"Böyük qardaş"lıq sindiromu
"xeberinfo.com": Yer üzərində olan 11 iqlim qurşağının 9-nun ölkəmizdə olmağına baxmayaraq, dünyanın görünüb-görünməyən dürlü-dürlü xəstəlikləri harda olsaq da, bərk-bərk qorunsaqda bizi çox tez tutur. Elə- belə də canımızdan çıxmır. Bu xəstəliklərdən ən qorxulusu, sağalmayanı "böyük qardaş" xəstəliyidir.
Qop-qocaman sovet hökuməti dağıldı, Sevindik, çırtıq vurub oynadıq. Dedik, artıq bu xəstəlikdən də canımız bir dəfəlik qurtardı. İndən sonra milli- mənəvi dəyərlərimizi dirçəldərik, adət- ənəmizi təzələyirik, anamızın şirin- şəkər dilində danışarıq. Lakin çox təəssüf ki, belə olmadı. Rus azmış kimi yeni- yeni qardaşlar peyda oldular. Türklər dedi, sənin birinci böyük qardaşın mənəm, ingilis dedi, yox mənəm. Beləcə, biz də heç birinin xətirinə dəymədik.Hər ikisini özümüzə böyük qardaş bildik. Elə o gündən də başladıq qonum- qonşuyla, arvad- uşaqla rusca, ingiliscə, türkcə danışmağa, mağazalarımıza, iaşə ocaqlarımıza türkcə, rusca, ingiliscə adlar qoymağa. Beləliklə, Azərbaycan 70 ildə olduğu kimi yenə də beynəlmiləl ölkədir. Qızlarımız türkə, ingilisə, farsa, ərəbə, almana və daha nə bilim kimlərə ərə gedir, oğlanlarımız isə azəri qızları istisna olmaqla istədiyi millətin qızı, arvadı ilə evlənirlər. Və beləcə, Azərbaycan türkü və dövləti qoca tarixin içində yavaş-yavaş əriyib yox olur. Çox maraqlıdır və maraqlı olduğu qədər də ürək ağrıdıcır ki, on nəfər azərinin içərisinə bir rus, türk, ingilis düşsə, onun xətrinə bilsək də, bilməsək də özümüzü zorlayıb onların dilində danışırıq. Axı nə üçün çoxluq azlığın ayağına getməlidir? Özü də öz ölkəmizdə. Niyə mənim ölkəmin pulu-parasıyla ailəsini dolandıran, sərvət toplayan əcçəbi, mənim dilimə sayğısızlıq göstərir?
Ürək ağrıdan bir fakt deyim. Bu yaxınlarda bir qonaqlıqda idim. Ev sahibi məclisə qonşusunu da dəvət etmişdi.Qonşusu şimal bölgəsində boya-başa çatmış və Bakıda azərbaycanlı kişiylə ailə qurmuş bir nəfər rus qadını idi. Qadın doğulub, yaşadığı ölkənin dilində danışa bilmirdi. Bunu ona irad tutanda dedi ki, danışa bilməsəm də , bütün deyilənləri başa düşürəm. Mə qayıtdın ki, necə olur, bu yaşayırsan, onun havasını udub, suyunu içir, çörəyini yeyirsən, amma dilini bilmirsən? Qadın cavab verdi ki, mən nə edə bilərdim, mənim çevrəmdə olan bütün azərbaycanlılar mənimlə ancaq rus dilində danışırdılar. Bundan sonra ona deyiləcək sözüm olmadı, o, haqlı idi.
Görün iş nə yerə çatıb ki, respubilikanın ən ucqar dağ kəndində də mağazaların qabağına vurulan "açıqdı", "bağlıdı" bildirişləri belə öz dilimizdə yox, rusca, ingiliscə yazılıb.
Azərbaycanda təhlükəli bir sindirom dolaşmaqdadır. Bu, "böyük qardaş" sindiromudur. Tezliklə bu sindiromdan qurtarmasaq, nə millət kimi millətlə içində tanınacağıq, nə də itirilmiş torpaqlarımızı geri qaytara biləcəyik.
Məhərrəm Şəmkirli