Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Milli Elmir Akademiyasında sovet izi

        

 

 

    "Xeberinfo.com": 70  il  tətkibində  yaşadığımız, indi  adına  Sovet  imperiyası  dediyimiz, dünyanın  aparıcı  dövlətlərinin  çəkinib- qorxduğu  nəhəng  SSRİ  dağıldı  və  biz  müstəqil, suveren  dövlət  olduq. Sovetlərdən  nə qalmışdı  dağıtdıq, yerlə- yeksan  etdik, yenisini  isə  hələ  təzə- təzə  yaradırıq. Fabirik- zavodları  dayandırıb. yüz  minlərlə  zəhmətkeşi   bayıra  atıb, işsiz  qoyduq. Bir  balaca  diribaş  olanlar  çörək  dalınca  yad  ölkələrə  səpələndilər. Ölüvaylar, anasının  dizinin  dibindən  qopa  bilməyənlər  isə  pullu  adamların, dövlət  məmurlarının  qarşısında  kölə  və  qul  oldular.

    Zavodlara, fabiriklərə, ali  məhsil  ocaqlarına  verilmiş  adlar  ləğ  edildi, instutlar universitetlərə, akademiyalara  çevrildi. Yeni- yeni   özəl  universitetlər, akademiyalar  açıldı. Dedik, bu  sürətdi. inkişafdı, tərəqqidi. Amma  bu, bunların  heç  biri  deyildi, tənəzzül  idi.

   Müstəqil,suveren  olduq, sevindik, amma  bütöv  torpağımız  olmadı. Müstəqil  dilimiz, dinimiz olmadı. Hamsını  qatdıq, qarışdırdıq.

   Artıq  neçə  illərdir  ki, müstəqilik, amma  milli  deyilik. Soruşa  bilərsiniz, bəs  onda  Milli  Məclis, Milli  teatr, Milli  kino, Milli  kitabxana, Milli  Elmlər  Akademiyası  və  s.  nədir? Milli  teatra, Milli  kinoya , Milli  kitabxanaya  sözüm  yox, amma  Milli  Məçlisin  və  Milli  Elmilər  Akademiyasının  milli  olmağına  məndə  bir  balaca  şübhə  var. Ona  görə  ki, Milli Məclis  dünyanın  ən  gözəl, ifadə  üçün  ən  münasib  dillərindən  biri  olan  Azərbaycan  dilinin  Azərbaycanda  işlənməsində  laqeydlik  göstərir. Dilin  işlənməsində  bağışlanmaz  qusurlar  və  nöqsanlar  var. Bəzən  adama  elə  gəlir  ki, Azərbaycanda  aparıcı  dil  ingilis  dili, köməkçi  yad  dil  isə  Azərbaycan  dilidir.Bir   çox  idarə  və  müəssisələrin  qabağındakı  ad  lövhələrini  Azərbaycan  dilində  yazmaq  belə  lazım  bilinməyib.

   Dilini  sevən  hər  bir  kəs, Azərbaycan  dilində  danışan  hər  bir  şəxs  onu  qorumalıdır. Özü  də  göz  bəbəyi  kimi.

    Milli  Elmlər Akademiyasının  Rəsayət  Heyətinin   binasının  üstündə  hələ  də  Azərbaycan  SSR  adı  qalmaqdadır. Akademiyanın  keçmiş  və  indiki  rəhbərləri  görəsən  nə  qədər  millidir  ki, bu  illərdə  bir  dəfə  də  olsa  başlarını  qaldırıb sahib  olduqları  binanın  yuxarısına  baxmayıb? Orada  görün  nə  yazılıb: "Azərbayjan  SSR  Elmlər  Akademiyası".

   Aşağı  giriş  qapısında  isə  bildiriş   Azərbaycan  və  ingilis  dilində  yazılıb. Yəqin  ki, Londonda  da  akademiyanın  qabağına  ingilis  və  azərbaycan  dilində  yazılmış  lövhələr  vurulub. Belə  olan  halda  prezidentlər  haqlıdır. Onlar  haqlıdırsa,  biz susmalıyıq.

                            

 

    Məhərrəm  Şəmkirli

      


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam