Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

MƏLƏYİN SEVGİSİ

 

"Xeberinfo.com":   Dördüncü sənədli  hekayə

Sovet- alman müharibəsinin  iştirakçısı, ikinci qrup müharibə əlili olan Atamız  otuz il dövlətə baş mühasib vəzifəsində xidmət  etsə də 60-cı illərdən başlayaraq kolxozların soxozlaşdırılması  

səbəbindən  ona yetərli təqaüd verilməmiş, ictimai quruluşun qəbahətlikləri  ucbatından o, məcburiyyət qarşısında qalaraq xidməti vəzifəsindən  49  yaşında  azad olmuşdu. Valideynlərimiz  yeddi  övladdan yalnız birini ailə sahibi edə bilmişdilər. Maliyyə təminatından tam məhrum olub qalan övladlar ali təhsil aldıqdan sonra hamısı bir-birilərinə maddi, mənəvi dayaq və kömək olmuşlar. Dərdləri ilə sevinclərini də bir-biriləri ilə bölüşmüşlər. Qeyd edilən bu ən-ənələr bu gün də davam edir.

Gəncliyimdə işlədiyim müəssisənin direktoru  qayğı  göstərərək komsomolu toy üslubu ilə məni ailə sahibi etmişdi. Evlənəndən sonra iki körpəmiz dünyaya gəldi. Hər iki körpə böyüyüb biri dörd il-Qarabağ müharibəsinin iştirakçısı  kimi döyüş yolu keçdi, kiçik övladımız  səkkiz ilə yaxın müddətdə  orduda tank komandiri kimi xidmət edib hərbi borcunu başa vurdu.

Bundan sonra fasilələrlə Neftçilər metroso ətrafındakı şadlıq saraylarında toy şənliyi keçirib onları öz istədikləri qızlarla ailə sahibi etdik. Birinci oğuldan iki oğul ,  ikinci oğuldan bir qız övladı dünyaya gəldi. Qız övladının adını Anası Mələk yazdırdı. Hər nəvəm olduqca onların adına şeir yazır, kitab bağlayırdım. Mələyə yazdığım şeirdən beş misra:

Birisi sağ gözüm, biri sol gözüm,

Bəbəyim, dilimdi, nəvələr sözüm,

Dolanıb başına yanaram özüm,

Müstafa Vətənçün dəmir qol-bilək,

Gözəllər içində seçilər, Mələk.

Mələk doğrudan da gözəl kimi dünyaya gəlmişdi. Qara qaş, qara göz, ağ sifət.O, sürətlə böyüyür, böyüdükcə daha da gözəlləşirdi. Mən kompüterdə işləyən vaxt yenicə ayaq tutub yeriyəndə gəlib başını dizimə sürtür, sonra qucağımda əyləşib mişkanı götürüb foto–faylları gəzir, müxtəlif şəkillərə baxırdı. Dili söz tutan dönəmdə kompüterə girişir, istəyi yerinə yetməyəndə xəlvətcə əyləşdiyim kreslonun altından keçib kompüterin qoşulduğu stablizatoru söndürüb məndən heyfini alırdı. Gün ərzində neçə dəfə bayırdan içəri qədəm qoyurdumsa  hər dəfədə “Baba mənə nə almısan,”- sualına cavab verməli olurdum. Əmisi oğlu Mustafa ilə sözləşib  mobil telefonumu  gizləyir, məni gəzdirməkdən böyük həzz alır, bütün günü yorulmadan mehribanlıqla oynayırdılar.

Gözəllik mücəssəməsi olan Mələk haqqında məni düşündürən, qəlbən ağrıdan Ata, Anasının bircəsi olması idi. Axı nəyə görə o, ailədə tək olmalıdı. Valideyn əbədi deyil.  Mələk böyüyəndən sonra dərd-sərini, sevincini kiminlə bölüşməli olacaqdı, kimə arxalanacaqdı...

İndiki gənc valideynlər bir uşaq bəsimizdir deyib, ancaq işləmək haqqında düşünürlər. Biz Baba-Nənənin sözünə qulaq asan isə yoxuydu. Mələk tək böyüyürdü. Gənc analar iş haqqında yox, birinci olaraq Məhəmməd peğəmbərin “ Cənnət anaların ayaqları altındadır” kəlamı ətrafında düşünməlidirlər.

 İçərisinə şəkillər yerləşdirilmiş albomlar həmişə onun maraq dairəsində olurdu.

Stulu yazı masamın yaxınına çəkir , üstünə çıxıb dəftərxana ləvazimatlarını-kağıztikəni , kağızdeşəni, yapışqanı, skoçu... götürüb bildiyi kimi istifadə edir, əşyalarla oynayıb doyandan sonra düşüb gedirdi. Onu ən cox maraqlandıran yazmaq üçün kağız, müxtəlif rəngli qələmlər və skoç idi.   

Vəziyyət elə gətirdi ki, üç ailənin bir mənzildə yaşaması mümkün olmadı. Böyük övladımın nə qədən maliyyə çətinliyi olsa da, ailəlikcə maddi imkanımız  tükənsə də onlar kirayə mənzilə köçəsi oldular. Bizim üçün ən böyük çətinlik də bu köçdən sonra üzə cıxdı. Hər həftənin beşinci gününü Mələk səbirsizliklə gözləyirdi. Mustafa məktəbdə dərslərini qurtardıqdan sonra Mələklə görüşə gəlir, doyana qədər oynayırdılar. Axşam olanda onlar qucaqlaşıb öpüşür sonra ayrılırdılar. Bundan sonra Mustafanı aparıb Anasına təhvil verirdim.

Mələk artıq altı yaşında idi. Həftənin bir neçə gününü Anası onu baxçaya aparır, baxçadan gətirəndə Anası onu öz iş yerinə gətirir, mən də Anasının iş yerinə gedib Mələyi oradan evə gətirirdim. Mələklə gələndə yol kənarından kiçik həcmli yumuru daşları yığıb cibinə doldurur, günc- bucaqda gördüyü  gülləri üzüb  gətirib həvəslə  Nənəsinə verirdi.  Həmişə bizimlə Mustafanın acığını çəkir,  onun adı dilindən yerə düşmürdü.

Mələyin ən böyük istəklisi Nənəsi  idi. Nənə nə vaxt bacısını ayda bir gün yoluxmağa  gedib evdə olmayanda “Baba Nənə hara gedib, nə vaxt gələcək?,”- deyə məni sorğu-suala tuturdu. Nənəsi səfərindən gələndən sonra sevinci aşıb daşırdı.

Divanın söykənəcəyinin yuxarısına çıxır, oyuncaqlarının karton karobkasını Hənəsinin başına keçirir, sonra da düşüb Nənəsinin boynunu qucaqlayıb üzündən öpür, bütün varılığı ilə Nənəsinə sığınırdı. Mən Nənə ilə söhbətə başlamaq istəyəndə totuq əlləriylə Nənəsinin ağzını  qapayır, danışmağa imkan vermirdi. Bu hal onda hələ əvvəllər Mustafa dərsləri ilə məşğul olub ondan ayrılanda da baş verirdi.  Heç  vaxt Nənəsindən  ayrı sakit ola bilmirdi. Bir həqiqət aydın idi ki, Nənə daim Mələyi üfüləyir, püfüləyir, yedirdir, doğma balası kimi hər növ qayğısına qalırdı. Mələyə Nənənin qayğısını gördükcə körpəlikdə mənim  üçün  əziyyət çəkən  Nənəm Fatiməni xatırlayırdım.

Ancaq Mələk Nənəsi ilə bir yerdə olan vaxt məni eşitmirdi. Beş yaşında olan vaxtdan bəri onda qəribə bir höcətlik müşahidə edirdim. Höcətliyinin səbəbini də başa düşmürdüm. Televizia verilişlərini dinləmək  və yaxud başqa bir məqsəd üçün Mələklə Nənəsi birlikdə olan vaxtda Mələk müxtəlif iradlarla-:”Baba sən qribsən, sən yekəsən, divanı sındırarsan, Nənəni danışdırma, öz otğıva get,”-deyə məni əlimdən tutub öz otağıma itələyirdi.Yaxud başını Nənəsinin qucağına qoyub divan boyu uzanır, bəzən də oyuncaqlarını divanın üstünə düzürdü ki, mən divana yaxın düşməyim. Bir gün belə oldu ki, telefona hər ikimiz cavab verəsi olduq (telefon mənim otağımda idi). Sonra həmin anda Nənə  də telefonla yaxınımızla, həm də mənimlə bir qədər söhbət edəsi oldu. Mələk Nənəsinin mənim otağımda ləngidiyini görüb gəlib Nənəsinə  amirliklə dedi: “Nənə, Baba ilə çox danışırsan, gəl otağıva”.

(Koopertiv binada yaşadığımızdan ölkənin müxtəlif bögələrindən olan ailələrin uşaqlarıyla oynaıb onlardan öyrəndiyi danışıq (şivə) tərzini  evimizdə də   təkrarlayıb  bizi güldürürdü).

Nəhayət anladım ki, Nənə evdə Mələyin əvəzsiz  istəklisi, sevinci, oyun yoldaşıdır. Demək olar ki, Mələk Nənəsini  bizdən təcrid etmişdi. Bununla onun tələbi sona çatmışdımı?  Müstafanın özündən kicik qardaşı dünyaya gələndə Mələkdən əsaslı  yeni bir tələb də eşitdik.  Anasına  “ Ana Mustafanın qaqaşı var, mənim qaqaşım niyə yoxdur ”, -deyə kəskinliklə müraciət etdi. O, günlərlə bu sualını təkrarlayıb sonra susdu. Bu sual körpənin fəryadı idi. Haqqını tələb etdiyinə görə səlahiyyətlilər tərəfindən ölkədən didərgin edilən  Atası  yox,   qardaş və bacıdan məhrum,  Ana və son günlərini yaşayan Nənə - Baba ümidinə qalan Mələk necə böyüyəcəkdi?

Təklik onu usandırır, darıxdırırdı. Onun bu halı, təkliyi məni sonsuz, ağır düşüncələrə qərq edir, çox narahat edirdi...

Məhrumdu qızının qənd şivəsindən,

Doyubdu mühitin dərs deməsindən,

İtkindi mutantın şər kəlməsindən,   

Atanı saytlarda gəzən Mələkdi.

 

Mələyi axtarır olmayan kəsi,

Diləyi səsləyir gəlməyən kəsi,

Leylisi gözləyir Tanrıdan dərsi,

Gözləri yollarda qalan Mələkdi.

 

Ayaqlar altında cənnət yaradar,

Sınaqlar dövründə mərdi andırar,

Babalar yurdunda çıraq yandırar,

Təkliyi hallarda yanan Mələkdi.

 

Sevgisi, əzbəri, mehridi Nənə,

Sevinci, söykəyi, sözüdü Nənə,

İstəyi, pənahı, şəmsidi Nənə,

Çağrışı saytlarda daşan Mələkdi.

1.Sözüm gənc  Analara,  Atalaradır. Sizlərə xoş gələcək arzulayıram. Ancaq bir, iki övlad dünyaya gətirməklə ömür sürmək, işıqlı gələcəyə getmək mümkündürmü? Gizlin deyil ki, müasir dünyamızda  Analar özlərindən  asılı olmayan səbəblərə  görə düzgün qidalana bilmədikləri  səbəbindən körpələri ana südü ilə tam təmin edə bilmirlər  və nəticədə anadan olan körpələr dükanlarda satılan və mənşəyi nəməlum süni yeməklərlə qidalandırılırlar. Bunun nəticəsində isə körpələr xəstəliklərə tez yoluxur və davam gətirmir, sağlam inkişaf etmir , bəzi hallarda da həlak olurlar. Gənc  valideynlər, bir ailədə körpələrin sayı minimum dörd nəfər olmalıdır.       

2.Sözüm respublikanı idarə edənlərədir. Süd əmən körpələr üçün satılan qidanın bir karobkasının qiyməti  15.80   manatdır. Üç-dörd aylığı ərzində bir körpəyə beş ədəd həmin həcmdə qida tələb olunur. Pampers isə bir ayda 26 manat, cəmisi bir  körpəyə sərf olunan minimum  aylıq xərc kommunal xidmətləri nəzərə almadan bir yüz manatdan çox  pul vəsaiti  tələb edir.  Pullu həkim xdmətləri də öz yerində.  Anaya isə sosial təminat təşkilatından ay ərzində 30 manat müavinət ödənilir. 

Dörd il bundan qabaq bir otaqlı mınzil üçün 28,4 min manat tələb olunurdu, üstə gəl beş-on min manat təmir pulu. Bəs bu məbləğin bu gün iki dəfə artdığına  diqqət yetirən  varmı? Dövlət qulluçularının aylıq əmək haqqı 350-400   manat,  ən yüksək  aylıq əmək haqqı özəl müəssisələrdə-kooperativ mənzillərin  tikintisində   600-1000 manat. Sosial təminat  tələbata cavab verməyən ölkədə insan artımı, insan xoşbəxtliyi  sual altında qalır.

 

                                                                                                              

dekabr 2014-cü il


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam