Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Mükafat “qutusu”na sığan ömür

Mükafat “qutusu”na sığan ömür
Professor Səlim Teymurov adəti üzrə universitetin pillləkənlərini 
kəmhövsələsizlikdən piyada çıxırdı. Lifti gözləməyə hövsələ lazım idi. Həm də 
müəllim, tələbə, professor, bir sözlə universitet heyəti  - hamı öz iş kabinetinə və 
auditoriyalara keçmək üçün liftlə qalxmağa tələsirdi. Bu gün mühazirənin ən 
maraqlı mövzularından biri idi. S. Teymurov tələbələri ilə görüşüb mövzunu 
müzakirə etmək istəyirdi. 
Memarlıq və İncəsənət sahəsi zahirən asan görünsə də, özünəməxsus 
incəliklərə malik idi. Düşüncələrindəki kiçik cizgiləri – ştrix də demək olar – 
sağa-sola çəkib, “Dizaynda ornamentlərin düzülüşü” mövzusunda olan sualların 
üzərindən yenidən keçirdi. Fikirlərlə dolu hafizəsində maraqlı bir dünya 
yaratmışdı. Ziyalı-professorun öz tələbələri ilə yaratdığı kiçik bir dünya... 
Professor Teymurov ziyalı ailəsində dünyaya gəlmişdi. Atası Zülfüqar kişi 
rayonda uzun illər məktəb direktoru kimi fəaliyyət göstərib. Ad-sanı, xətir-
hörməti vardı. Anası Güldəstə xanım musiqi müəlliməsi olub. Ailədə beş övlad 
böyüdüb Zülfüqar müəllimlə Güldəstə xanım. Professor Teymurov övladlarının 
böyüyü idi. Hələ kişik yaşlarında incəsənətə meylli olması onun tutduğu ömür 
xəttini öz axarı ilə aparırdı. Azərbaycanımızın əsrarəngiz təbiəti və füsunkar 
gözəlliyi ilə seçilən Qarabağda – Şuşada dünyaya göz açan Teymurovlar ailəsi 
bu gəncin gələcəyinə, onun tutduğu amal və istəklərinə özünün müsbət 
keyfiyyətləri ilə təsir göstərə bilmişdir.  
Xülasə, professor auditoriyaya daxil olur. Tələbələri onu səbrsizliklə 
gözləyirdi. Mühazirəyə başlamadan öncə qrup nümayəndəsini gözü ilə axtardı. 
Qrup nümayəndəsi Cəmilə professorun onu axtardığını sezib özü ona yaxınlaşdı:
Müəllim, bugünkü mühazirədə hamımız sizin yeni mövzunun 
müzakirəsini səbrsizliklə gözləyirik. Hamı bir nəfər kimi auditoriyadadır.
Sağol qızım, çox sağol. 
Buyurun, professor.
Teymorovun bugünkü mühazirədə söhbət açdığı yeni mövzu 
incəsənətin ən maraqlı sahəsini əhatə etdiyinə görə tələbələr gözünü 
qırpmadan qulaq asırdılar. Mövzuya xüsusi rəng qatmışdı professor. 
Ümumilikdə dizayn sahəsi maraq kəsb etdiyinə görə Teymurovun buna 
özünəməxsus yanaşma tərzi vardı. Bir sözlə, mühazirədə müzakirə edilən 
və dizaynda yenilik yaradan mövzu böyük marağa səbəb olmuşdu. 
Tələbələr də məmnun idi, professor da...
Professorun günü həmişəki kimi auditoriyalarda mühazirə deməklə 
keçmiş, ara-sıra özünün digər qayğıları haqda da fikrində olanları 
düşüncəsindən keçirmişdi. Professorluq, institutda müəllimlik, öz sahəsi 
üzrə müdafiəsi, elmi dərəcəyə yüksəlişi, müxtəlif illərdə ayrı-ayrı ölkələrə 
işgüzar səfərləri, Rusiyada və digər Avropa ölkələrində elmi 
konfranslarda iştirak etməsi onu bir anlıq xatirələrə, uzaq keçmişə apardı. 
Bir anlıq gənclik illərini, institutda təhsil aldığı illəri, Mədəni-maarif 
texnikumunda müəllim kimi dizayn üzrə dərs dediyi illər, Milli Elmlər 
akademiyasında kiçik elmi işçi kimi iş fəaliyyətinə başladığı zaman 
çərçivəsi, elmi dərəcə almaq üçün müdafiə etdiyi ərəfə və bu mükafatların 
əvəzində nələrə sahib olması və sair... Düşüncələrində fırlanan bu 
hadisələr, keçdiyi ömür yolu, elmə həsr etdiyi həyat hekayəti – bütün 
olanlar bir anlıq gözünün önündən gəlib keçdi. Artıq evinə çatırdı. 
Beşmərtəbəli evin dördüncü mərtəbəsinin birotaqlı mənzilinə daxil 
olduqda, həvəssiz şəkildə mətbəxə keçib çaydanı isitmək istədi. 
Professorun ailəsi özü ilə yaşamırdı, onlardan uzun müddət olardı 
ki, ayrılmışdı. İki övladı – bir qızı və bir oğlu vardı. Qızı Səbinə uzun 
illərdir ki, Avropada yaşayırdı, oğlu Teymur isə Rusiyaya – qazanc 
dalınca üz tutmuşdu. 
Professor Teymurov qaydası üzrə çaydanı isidib çay içdikdən sonra 
bilgisayarını açıb yarımçıq qalan elmi məqaləsini bir daha nəzərdən 
keçirib onu tamamlamağa çalışdı. İşlərini yekunlaşdırıb kitab rəfində olan 
qutuya bir daha baxmaq üçün onu aşağı endirdi. Bunca illər ərzində 
qazandığı elmi nailiyyətləri, yüzlərlə yetişdirdiyi tələbələr, 
konfranslardakı çıxışları və ən nəhayət dizayn üzrə göstərdiyi əmək 
qabiliyyəti və elmi fəaliyyətinə görə aldığı medalın mükafat “qutusu”na 
niskilli nəzərlərlə baxdı və bir anlıq aldığı mükafatın bir balaca qutuya 
sığdığı özünün balaca mənzili ilə müqayisə etdi... Ömrünü elmə həsr edib, 
sonunun tənhalıqda, kiçik, şəraitsiz mənzildə başa vuracağını heç cür zənn 
edib, təsəvvürünə gətirə bilməzdi...
Professor Teymurovun gözündən qeyri-ixtiyari olaraq yaş axdı... 

 Səadət Sultan: Yazıçı-publisist


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam