Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MÜHİTİN YETİRDİYİ

 

Yeddinci  sənədli  hekayə

Xalqımızın deyimlərindən: “Araq

dindirəni,yaraq da dindirə bilməz”.

 

Xeberinfo.com:  Axundoğlunun ailəsi on nəfərdən ibarət idi. Tək özü işləyirdi.Səkkiz nəfərin üçü oğlan, beş nəfəri qız idi. Böyük övladı Bədirxan idi. Kiçik oğlan hələ körpə ikən doqquz aylığında dünyasını dəyişmişdi. Həmin körpə Bədirxanın yadına düşdükcə göynəyir, gizlinə düşəndə gözlərinin yaşı qurumurdu. Vəziyyət elə gətirmişdi ki, məcburiyyət qarşısında qalan Axundoğlu 49 yaşında vəzifəsindən azad olmuşdu. Yeganə gəlir mənbəyi Böyük Vətən Müharibəsi əlili olmağına görə  hər ay başı dövlətdən aldığı müavinət idi.  Sonralar rayon mərkəzindəki dostlarından biri onu kənddəki məktəbdə aylıq məvacibi 45 rubla təsərrüfat müdiri vəzifəsinə təyin etdirə bilmişdi.

Ailədəki övladlardan yalnız bir nəfəri Qazax şəhərində fəaliyyət göstərən tibb texnikumunda təhsil almış, qalan altı nəfər evdən cüzi maliyyə yardımı ( düşəndə 30 rubl) almaqla ali təhsillərini başa vura bilmişdilər. Bədirxan isə dörd illik təhsil müddətinin əvvəlində təqaüd alana kimi Anasından (evdəki servantı satandan sonra) bir yüz rubl vəsait üzü görmüşdü. O, birinci kursun ikinci semestrindən başlayaraq əla təqaüdü-ayda 45 rubl alırdı. Təqaüd gec veriləndə varlı ailədən olan bir nəfər yoldaşından 10 rubl borc alır, sonra həmin borcu növbəti dəfə təqaüdü alanda qaytarırdı.

İnstitutun Mingəçevir şəhərinin yaxınlığında UÇXOZ deyilən kənd təsərrüfatı məhsulları istehsal edən müəssisəsi varıydı. Birinci və ikinci kurs tələbələri sentyabr ayında həmin müəssisədə məcburi qaydada işləyirdilər.

Bədirxan da başqaları ilə bərabər qoyulmuş qaydayla briqadir tərəfindən verilən tapşırıqları yerinə yetirirdi. UÇXOZun üç mərtəbədən ibarət geniş həcmli yataqxanası tələbələrin istifadəsində idi. Bir günorta nahardan sonra Bədirxan yataxanaya daxil olduqdan sonra döşəməyə tökülmış suyun yayıldığı yerdən keçərkən sağ ayağı sürüşdüyündən sağ yanı üstə zərblə yerə çırpıldı. Döşəməyə çırpılma o dərəcədə güclü olmuşdu ki, Bədirxan yerindən qalxa bilməmiş, üç nəfər tələbə yoldaşı onu əlləri üstündə  gətirib ikinci mərtəbədəki qaldığı otağın çarpayısına uzatmışdılar. Otuz dərəcə isti olmasına baxmayaraq Bədirxan titrəyirdi-üşüyürdü. Yoldaşlarından üstünə əlavə odeyallar örtülməsini xahiş etdi. Onu yataqda  birdən-birə ağlamaq tutdu. Hələ gənc ikən-19 yaşında uzun müddət ağır xəstəlikdən yaxasını güclə qurtarıb instituta 25 yaşında qəbul olunduqdan sonra   yaşamaq haqqında düşünmək onu dəhşətə gətirirdi. Axşama yaxın özünə gəldi, sevindi. Səhərisi yoldaşları ilə bərabər tarlada işləməyə getdi. O, nə biləydi ki, bu zərblə yerə çırpılma 53 ildən sonra 78 yaşında onun başına hansı müsibətlər gətirəcəkdi...

Bədirxan artıq yaşa dolmuş, respublikada sayılıb-seçilən və müstəqil fəaliyyət göstərən iri bir Birlikdə şöbə müdiri vəzifəsində işləyirdi. Qazaxıstan respublikasından Birliyin ünvanına göndərilən  quşçuluq sənayesində məhsuldarlığı artıran bir vaqon yemlik məhsul Azərbaycanın Dəvəçi dəmir yol stansiyasında “yox”a çıxıbmış. Qazaxıstandan gələn nümayəndə qadın Birliklə məsələni araşdırmadan tənbəllik etməyib Azərbaycan KP MK-ya şikayət etdikdən sonra əsas şəxs Bədirxan olmaqla  bir RAF mikroavtobusu və bir hüquqşünasla  Dəvəçi dəmir yol stansiyasına gedəsi olublar. Vaqon da, məhsul da yerində olub. Səhv onda olub ki, məhsulun dəyərinin ödənilməsi üçün bank vasitəsilə ödəniş sənədinin təyinatına düzgün ünvanlanmaması imiş.

Bakıya yol alan RAF mikroavtobusu Dəvəçidən geri qaıdanda yolda qəfildən qəzaya uğrayır. Ağır yol qəzasında ölüm olmasa da Bədirxanın və digər yol  sərnişinlərinin  möhkəm əzilməsi aşkarlanır. Bu əzilmənin dörd ay əzabını cəkən Bədirxan çətinliklə sağlamlığını bərpa edə bilir...

Sovetlər birliyinin çökməsi ilə yanaşı iri istehsal birlikləri də dağılmağa başlamışdı. Bədirxan da iş yerini itirmişdi. Özəl müəssisələrində iş yerləri olsa da ancaq qadın və qızlara üstünlük verilirdi.

 Hələ körpəlikdə yazıçılığa güclü həvəsi olduğundan özəl mətbuatlarda fəal çıxış etməyə başlayır. Nəhayət o, mətbuatdakı məqalələrini kitab halına salmağa yol tapa bilir.  Kitabının dərci üçün kiçik bir nəşriyyatla ünsüyyət (kicik xidmət göstərmək hesabına) yaradıb fəaliyyətə başlayır.Növbəti kitabının dərci ilə əlaqədar olaraq nəşriyyata gedir və direktorun otağında sağ ayağı pristavnoy stolun küncünə ilişib sol ciyni üstə üzüqoylu döşəməyə çırpılır. O, ayaq üstə qalxa bilməyib otaqdakılardan kömək istəyir. Ayağa qalxandan sonra məlum olur ki, sol çiyni möhkəm əzilib. Dörd ay da əzab çəkib hər səhər arxası üstə döşəməyə uzanıb 51 dəfə sağa və sola çevrilməklə sağlamlığını bərpa edə bilir. Bundan sonra dükana, poçta və sair məsafələrə getdikcə hiss edir ki, sağ ayağı addım atdıqca yerimir, sürünür.

2016-cı ilin yanvar ayında nəvəsini məktəbə ötürüb geri qayıdanda sağ ayağı yerimir və pilləkanlardan üzü aşağı sürətlə havada uçub pilləkənların qurtaracağında asfalt döşəməyə cırpılır və ayağa dura bilmir. Haraya çatan böyük oğlu təcili yardımla onu evə çatdırır. Dəhşətli ağrıdan gözlərindən yaş sel kimi tökülür.

14.01.2016-cı il tarixdə özəl “DİAQNOZ Tibb mərkəzi” xəstəxanasının rentgen qurğısundan keçəndən sonra ”Bud-canaq oynaqlarının ön-düz proyeksiyalı R-qramması zamanı sağ bud sümüyünün boynunun sınığı aşkar edilir”  kimi rəy verilir. Həkimlər bunu da  qeyd edirlər ki, keçmişdə bu hissədə çat olub. Həkimlər əməliyyatı vacib sayırlar. Əməliyyatdan sonra yanvar ayının 21-25 arası   özəl xəstəxanada “müalicə” olunandan sonra evə yola salınır.

Heç kəs şübhə edə bilməz ki, aylıq təqaüdü  iki yüz manatla min manatlar tələb edən əməliyyatı ödəmək mümkündür. Böyük oğul, bacıları, alim dostları, ən yaxın bir qohumu maliyyə yardımı ilə köməyə gəlirlər.

Bədirxan fiziki cəhətdən ölmədi. Yardımçı iki əsa və yaxud dörd ayaq kreslo ilə dustaq kimi evdə gözlərinin yaşı dizlərinə axa-axa əzabla yaşayır. Ancaq onu dili ilə mənəvi cəhətdən öldürən bircə qardaşı Kərəm idi.            

Yuxarıda qeyd edildiyi kimi Bədirxan işsiz qalandan sonra yazıcılıqla məşğul olub. İkinci “Azərbaycanda kosmik texnologiyanın tarixi” kitabı 2010-cu ilin avqust ayında çapdan çıxır. O, işsiz də olsa həm kitablarının ardıcıl olaraq işıq üzü görməsi, ortancıl bacısından başqa kifayət qədər Ata-Ana qayğısı, köməyi görməyən evladların hamısının ali təsil almaları,beş qardaş- bacıların ev-eşik, ailə sahibi olmaları onu hədsiz dərəcədə sevindirirdi.

 Kərəmin birinci oğuldan iki övladı dünyaya gəlmişdi. İkinci qız övladına Anasının- Fatimə adını vemişdi. Bədirxan həmin kitabın birinci səhifəsinə “Anam” Fatimə kosmonavt olacaq “ qeydini yazıb Kərəmə təqdim edir. Bir müddətdən sonra Kərəm Bədirxana  ”O nədi ə ora yazmısan?”,-deyə çımxırır.

 Özündən on yaş kiçik bircə qardaşı Kərəmin “Kitabın mübarək, ay qardaş, belə hədiyyən üçün çox sağ ol” demək əvəzinə Bədirxana çımxırması ona ağır gəlsə də dillənmir.

Kitabın hədiyyə edilməsindən beş ildən cox bir müddət kecirdi. Bədirxan əməliyyatdan sonra dustaq kimi iki əsayla ancaq evdə gəzirdi. O,Kərəmdən xahiş edir ki, hədiyyə edilən kitabı mümkünsə özü ilə gətirsin. Kərəm gəlir və kitabı Bədirxana təqdim edib məsxərə ilə deyir: ”Hi-hi-hi, bu kitabda oxunmalı maraqlı bir şey var ki?”

Bədirxan kitabdan “Anam” Fatimə” sözlərini  pozur. O, anlayır ki, Azərbaycanda kosmik elmin banisi Tofiq Kazım oğlu İsmayılov haqqında məlumat mənbəyini oxumamağı bir yana qalsın, heç vərəqləmək belə istəməyib. Qardaşının kitabını məsxərəyə qoyan bircə qardaşı Kərəm nəinki mənəvi cəhətdən yoxsul, həyatda ancaq canlı forma kimi həyat sürür.

Heç kim araşdırmaq və düşünmək istəmir ki, nəvələrdən heç olmazsa bircə nəfəri gələcəkdə T.K.İsmayılovun davamcısı ola biləcəkmi?  

Bədirxanı qəlbən ağladan bir də odur ki, keçmiş SSRİ-nin Uraldan tutmuş Ukraynaya qədər, Kiçik Orta Asiya respulikalarını və Leninqraddan Tiflisə kimi geniş əraziləri gəzən ali təhsilli   qardaşının bu gün  mənəvi cəhətdən kasıb olmasıdır. 

Onun çatışmayan bir cəhəti də  ağır ədəbi-bədii zəhmət və xərc tələb edən əməyini aşağılamaqla  qardaşını   özündən ömürlük incik salan səviyyəsiz söyləmələrindən çəkinməməsidir.

Pul qazanmaq lazımdır və onsuz yaşamaq mümkünsüzdür.Varlığının qələbəsini pul əldə etməkdə görən qardaş anlamalıdır ki, qeyri obyektivlik, etik qaydalardan yan keçmək-səviyyəli insanı məsxərəyə qoymaq,həqiqəti danmaq  və ona xor baxmaq puçluq, mənəviyyatsızlıqdır.

Kim kimi məcbur edə bilər ki, kitab oxusun. Heç oxumasınlar. Onsuz da Bədirxanın yazdıqları publisistikanı, şeirləri, sənədli povest və hekayələri saytdan oxuyan minlərlə oxucusu var.

Ömürünün oğlan çağında-25 yaşdan tutmuş 65 yaşa qədər olan dövrdə yüz litrlərlə araqdan vuraraq sual işarəsinə çevrilib, axırda sağlamlığını sıradan çıxardandan sonra əsə-əsə yaşamaq üçün otuz min dollar həcmində vəsaiti həkimlərin qucağına tökən insandan haqlı, xoş bir kəlmə eşitmək mümkünsüzdür. 

 Mətbuatda və saytlarda gedən kəsərli və obyektiv çıxışlara münasibət bildirilməmələrin səbəbi budur ki, oxuyanlarda idrak, bəsirət bəs etmir, yaxud oxuduqlarına laqeyd yanaşırlar.

Cəmiyyət o vaxt formalaşa və inkişaf edə bilər ki,  insan hər tərəfli- həm fiziki, həm də mənəvi cəhətdən sağlam olsun.

İnsanın,insanlığın ən yüksək keyfiyyət göstəricisi və daşıyıcısı kərəmlik-alicənablıq, lütfkarlıqdır ki, bu da düzgün iqtisadi siyasi əsalar üzərində təşəkkül tapmış ictimai quruluşla yanaşı insanın fiziki və mənəvi sağlamlığı ilə sıx bağlıdır.

                       

   Quliyev Elxan Sarı o.                        

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam