Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

QƏDDARLIQ

 

 

 

Sənədli üçüncü hekayə

 

"Xeberinfo.com":  Qəddarlıqla ölüm, xüsusiylə danışmağı bacarmayan heyvanın qəsdinə durub əzab və əziyyətlə öldürülməsi çox pis haldır. “Ölüm var ölüm kimi, nəinki zülüm kimi” demişlər.

1950-ci illərin əvvəələri idi. Kəndimizdəki yeddiillik məktəbdə təhsil alırdım.  Atamın çoban dostlarından biri mənə bir quzu bağışlamışdı. Olduqca böyük həvəslə quzuya xidmət edirdim. Canıyananlıqla xidmət etməyimə baxmayaraq quzu öləsi oldu. Onun hansı səbəbdən öldüyünü evimizdə bilən olmadı. Bu ölüm mənə pis təsir etdiyindən və yandığımdan öz başa düşdüyüm tərzdə “Quzu” hekayəsini yazdım.

İnsanın dənizdə dostu və xilaskarı delfin olduğu kimi, çöllüklərdə onun müdafiəçisi insan tərəfindən tərbiyə görmüş it olub.

Həmin illər də elə dönəm idi ki, gecələr həyətdə zəncirlənmiş  köpək saxlamaq tələb olunurdu. Atam məsul vəzifədə işlədiyindən və yaramaz adamlardan qorunmaq üçün mütləq həyətdə köpək saxlamaq məcburiyyətində idik. Qaraş adında köpəyimiz qocalıb öldüyündən bizə zənciri sevməyən ağ rəngli çəlimsiz bir köpək it bağışlamışdılar. Ancaq yadımda deyil ki, bu köpəyi kim bizə vermişdi. Həyətə gələni qrxuzur,az-az hürür, evdəki adamları xəbərdar edir, biz bayıra çıxıb ona təpinəndən sonra gedib tövlənin arxasında tikdiyim yuvasına girirdi. Bu o dönəm idi ki, müvəqqəti də olsa orta məktəbi bitirdikdən sonra ali təhsil almaqdan vaz keçmişdim.

Məndən 3-4 yaş kiçik olan qonşumuzun oğlu ilə kənddən 4-5 kilometr aralı olan çay qırağına heyvanlarımızı otarmağa aparırdıq. Çəlimsiz bu köpək də bəzən mənimlə  bərabər gəzintiyə çıxırdı. Hiss edirdim ki, köpək qonşunun oğlu ilə yollaşmır, onunla ehtiyatlı dolanır.

Bir gün həmin çay sahilində heyvanları otardığımız vaxtı çayın o tayında yerləşən fermanın iki iri qıllı köpəyi , bir dişi iti, yanında iri balaları mənim itimi görüb ona hücuma keçdilər. Ümidim üzüldü, düşündüm ki, mənim köpəyimi ferma itləri didib dağıdacaqlar. Qəribə və gözləmədiyim  bir hadisə baş verdi. Mənim cəlimsiz köpəyim yerindən tərpənməyib oturacağını yerə qoyaraq başını dik qaldırıb it sürüsünə  tamaşa etməyə başladı. Bu it sürüsünə  mənim köpəim hansı üz göstərmişdisə it sürüsü didişmədən yan keçmişdi.

Başqa həyətləri tanımayıb yemləndiyi həyətdən aralanmayan bu köpəkdə qəribə vərdişlər də var idi. Həyətimizdə bizə aid olmayan ara bir müxtəlif əşyalar-köhnəköşkül geyimlər də müşahidə edirdim. Mətəl qalırdım, bu geyimlər haradan bizim həyətə gəlib düşür. Nəhayət mənə aydın oldu ki, yolda və kənar yerlərdə atılıb qalan əşyaları yığıb bizim həyətə gətirən bu cəlimsiz it imiş.

Qonşu oğlu bir gün bizim həyətə gəlmişdi. Adama girişməyən bu it qonşunu həyətə buraxmaq istəmir, mənim təpinməyimə də əhəmiyyət vermirdi. Nəhayət qonşu oğlu əlindəki yabanı itin ağzına soxub yaraladı və it zingildəyib ondan əl çəkdi. Mən qəlbən ağrısam da bir söz demədim. Oğlanın Bobik adında dişi ağ rəngli iti var idi. Mən bilmirdim ki, ara bir onun Bobiki bizim çəlimsiz itlə dostluq edir və dostluq məqamında da oğlan tərəfindən döyülürmüş.  Gecələr isə oğlan Bobikinin başına yığışan köpəkləri dağıtmaqla mışğul olurmuş. Bunu biləndən sonra  ona məsləhət  görmüşdüm ki, həyətdə dişi it saxlamazlar, həyət ferma deyil ki. Ancaq oğlan dişi itini bəsləməkdəydi.

Onun əlində beybud da görürdüm.  Valideynləri ilə yanaşı ətrafındakı qohumları soruşmurdular ki, ay bala bu soyuq silah sənin nəyinə lazımdır. Bir dəfə bu silahla bir tay-tuşunun üstünə yeriyəndə onun ağzının üstünə elə bir zərbə vurulmuşdu ki, düz bir həftə özünə gələ bilməmişdi. Ona vurulan zərbədən nə valideyni, nə də övlad özü ibrət dərsi götürməmişdilər. Valideyn mühitdə tapdığından harınlayanda övlad da qudurğan olurmuş.

Bir səhər yuxudan oyanıb sağa-sola boylansam da, bu ag rəngli çəlimsiz itimizi görə bilmədim. Yuvasına baxdım yox idi. Evimizin arxasındakı baxçaya girəndə gördüm ki, it yerə uzanıqlı vəziyyətdədir. O ölmüşdü, yoxsa öldürülmüşdü? Heç bir zədə  də müşahidə edə bilmədim...

Atam yenidən mənə quzu bağışlayan çoban dostundan bir köpək it verilməsini xahiş etdi. İt qızılı rəngdə idi. Boynu ilə başı eyni ölçüdə olmaqla sinəsi enli, güclü qabaq qolları var idi. Bir növ balaca şirə oxşayırdı. Mənə tez alışdı. Nə qədər zəncir bağını möhkəm sıxıb bağlasam da oğlanın Bobikini həyətimizdə görəndə onun boynu zəncirdən azad olurdu.

 Toran çalanda zəncirdən azad olub yemi üçün qapının qabağında hazır olurdu. Təxminən üç litrlik qabda yemini versəm də yeməyi yemir üzümə baxırdı...Onun bu hərəkətini başa düşmürdüm. Bir müddətdən sonra onu tutub yenidən zəncirləyir, zəncirin bir ucunu sonluqları yerə bəkidilmiş trosdakı həlqəyə keçirirdim.  Səhər isə onun yem qabını evimizin qabağındakı ərazidən tapırdım. Bir gecə yemini yenə qaba töküb qapını lap azca aralı qoyub onu güdməyə başladım. Gördüm ki, qabın qırağını ağzına alıb pilləkəndən çox ehtiyatla yavaş-yavaş aşağı düşərək həyətimizin ortasında yem qabını ehmalca yerə qoyub azuqəsini yeməyə başladı. Müşahidələrim dönəmdə mənə məlum oldu ki, əgər kimsə onu uzun, tutarlı bir ağacla vurmaq istəsə zərbədən cəld yayınır, ya onu vurmaq istəyənə soxulur, yaxud də cəldliklə qaçıb əkilirdi.   

Bir axşam  həyətə çıxanda qızılırəngli  itimizi görə bilmədim. Fanarı götürüb onun yuvasına baxanda məni dəhşət, ağrı götürdü. İtin qarnı yarılmış, bağırsaqları yuvaya tökülmüşdü... Köpək titrəyir, zəif səslə zingildəyirdi... Ələkeçməz köpəyi öldürmək üçün Bobikin köpəklə cütləşməsi vaxtından istifadə etmək lazımıymış. Mənə aydın oldu ki, çəlimsiz itlə, qızılırəngli itimizin qatili evlərindəki iki ayaqlı bobiklərdən tərbiyə almış oğlanın işidi. Lazımı cavabı vermək üçün evə daxil olub sonra bayıra çıxanda oğlanın Bobikini həyətimizdə gördüm. Dişi it sağ tərəfə yola qaçanda mən sol tərəfə yüyürüb evimizin arxasında ağaran rəngi hədəfə götürdüm və oğlanın itini haqqına çatdırdım. Səhəri günü onlar qorxularından evlərini tərg etmişdilər.

Harınlıqlı yaşamaqla göz açıldı ziddiyyətə,

Xainlikli xislətiylə tərs baxıldı əmniyyətə,

Naqolaylı tərbiyəylə kurs götürdü pis niyyətə,

Quduzluqlu xilqətiylə qan qusdurdu şirtək itə,

İnsaf, mürvət qanmayanı Yaradanı bağışlamır.

Açıq aşkar bu qəsdən ölüm hadisələri-qəddarlıq, xainlik, məhz  xainlik düşmənçiliyə aparıb cıxarırdı. Səhəri gün oğul deyilənin atası kəndin Ağsaqqal-Qarasaqqallılarını evimizə minnətçi saldılar. Bizim ailə bu xoşagəlməz hadisədən keçdi... Ancaq  beybudlu oğlanın qəddarlığından Tanrı keçməmiş, bu dişi it saxlayan övlad haradasa it-bata düşmüşdü...Valideynin naqolay tərbiyəsinin qurbanı olmuşdu.

Kəm ağılla yol toxumaq-ağla batan səfər deyil,

Dargözlüklə nifaq salmaq-dinclik sevən madər deyil,

Cəlladlıqla zalım olmaq-xoş hallanan hünər deyil,

Əsləhəylə qan uddurmaq-xeyir verən rəftar deyil,   

İnsanlığı  tərg  edəni  heç vaxt Tanrı  bağışlamır.       

 

 

                                                                                                                                dekabr 2014-cü il


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam