məktublarında bunlarıqeyd edirdi: “Azad, kasıb vəziyyətdə yaşasaq da, bir əlimiz nəvələrimizin üstündədi. Körpə haradansa satın alınıb evə gətirilmir. Ata ilə Ananın yaxınlığından dünyaya gəlir. Arvad, qız deyilənlər hər yerdə var. Mələk evimizə küçədən gəlməyib, mənzilimizdə dünyaya göz açıb. Mələk kimi körpələr küçələrdə satılmır. Əgər sən Afətdən yarımamışsansa, digərindən heç yarımayacaqsan. Azad ailənə qayıt, tək Mələyə qayıt. Mən bu məktubu sənə yazanda Mələk gəlib mənim qarşımda dayanaraq belə dedi: ”Baba,az yaz, Atam sənin məktubuna atveçat ne budet”. Mikayıl (Mələyin ikinci əmisi oğlu) dünyaya gələndə Mələk belə demişdi: “Ana Müstafanın (Rəşadın böyük oğlu) qaqaşı var, mənim qaqaşım niyə yoxdur? Mələyin bu sualından sonra 2014-cü ilin dekabr ayında ”Məlyin sevgisi” adında sənədli hekayə yazıb internetə ötürdüm və həmin hekayə 7110 nəfər oxucu tərəfindən mütaliə olundu. 2015-ci ilin yanvar ayında isə “Mələyin əzabı” adında iri həcmli şeir yazıb internetə verdim və həmin şeir də 7141 nəfər oxucu tərəfindən mütaliə olundu. Hər an Mələyin davranışını izləyirdim. Sən onunla telefon vasitəsilə danışmaq istəyəndə gizlənirdi. Anasından soruşdum ki, Mələk nə üçün Atasıyla danışmaq istəmir? Afət “Mələk uzun müddət yataqda olarkən “ Mən Atamı istəyirəm” deyərək ağlayırdı, sonra Ata sözünü unutdu”,- deyə cavab verdi. Mələyin dediklərini olduğu kimi qeyd edirəm ki, məni düzgün başa düşəsən. Azad, körpə Atalı-Analı böyüyər, yetim kimi yox. Sən mühitin səbatsızlığı, yaramazlığı ucbatından ailəndən və Mələkdən aralı düşmüsən. Yaxşı bilirsən ki, mən Atalı-Analı yetim olmuşam. Sən və Afət müvəqqəti mənzilsizlik və bəla işsizlik səbəblərindən ailənizi dağıdıb, Mələyi Anasının ümidinə buraxaraq yetimlik dünyasını mənim həyatımda təkrarladırırsınız. Mən demirəm ki, zor-xoş işiniburaxıb evə qayıt. Ancaq Mələyin xatirinə doğma evimizə gəlməyin vacibdir. Ona görə ki, Mələk yetimliyin astanasındadır”.
Çıxış yolu tapmayan Afət iyun ayının axırıda Bədirxanın otağına daxil olub son sözünü dedi: “ Əmi mən Mələyi də ğötürüb Ata evinə gedirəm. Əgər bölgəmizdə iş tapsam orada qalacağam, tapmasam qayıdıb Bakıya gələcəyəm. Maddi cəhətdən çətinlik cəkirəm. Həm də Mələyin məktəb yaşına çatması ilə əlaqədar olaraq əlavə xərcləri ödəyə bilmirəm. Azadın göndərdiyi cüzi vəsaitlə dolanmaq olmur”.
Bədirxan boğula-boğula “ Afət, Ana-bala sizi evdən heç kim çıxarmır, təqaüdümdən nə mümkünsə yardım edəcəyəm”,-deyə cavab verdi. İyunun 27-də gecə saat 22-də onları qatarla Qazax şəhərinə yola saldı.
Mühit və ictimai quruluşdakı çatımazlıqlar, insan cəmiyyətinə zidd olan pozuntular, haqsızlıqlar, təminatsızlıqlar Mələyi Babasından ayırmışdı. Bədirxan ayrılığa dözmür, qüssələnir, gizlinə düşəndə göz yaşı tökürdü. Mələklə vədələşdiyi kimi hər dörd gündən bir telefon edir, halını xəbər alır və bununla təskinlik tapırdı...
İri səlahiyyət sahibləri öz şöhrətləri xatirinə televerilişlərdə hər bir hadisəni gözəl göstərməklə maskalanmağa çalışırlar. Bəs işsizlik və mənzilsizlik ucbatından gənc ailələlrin dağılmasına, hamilə gəlinin evindən qovulmasına, yetim körpələrin sayının çoxalmasına,yeni doğulan körpələrin künc-bucaqlara atılmasına, gündən- günə artan məişət pozğunluqlarına və bəla narkomanlığına, harınlamağa şərait yaradan səbəblər nədir?
Gərək ATV-nin aparıcısı kimi Şuşanın işğal günü 8 mayda Azərbaycana gələn xariciləri kababla, dolma ilə yemləyib şənləndirməyi, milləti zəvzək çıxışları (eybəcərliklə qışqırmaq, zorla gülmək. Hec olmazsa O.Sənani, R.Tağıyeva, H.Əsgərova, R.Hüseynov kimilərini gözlərinin qarşısına gətirib onlardan nümunə götürmək belə istəmirlər), yüngül hərəkətləriylə biabır edib mənsəbpərəstlərə yarınmağı..., manqurt olub bankdan milyardlarla dollar oğurlayıb onun da müəyyən hissəsini Monakonun qumarxanasında uduzmağı, səlahiyyətli vəzifələrdə əyləşib korrupsiya əməliyyatlarını idarə etməyi-onu həyata keçirməyi və bu kimilərini himayə etməyi, dövlətin torpaq fondunu dağıtmağı, nəhayət “Bağdadda kor xəlifə burda mənəm” deməyi... bacarasan ki, soyğunçular kimi xoşbət yaşamağın da yolunu tapasan.
Digər tərəfdən xaricdən gətirilən yeyinti məhsulları, tibb preparatları, körpələrin peyvənd tədbirləri, baytarlıq dərmanları vasitəsi və nakotik maddələrdən istifadə ilə genləri tədricən dəyişdirilən gənclərdə ailə quruculuğunun sona kimi sabit, davamlı olacağına inam varmı?
Qoy bütün körpələr bəlalardan uzaq olub Atalı-Analı böyüsünlər, yetim kimi yox.
Quliyev Elxan Sarı o.