Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Günün xəbəri

“Azərbaycan hökuməti QHT-lərin sərbəst fəaliyyəti üçün bütün addımları atır”

Əli Həsənov: “Azərbaycan hökuməti QHT-lərin sərbəst fəaliyyəti üçün bütün addımları atır”

 

 

“Müstəqillik illərinin ilk vaxtlarında Azərbaycan xalqının hüquq və azadlıqları pozulub. Azərbaycan torpaqları Ermənistan tərəfindən tərəfindən işğal edilərkən insanların hüquq və azadlıqları pozulub. Bir milyona yaxın insan yurd-yuvalarından çıxarıldı. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar buna qiymət vermir”.
Xeberinfo.com:   “Report”un xəbərinə görə, bunu Milli Məclisdə keçirilən “18 - iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü” ilə əlaqədar dinləmələrdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
O bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra təmin edilən ictimai-siyasi sabitlik demokratik və hüquqi dövlət quruculuğunun başlanmasına şərait yaratdı: “Xaos və anarxiyanın, vətəndaş cəmiyyəti müharibəsinin aradan qaldırılması ölkənin inkişafına təkan verdi”.
Ə.Həsənov qeyd edib ki, Azərbaycanda jurnalistlərin fəaliyyəti üçün münbit şərait var: “İndi media orqanı təsis etmək çox asandır. Media orqanı yaratmaq istəyən şəxs Ədliyyət Nazirliyinə müraciət edir və 7 gün müddətinə ona cavab verilir. Azərbaycanda sosial şəbəkələrdən də istifadə genişlənib. Ölkə əhalsinin 75 faizi gündəlik internet istifadəçisidir. Ölkədə 1 milyon 200 min nəfər facebook sosial şəbəkəsindən istifadə edir. Bütün bunlar Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsinin göstəricisidir”.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda şəhər və rayon icra hakimiyyətləri sərbəst toplaşma azadlığını təmin etmək üçün mitinqlərin keçirilməsi üçün əlverişli qapalı və açıq yerlər ayırır: “Azərbaycanda 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb. Azərbaycan hökuməti qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün bütün addımları atır, onların maliyyələşməsini həyata keçirir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam