Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bazarın içində və çölündə


 

 

      Müstəqillik əldə etdikdən sonra ölkədə ən çox ticarət inkişaf etdi.Loru dildə desək alver.Əli əyri də,əli düz də cumdu tərəzi arxasına.Bir qarın çörək ancaq alış-verişdən çıxdı.Biri dopdoğmaca qardaşını,bacısını aldatdı,o biri də qapı bir qonşusunu.Bir sözlə bir-birini aldatmayan,bir-birinə badalaq gəlməyən olmadı.Küçə ticarəti ayaq tutub yeridi,meydan suladı.

   O qədər yeridi ki,ayağının altında qaldıq,binaların girəcəyindən evimizə,metro dayanacaqlarından metroya (Allaha çox şükür ki,bu yığışdırıldı),piada keçidlərinin bu tayından o tayına keçə bilmədik.Şəhərin səkiləri tutuldu,maşın yoluna çıxdıq.Maşınların səs siqinalları,sürücülərin söyüşü qulaqlarımızın son ünvanı oldu.Amma bizim söyüşlər,narazılıqlar heç kimin qulağına çatmadı.

    Aradan illər keçəndən sonra şəhərimizin mütləq və əvəzsiz sahibi Hacıbala müəllimi sağ olsun,bunun qarşısını az da olsa ala bildi.Amma bunun əvəzində mağazaları səkinin ortasına kimi uzatmağa icazə verdi,yeriməyə imkan olan səkiləri də şəxsi maşınlar tutdu.Beləcə,Bakıda tranvay,troleybuslar (söz var ki,yenidən bərpa edəcəklər) kimi səkilər də yığışdırıldı.Bu yerdə ürəyimə bir kədər yükünün ağırlığı düşdü.Fikirləşdim ki,birdən hörmətli Hacıbala müəllim (qulaqlara qurğuşun) işdən çıxarıldı və yaxud da haqqın dərgahına qovuşdu,onda bizim qop-qocaman Bakımızda qayda-qanunu kim yaradacaq? Göz oxşayacaq parkları,yaşıl xiyabanları kim salacaq? Bakının Azərbaycanın paytaqdı olduğunu xalqa kim çatdıracaq?

  Vay dədəm,vay,vallahi adam bunları fikirləşəndə tüstüsü başından çıxır.Deyirəm,Tanrının bizə yazığı gəlsin,bu müsübəti bizə göstərməsin.İndiki zamanda insanlar nə qədər Allahın yolundan çıxıb şər işlər görsələr də,Allah mərhəmətli və rəhimlidir.Daim onlara güzəşdə gedir.Bundan insafsızcasına  istifadə edən dələ duz dələduzluğundan,haqsız haqsızlığından,əliəyri əliəyriliyindən,rüşvətxor rüşvətxorluğundan,cani caniliyindən,böhtançı bohtançılığından,korrupsioner korrupsionerliyindən əl çəkmir ki,çəkmir.Və beləcə kim üçün yaxşı yaşamaq,kim üçünsə əzab olan həyat davam edir.Allahın kəramətindən bu il də kənd təsərrüfatı məhsullarımız boldur.

    Hər şənbə-bazar günləri təşkil olunan və gündəlik fəaliyyət göstərən bazarlarda kənd təsərrüfatı məhsullarının  şıdırığı satışı gedir.Respublikada 3-cü mikrayon və 8-ci kilometr bazarlarını tanımayan az adam olar.Amma həmin bazarlarda kənd təsərrüfatı məhsullarının bazarın içində və çölündə satılmasından xəbərləri yoxdur.Bazarlardakı piştaxtalar ağzı günə,çöldə yolun düz ortasında məhsul satılır.Bu azmış kimi bir tərəftən də yolu saysız şəxsi takisilər tutub.Bu da marşurut avtobuslarının  2-3 dəqiqəyə qət edəcəyi məsafəni 10-15 dəqiqəyə çatdırır.Bir nəfər sərnişinin düşüb,minməyi bazarın qabağında böyük bir tıxac yaradır.Deyirəm,nə olaydı bu tıxac çıxıb qayda-qanuna məsul olan şəxslərin gözünü çıxaraydı.Hökumət ətək-ətək pul töküb körpülər,yol ötürücüləri tikdi ki,tıxaclar azalsın,amma küçə ticarətinin ,şəxsi takisilərin,minink maşınlarının harda gəldi lövbər salması bunu daha da artırdı.

 

 

 

    Belə hal təkcə Bakıda yox,ölkənin hər yerindədir.Bazar,mağaza qalıb boş,ətrafda alış-veriş aparılır.Hamı deyir bazar münasibətlərində yaşayırıq.Elədirsə onda harada gəldi bazar açmalıyıq? Bunun bir nizamlı qanunu,qaydası olmalıdır,ya yox?

    Çox vaxt deyirik,biz düzgün qidalanmırıq və tez-tez müxtəlif xəstəliklərə mübtala oluruq.Tozun-torpağın içində,günün altında satılan məhsullardan keyfiyyət ummaq özü gerizəkalıqdır.Təkcə bu qanunsuzluğa qarşı biz yazarlar mübarizə aparıb,həyacan təbili çalırıqsa,bəs onda dövlətdən maaş alan qurumlar nə üçündür? Bu ölkənin dürlü-dürlü qanunları xalqın xeyrinə nə vaxtsa işləyəcək,ya yox?

             

 

 

      Məhərrəm  Şəmkirli

 

   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam