Azər Həsənlinin elmi kəşfi nə vaxt həyata keçəcək?
Azər Həsənlinin elmi kəşfi nə vaxt həyata keçəcək?
Yenixeber.org: Bundan əvvəlki ”Məntiq”lər diqqət çəkir” yazımda qeyd etmişdim: “İlkin olaraq xalqımızın ruhunun və vərdişlərinin təzahürü-xilqətimizə zidd olan maddi aristotal məntiqin varlığına şərait yaradan bütün halların kökünə bir dəfəlik balta calmaq lazımdır”. Yaxşı deyilib:”Əxlaqın məskəni soyun təkindədir”.
Maddi aristoal məntiq sovetlərdən qalmadır. Müstəqil olduğumuz dönəmdə də hakimiyyət nə qədər çalışsa da həmin məntiqi insanlarımızın beynindən çıxara bilmir. Ələ baxımlıq, aldatma, hər bir sahədə mənəbpərəstlik, zorakılıq, qadın və körpələrin zorlanması ölkədə at oynadır.
Bəs xilqətimizə zidd olan nələrdir? Əhalinin varidatını- pul vəsaitini və natura formasında olan əmlakını əlindən almaq üçün maliyyə fırıldaqlarını həyata keçirən kommersiya bankları və valyuta dəyişmə məntəqələrinə şərait yaradan iri dövlət məmurlarına imkan verilməsi, monopoliyaya, yaşayış mənzilləri inşa etmək adıyla mənzilsizlərin hədsiz məbləğdə vəsaitini alıb qaçanlara, qumarxanalara və əxlasızlıq yuvalarının fəaliyyətlərinə göz yumulması,yaxud zəif mübarizə aparılması, ərzaq
məhsullarının qiymətlərinin aydan aya yüksəldilməsi və s.
Gələk “Bağdatda kor xəlifə burda mənəm”deyiminin üstünə. Avropa ölkələri əsl kapitalizm quruluşunda yaşayır və fəaliyyət göstərirlər. Təxminən ərazisi və əhalisi bizimki həcmdə olan Avropa ölkələrinə diqqət yetirək. Avstriya,Belçika,Bolqaristan,Macarıstan,Cexiya,Slov-akiya, İsveç, İsveçrə, Norveç və s. Onlarda qiymətli yeraltı sərvət-neft və qaz yoxdur. Ancaq bizim respublika dərman və yeyinti məhsullarını, insan orqanizmlərinə zərərli- sünü materiallardan hazırlanmış geyim və parfyumeriya vasitələrini onlardan valyuta ilə satın alır. Onlarda fır-fırıldaq istehsal və maliyyə əməliyyatları cüzi məbləğdədir. Bizdə infilyasiya iki rəqəmli oldiğu halda onlarda bir rəqəmli (o da cüzü %-lə) olur. Ən əsası odur ki, sivil kapitalizm orada tam həyata keçmişdır. Bəyəm bizdə sürətlə tam kapitalizm quruculuğuna keçmək mümkün deyilmi?
2013-cü ildə çapdan çıxmış “Azərbaycan elmi və ədəbiyyatı inkişafdadır” kitabımda yazmışam: “Azərbaycan türkçülüyü ideyası” yoxsa “Azər xalqının yeni milli məfkurəsi”. Həmin sualın cavabını 13 may
2011-ci il tarixdən 4 noyabr 2011-ci il tarixədək “V.H.” mətbuatında çıxış edən Azər Əbdül Əli oğlu Həsənli vermişdir. Onun ictimai elmlər sahəsində əsas nailiyyətləri sərmayədər quruluşunun əvəzinə gələcək yeni postkapitalist təlimi və Azər xalqının yeni milli məfkurəsinin hazırlanmasından ibarətdir. O,yazır: ”Yeni postkapitalist quruluşunun adı “tənmayadar”dır. Əslində tənmayadarlı azərcilik məfkurəsi azər qövmünün ilk növbədə Azərbaycan, İran və Türkiyədə inkişafını müəyyənləşdirəcək ümumazər məramnaməsi qismində çıxış edir”. Çox təəssüf ki, Azər Həsənlinin “Yeni postkapitalist qruluşu” elmi kəşfi şəxsi maraqlar xatirinə AAK-da təstiqdən keçmir. Mən bir saytdakı şəxslə əlaqə saxlyıb ən hörmətli şəxsiyyətimizin- Akademik, Beynəlxalq Astonavtika Federasiyasının (BAF) hesablaşdığı, keçmişdə AAK-ın sədri vəzifəsində işləmiş Arif Şəfaət oğlu Mehdiyevin səmərəli fəaliyyətini nəzərə çatdırarkən akademikin və özümün ünvanımıza təhqirli kəlmələr eşidib faktla bir balaca həmin şəxsin dilinin ucunu “kəlbətinlə” sıxdım. Həmin saytın yekəsi sonradan işə qarışıb belə dedi: danışığınızdan görünür ziyalısınız. Ancaq Siz “iş verən”ə oxşyırsınız. Bu kimilərlə nə, necə danışasan.
Demək istədiyim odur ki, xainliklə, paxıllıqla və hədsiz dərəcədə dövlətin və xalqın əmlakını mənimsəyənlərin əlindən sivil kapitalizmi-yeni ictimai quruluşu ölkəmizdə görmək indiki nəsilə qismət olmayacaq. İqtisadi inkişafımıza maneçilik törədən manqurtlar dövlətdə ali mənsəb sahibi olan kimi “Bağdatda kor xəlifə burda mənəm”siyasətini yeridirlər.
General-şəxsiyyətlərimiz Fətulla Hüseynov, Rail Rzayev, Şəmsi Rəhimov həmin syasətin qurbanı olublar.
Mən əminəm ki,Respublikamızın idarə edilməsinə Prezidentin PA-nın strukturundakı dəyişiliklər üzrə 30.05.2017-ci il tarixli sərəncamı öz töhfəsni verəckdir.
Mən heç kimin reputatsiyasını qaralamaq fikrində deyiləm. Ancaq hərbi silah-sürsat istehsal edən müəssisələrdəki dəfələrlə partlayışların baş verməsi, onlarla xəstə insanların diri-diri yanmasına səbəb olan Narkoloji Mərkəzin külə çevrilməsi xalqımız üçün ağır dərd, çox saylı böyük itkidir.Bədbəxtliklər baş verənə kimi tədbir görmək lazımıydı.Texniki təhlükəsizliyə xidmət edənlər harada idilər?
Mən istərəm ki, son illərdə məsuliyyətli vəzifələrə gələn neft “akademikləri” kosmik elmdə və silah-sürsat itehsalında “qazandıqları müvəffəqiyyətlərə” görə vaxtikən haqqlarına çatsınlar. Sonra gec ola bilər.
Elxan Sarıoğlu