Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Millət vəkili Pakistan prezdenti ilə görüşüb

 

Millət vəkili  Qənirə Paşayeva Pakistan prezidenti Məmnun Hüseyn ilə Qarabağdan danışıb.
"Xeberinfo.com": Məlumata görə,Pakistan prezidenti Məmnun Hüseyn Asiya Parlament Assambleyasının Pakistanda keçirilən sessiyasında iştirak etmək üçün bu ölkədə səfərdə olan millət vəkili , Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanı qəbul edib. Azərbaycanın Pakistandakı Fövqaladə və səlahiyyətli səfiri Daşqın Şikarovun və səfirliyin 1-ci katibi İlham  Məmmədovun iştirakı  ilə keçən görüş zamanı  bildirilib ki, Pakistan Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir. Azərbaycan Prezidentinin və Parlamentinin hər zaman  dost  Pakistanla münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının hər zaman Pakistana böyük sevgi bəslədiyini deyib.  “ Pakistan senatı Xocalı soyqırımını rəsmi olaraq tanıyıb, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin,  parlamentinin  bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir". Q. Paşayeva  Azərbaycanın da bütün beynəlxalq platformalarda  hər  zaman  Pakistana  böyük dəstək verdiyini xüsusi vurğulayaraq ölkələrimiz arasında münasibətlərinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolunu da vurğulayıb. Millət vəkili Qənirə Paşayeva Pakistan prezidenti Məmnun Hüseynə Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət,  Ermənistanın bölgədə davam edən təxribatları,  Azərbaycanın  bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də geniş məlumat verib. Dost Azərbaycanı və onun Pakistana dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən  Pakistan prezidenti Məmnun Hüseyn  münasibətlərimizin daha da inkişafı bizi  məmnun edir  və  əməkdaşlığımızın  bütün istiqamətlərdə bundan sonra  daha da genişləndirilməsi istqamətində daha çox addımlar atılacağını bildirib. İqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini bildirən Pakistan Prezidenti, Azərbaycanlı iş adamlarını Pakistanin enerji və digər iqtisadi sahələrinə  sərmayə qoymağa dəvət edərək onlar üçün qardaş Pakistanda hər cür imkanların, xüsusi şəraitin yaradılacağını vurğuladı. Prezident həmçinin, Pakistan sərmayədarlarının Azərbaycanda həyata keçirilən layihələrə cəlb olunmasının məqsədəuyğunluğunu bildiridi. Yaxın zamanlarda  mütləq  Azərbaycana  səfər etmək niyyətində olduğunu bildirən Pakistan prezidenti  dost Azərbaycanın prezidenti İlham Əliyev ilə əhəmiyyətli  görüşlərindən sonra əməkdaşlığın daha da genişlənəcəyinə inandığını deyib. Dağlıq  Qarabağ münaqişəsi ilə bağlı Pakistanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən Pakistan  prezidenti Azərbaycan dövləti və xalqının da hər zaman Kəşmir problemində Pakistana dəstəyini çox yüksək qiymətləndiririk deyib. Sizi Azərbaycanda görməkdən məmnun olacağıq deyən millət vəkili Qənirə Paşayeva Pakistan prezideti Məmnun Hüseyn ilə Pakistan,  Pakistan-Azərbaycan münasibətləri ilə bağlı yazdığı kitabla  bağlı  da  fikir mübadiləsi aparıb. Azərbaycan-Pakistan müasibətlərinin tarixi, bu günü ilə bərabər Pakistan, onun müxtəlf bölgələri ilə də bağlı maraqlı yazıların da yer alacağı kitabda son tamamlama işlərinin getdiyini deyən Q. Paşayeva Azərbaycanda gənc nəsillərin qardaş Pakistanı daha yaxından tanımasına dəstək olacaq kitabın  Pakistan  Milli  Günündə  Pakistan xalqına kiçik bir hədiyyə olaraq təqdim olunacağını deyib. Pakistan prezidenti  Pakistanı Azərbaycanda, Azərbaycanı da Pakistanda daha da geniş tanıdan layihələrin böyük önəmi daşıdığını bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam