Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

HƏYATIN TƏZADLA DOLU REALLIĞI...


     

  "xeberinfo.com": Doğrudan da həyat təzadlara bürünərək sehirlənib. Sizə açmaq istədiyim məsələ gündəmin ən ağrılı, ürək ağrıdan aсınacaqlı görüntüsüdür. Yazmaq istədiklərimi sizinlə tamamilə şərhsiz bölüşəcəm. Yaxın qohumlardan biri bu gün nəvəmin ad gününü təbrik etmək üçün bizə qonaq gəlməli idi. Saat irəllədikcə  qonağımız ləngidiyindən nigarançılıqdan gözümüz yolda qalmışdı. Nəhayət telefonla  əlaqə saxladıqdan sonra gecikməyinin səbəbi  olduğunu izah etdi və bildirdi ki, narahat olmayın bir azdan gəlirəm.Həhayət qonağımız gəlib çıxdı. Bizi hamılıqla təəccübləndirən onun vəziyyəti oldu. Onu süfrə başına dəvət etdikdə gözləri doldu, yolda rastlaşdığı gözlənilməz  hədisəni danımağa başladı,  yemək istəmədi və dedi: “Mən insanlarının bəziləri ləziz yeməklər yeyən tox, digərinin isə acından ağzı köpüklənən bu zamanda bu süfrədəki təamlardan dada bilmərəm”. Həqiqətən o danışdıqca  onun rastlaşdığı durum bizi də mütəəssir etdi və öz-özümüzə dedik: Doğrudanmı Azərbaycanda belə hadisə ilə rastlaşmaq mümkündür? Baxmayaraq  bizim millət belə yaşamamalıdır,görüb,eşitdiklərimiz subut edir ki, reallıqla barışmalıyıq. Nə isə, mətləbdən kənara çıxmayaq, məsələdən sizləri də agah edim. Demək bizim ailə dostumuz danışır ki, maşınla (Söhbət Bakıda bu gün olan hadisədən gedir.03.05.2014.)bahalı restoranlardan birinin qarşısında idim, birdən iyirmi üç yaşlı bir cavan oğlanın qəfildən yıxılaraq asvaltın üstündə yuvarlandığını gördüm  və xəstə olduğunu güman etdim. Bu görüntüyə heç kimin əhəmiyyət vermədiyini gördüm. Mənim vicdanım qəbul etmədiyindən ona tərəf qaçdım ki,kömək edim. Əlimi uzadıb  yerdən qaldırmağa  çalışdım,hətta ətrafdakılardan mənə kömək etmələrini də istədim.Təəssüflər olsun ki, yanımızdan insanlar heçnə olmamış kimi keçirdi, bir kimsə çevrilib baxmırdı.Həhayət, bahalı restorandan bir ALLAH bəndəsi çıxaraq əda ilə gəldi. Ona işarə ilə qandırdım ki, tez su gətir. Sağ olmuş qaçaraq tez su gətirdi. Həmin gənc oğlana  suyu içirib özünə gətirəndən sonra soruşdum: “Sənə nə olub, niyə bu hala düşmüsən?”.Həqiqətən cavan oğlanın üzünə baxanda  həyatın ağrı –acısı  ondan yan keçmədiyi açıq-aşkar görünürdü. Çox keçmədi özünə gəlib mənim suallarıma cavab verməyə başladı. Ona ilk sualım, qardaşım sən acsanmı oldu. Gördüm çox utanır cavab vermək istəmir. Mən ona ürək-dirək verəndən sonra boynuna aldı ki, həqiqətən acdır. Soruşanda ki niyə qaçırdın? Dedi uzun müddətdir işsizəm sivi vermişdim. Cavabı almağa gecikməmək üçün qaçırdım və birdən gözlərim qaraldı yıxıldım. Mən soruşdum  yemək yemisən? Dedi iki gündür dilimin altından sudan başqa heçnə keçmir. Mən onun ailə vəziyyəti ilə maraqlandım. Evin tək oğlu olduğunu, ata və anasının maşın qəzası keçirdiyini,  qəzada atasını itirdiyini, anasının isə bir ayağının amputasiya olunduğunu, əlil olduğunu söylədi. Evin bütün yükünün onun üzərində olduğunu dedi. Anamın ağrıları çox olduğundan təyin olunmuş aylıq ağrıkəsicilərin yarısını Dövlət  təmin edir, qalanını isə özüm almalıyam.Dərman isə çox bahalı olduğundan bəzən ala bilmirəm. Həm də bu aralar  bir müddətdir işləmirəm. Anamın durumu məni çox üzür. Yəni qardaşım, mənim vəziyyətim belədir. İnanın gənc danışdıqca ayağımın altında yer titrəyidi. Yəni Tanrının nəsib etdiyi nefti, qazı, bir çox təbii sərvətləri olan bir dövlətdə günün-günorta vaxtı küçədə kiminsə  acından gözləri qaralıb yıxılması cox acınacaqlı vəziyyətdir. Heç insanların biganəliyindən hələlik söz açmıram. Mən bu düşüncəylə oğlanı maşına oturdub kafeyə gətirdim və yeyib bir az toxdaması üçün ürəyindən keçəni aldım. Gözümün önündə bu cavana baxdıqca, ürəyim ağrısa da,  ALLAHA dua edirdim ki, nə yaxşı mənə belə bir  savabı  qismət etdi. Lakin gəncin durumu ilə bağlı düşüncələrim məni rahat qoymurdu. Cəmiyyətin bu günkü vəziyyətinə çox üzülürdüm. Hansısa bahalı restoranlarda məmurlar və  övladları külli məbləğdə  hesab verir, bəzilərininsə günün günorta vaxtı acından gözləri qaralıb yıxılır. Baxın həyatın təzadı budur. Amma yeri gəlsə yaşadığımız məmləkət varlı dövlətlər siyahısına daxildir. Belə dövlətin əhalisi belə acınacaqlı vəziyyətə düşməli deyil,ələlxüsusda  millətin gələcəyi olan gəncləri. İnanın ailə dostumuz danışdıqca mən ağlayırdım. Ağlayırdım ona görə ki, bu eşitdiklərimiz cəmiyyətin bir anlığa görünən tərəfidir, hələ nə qədər görünmüyən tərəflər ürəkləri ağladıb qapılar bağlayır.... Bəzən düşünürsən ki,  insanlar sanki  Dinini, Peyğəmbərini, hətta Allahını belə unudublar. Niyə insanlar belə daşürəkli olublar? Niyə bir-birimizə qarşı biganə olmuşuq? Bu millətin axırı hara gedir? Həqiqətən bu gün  daha cəmiyyətdə heç kimi təəccübləndirmək mümkün deyil. Çünki mövcud vəziyyətdə  elə hadisələrlə qarşılaşırıq ki, baş verənlərə baxıb, ALLAH buna da şükür deməkdən başqa çarəmiz qalmır. Guman edirəm ki, belə hadisə ilə çox insanlar qarşılaşa bilər.EY allahın sevə-sevə yaratdığı bəndələr, Tanrı bizləri yaradanda hansı təcəllisindən kənarda qoydu, nəyi bizdən əsirgədi. Niyə qəlbinizdə ALLAH xofu yoxdur? Qonşun acdırsa sənin gözlərinə necə yuxu gedir? Kürsüdə oturan məmurlar yarandıqlarını unudublarsa, heç olmasa bizlər unutmayaq ki, bizi yaradan bizimlədir,  haqqı və nahaqqı haqlaşdırır. Onun rəhminə güvənin ey yaranmışlar!!!...                                                                                                                                                                                                               

 TƏRANƏ ŞƏMS.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam