Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

QİBTƏLƏYƏRLƏR

QİBTƏLƏYƏRLƏR

 

Xeberinfo.com:  Keçən əsrin 30-cu illərin sonunda dünyaya göz açmışam. Gözlərim bir çox siyasi və iqtisadi hadisələrin şahidi olduğundanqeyd edilənləri araşdırıb dərk etdikcə kapitalizm ictimai quruluşu məndə kin-küdurət obyektinə çevrilir. Nəyə görə insan insanı istimar edib kələk gələrək aldadıb var-dövlət sahibi olmalıdır?

Nəyə görə bir qrup harınlayaraq dövlət bankını talayıb, iş insanlarına zülm edib ictimai quruluşu darmadağın etməklə hakimiyyətə gəlməlidir? Qurulan cəmiyyəti inkişaf etdirmək əvəzinə qanla başa gəlib qurulanı da mənv etmək vəhşilikdən başqa bir şey deyildir.Yəni insan kapitalizm cəmiyyətində insanları istismar etməklə əlinə keçən varidatdan qudurur.

El arasında həmişə belə bir fikir dolaşır ki, insanın ölüsü başlı başına buraxılmadığı kimi heç dirisini də öz başına buraxmaq olmaz. Bəli insanda qudurmanın qarşısını almaq üçün mülkiyyət və idarə etmə ayrı-ayrı insanların əlində yox, dövlətin əlində cəmləşməlidir. Yəni sosializm cəmiyyəti insanların qudurmasının qarşısını ala bilən yeganə vasitədir. Həqiqətə uyğun bir faktı deyirəm. Necə olur ki, dövləti idarə edənlərdən birisi vəzifə başına gələnə kimi bir dolların sahibi olmayan şəxs vəzifə başına keçəndən sonra yüz milyard dollarla,təkrar edirəm yüz milyard dollarla vəsaitin sahibi olur? Bəli insan qudurur ki, biri digərinin başına atom bombası tullayır, Xirosima və Naqasaki şəhərlərində olduğu kimi.

Qısa arayış: Hal hazırda doqquz ölkə atom silahına malikdir və iki ölkə həmin silaha sahib olmağa namizəddir. Əldə olunan vəsaiti iqtisadi inkişafa yönəltmək əvəzinə kütləvi halda insanların məhvinə bais olan atom silahına sahib olmaq insanın vəhşiliyindən xəbər verir.

Oxucular qoy məni səhv başa düşməsinlər. Mən heç də zorakılıqla qurulan Sovet sosialist dövlətini tərifləmək fikrində deyiləm.”Leninizm özünü doğrultmadı” adında 28.03.2016-cı il tarixli siyasi publisistik yazımda(bu yazı bu gün də oxunur) bunu aydınlığı ilə izah etmişəm.

 

“Tərlan oylağında sar ola bilməz”

Səməd Vurğun

Mühitin bətnində özül tapanlar,

Milliyyət haqqında nəyi biliblər???

Bəlkə də olanı əngəlləyiblər...

Dünyanın üzündə uklad quranlar,

Cəmiyyət haqqında nəsə görüblər???

Bəlkədə düzünü əvəzləyiblər...

 

Markslar haqq yazıb məzarda yatdı,

“İzm”ilər zay olub rəflərdə qaldı,

Teylorlar şər düzüb murada çatdı,

Gün gələr rəfləri vərəqləyərlər.

 

İnsanın zəhməti xeyirləşəndə,

Əməyin bəhrəsi şərikləşəndə,

Yoxsulun nəfini mənimsəyəndə,

İstismar edəni lənətləyərlər.

 

Leninlər sürünüb sosdövlət qurdu,

Reyqanlar düşünüb al subyekt vurdu,

Sergeylər aldanıb “mükafat” uddu,

Vəxt gələr udanı kündələyərlər.

 

Ağalar varlanır qullar çoxalır,

Sərvətlər talanır var buxarlanır,

Harınlar tapdayır yurdlar boşalır,

Çox çəkməz quduzu zəncirləyərlər.

 

Dövləti, milləti talayanların,

Təhsili, haqq elmi çürüdənlərin,

Rüşvəti, zilləti cücərdənlərin,

Yetişir zamanı ifnayalarlar.

 

Dilindən görünür zəhər tökənlər,

Yerişdən seçilir xeyir güdənlər,

Əməldən bilinir zərər əkənlər,

Dünyada sarları xirtdəkləyərlər.

 

İnsanlar yalvarıb haqqa söykənir,

Xar xaçlar car çəkib hara söykənir?

Körpələr öldürüb qana söykənir,

Görərlər çarmıxı zülmətləşərlər.

 

Rəhmətmi diləyək sönən ocağa?

Qibtəmi eyləyək keçən bucağa?

Gərəkmi bitişək çökən qucağa?

Görsələr Tərlanıqibtələyərlər.

 

Kiçik arayış: lüğətdə İfna- məhv etmə,puç etmə,yox etmə; Qibtə-başqasının üstünlüklərini özündə istəməsi kimi izah olunur.

                                

Quliyev Elxan Sarı o.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam