Redaktor seçimi
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
Günün xəbəri

BƏHRİ TƏBİL

  • "Xeberinfo.com": AYB –nın qurultayi ilə əlaqdar hörmətli şairimiz Məmməd İsmayılın çıxışından sonra verdiyi müsahibəni oxuyub vətəndaş olaraq oz fikirlərimi qələmin gözünə qatıb belə ifadə edərək bu bəhri təvili yazdım və sizlərə ərməğan edirəm.
  • BİZ O BOYA ENƏNMƏRİK....
  • Vaxt məqam yetişdi sifarişlə xahişlə yığdıq biz yazarları,anlam geniş, müstəvidə, birtərəfli açıq-aşkar bir araya.Yaxın eldən, obadan gələn də var çağrış səsli bu səsə bu haraya. Qurultaydı dedilər, kimsə sevinc yaşadı, bəzi kəslər bacardı burda bizi aldadıb, sözdə söz oynatmağı. Şairlər ki, yığıldı söz satıb soz eşməyə, yaxın uzaq keçmişə yb dediyim yerə köhnəliyi dəf edib, yeni sədr seçməyə.İndi gəlin dərd dağıdım sizlərə,dərd biçilib boynumuza ,bizim kimi bizlərə.Sözüm yetər əldə qələm, şeir sənət fədaisi, yazar olub ad qazanan kəslərə.Gəl oturaq söhbət edək, mənim sizə,kəlmə -kəlmə səti-sətir sözüm var: Siz tanıyın uzaq durun şair nədir, qələm nədir, imdad uman, ələm nədir, ələn nədir xəlbir nədir,əlbir olub kimsələrə daş ataraq zərbə nədir. Bəlkə deyim, mən yalanam, mən demirəm biz beləyik, hamı görür, hamı deyir, görürsə göz,dil də yalan, söz də yalan?! Söyləyirəm siz də baxın baş da yığar, yığma- qurma, yalanları kalan- kalan axın-axın.Budur baxın məkan alan, külək qovub tozda qalan, yalan –palan sözlə vurub ara qatan, mən tanıdım, mən bilirəm kimsən oğul, ağzın şirin noğul-noğul. Adın tanış göz önündə yad ellərə ad olmusan, öz elindən uzaq düşüb, indi bura,bu torpağa qonaq düşüb şad olmusan,Təəssüf edim, yb idi guman yerin, öz evindən uman yerin, nədənsə sən söyləmədin, hər sözünü yeyin- yeyin. Dilində od,sözündə od, yanmayanı yandıraraq, qanmayanı qandıraraq, mən beləyəm söyləyərək,düz danışıb,hər sözümü düz deyəcəm sözüm sizə xoşsa yeyin, öyünməyin zirvədəsiz, ayaqaltı eniş-yoxuş yeriməyin yeyin-yeyin. Dilində od sən gələrək,natiqlərin, naqislərin hər sözünə bənd çəkərək, ürək yanıb dərd əkərək, məddahları, yaltaqları alqış edib bəyənmədin,menyu şirin çoxsa belə hər sözü sən yeyənmədin. Söz alıban söylədin ha, güı ətirli tər sözünü.Əhsən dedim El oğluna,öz elinin ər oğluna, söz udmayan o hulquma. Üz tutaraq anası Higar, atası Rəsul, söz əhliyəm söyləyən ,yaxını uzaq görməyən Anar adlı bir monaxa, dilin odlu söz deyəndə, yaltaqlar da utanmadan acı –şirin söz yedilər, yerli –yersiz hədəf oldun həmlə edib, söz dedilər.Gəlin bir az göz yetirin hansı yaltaq, söz yeridib fikir desə, deyəcəksiz pərdə cırıq, fikir qırıq görəcəksiz oynanmayan bir tamaşa. Kimdir Anar biənmirəm hökm böyük görəmmirəm, nədən belə mənəm- mənəm soyləyib ha at oynadır bölgədə. Şeir sənət söz əhlimiz bir-birindən uzaq düşüb, bölünmüşük saman olub doyülmüşük uçmuşuq ha , batmışıq ha yaxın –uzaq, uzaq yaxın ölkədə. Zaman-zaman nə baş verir sorar olsaq,nədən nəyi anlayaraq, ipə-sapa nəyi düzüb, boğaz üzüb, kimsə kimi danlayacaq. Biz ölmədik, biz yaşarıq biz ki, varıq yaltaq olub, qanmaz olub çəpik çalıb zaman-zaman oynamışıq, dərd bizimsə, haçan nə vaxt kimsə, kimə söz dyəndə haqqı görüb danlamışıq? Bu haqq bizim, bizdən ötə alınqanıq qana-qana bilməz olub, ağız dolab,söz deyəni görmədik, nə gördüksə, göz yumaraq, söyləmədik bilmədik. Anarı belə, o biri elə, bu biri belə, söz atdılar Məmmədinə,dili sözlü Əhmədinə, sözlə vurub Məmmədi də, hər sözünə yamaq salıb zəhər töküb heybəsinə,verənmi var haqq səsinə gəlmədi qıy,haray salıb batma dedi öz səsinə.Qoymadılar söz bazarı,söz alveri meydan ala, hədəf bəlli ox atdığı şeytan ola, sözü oxsa boğazlara qaytan ola. Çəkinmədən söz dedi o, gözlərinə baxa-baxa hər sözünü zəhər edib, kimdi Anar? ÜSTÜNƏ ÇOX yedirdi O. Mən görürəm, biz beləyik çəpik çalan yaltaqlarla utanmadan, çəkinmədən məqamı yox,məramı xoş bəzilərlə həmfikirik həmrəyik. Şeir sənət müstəvidən, YB bizdən uzaq düşüb, dili sözlü meydan alan, söz oynadan bəxti qara şairlərə təzad dolu tuzaq düşüb. Bəyənmirəm sən dedin ha,bu meydanı, səs ki, batıb bülbül yatıb,meydan olub cik-cik edən şairciklər yığnağı, söz deyəndə göz döyərək sayacaqlar əl üstəki barmağı. Mühit qoca yazan cocuq, səs ki, gələr boğuq-boğuq, xoruz banlar, cavab verər cik-cik sərçə, axsaq toyuq.Dövür çətin söz alveri əkin-əkin, söz alıban demək çətin, ürək yansa , söz aqlayar, könüllərdi oyuq-oyuq,gəlin baxaq, dəmnən uzaq soyuq-soyuq, dilin sussun, gözün baxsın donuq-donuq. Dildə sual nədən belə batmışıq ha, qış gəlmədən yatmışıq ha, o sənləri bu mənləri söz deməmiş satmışıq ha! Sözün oldu belə-belə nə ad verim bizlərə biz, iynə sapıq bizlərə biz, üz olmuşuq üzlərə biz, unutmuşuq sizli bizli, bizləri biz, yolda qıraq izləri biz, yıxla –düra yeriyərək, əl uzadıb dərd dağıdaq kimlərə biz! Balta bizim, xalta bizim, boyun bizim, oyun bizim, məhv olmuşuq qalmayıbdı, tozum izim,yıxıla-dura yerimişik sürünmüşük dizin –dizin...Eşit sən hey!Vətən sənin, Vətən mənim, kürsüdüsə satılmayıb, sənin deyil, dörd əlinlə yapışma sən,ömür vəfa etməyəcək olmayacaq mənim desən nə heç kimin heç kəsin. Kimsən axı, kapsamısan, “Mən” in sənin, özün kimin, yerdə onun, göydə onun, keçməz olsun, künc-bucaqda çiçan- pişik hər oyunun,üz də qıraq astarı var,dərisi var hər qoyunun, yalanları yeyənmərik, yetər daha öyənmərik. Nə gündəsən EL oğlunun, ər oğlunun tuş gəlibən hədəf bəlli qəzəb dolu, eyhamına dözəmmədin. Qor töküldü canına, qan vuranda başına, üz—üzə sən həzm edibən yeyənmədin haqq sözünü El oğlunun MƏMƏDİN!!! Göz-gözə sən bilənmədin seçilmişən sədr mənəm, el sevərəm qədir mənəm, mən Anaram deyənmədin. Mən qarışıq, şeir sənət bəllidisə yb nədir mühit bizik, doğru dürüst öyənmirik çəpik çalan yaltaqı da başda duran maddahı da, bəyənmirik, get uzaq ol məlum yerin, YERİNDƏ DUR!!!! Kürsü sənin olsa belə biz tərəfdən tanınmadın, biz o boya enənmərik, kötüyə qoyub saqqal kəsən baltaları, xaltaları
  • sevənmərik SEVƏNMƏRİK... !!!
  • TƏRANƏ ŞƏMS.20.06.2014.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam