Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

Əbədi məhəbbət

           

 

 Dostum İsa Babayevə ittihaf  edirəm. 

 

"Xeberinfo.com":   Mən artıq unutmuşam. Unutmuşam ki...  nə vaxtdan tənha yaşayıram...

  Tənha deyəndə , tənha deyiləm. Neçə illərdir ömrümün on ilini mənimlə bir evdə  həmxanalıq edən bu pişikləyəm. 

   Mən ona , o da mənə öyrəşib... Çünki , o da mənimtək tənhadır. Mənim adamlar arasında bir qohum-əqrəbam olmadığı kimi , onun da pişiklər arasında heç bir qohumu yoxdur-yetimik. 

   Bəlkə də bizi bir-birmizə bağlayan bu nəhəng dünyada , milyardlarla insanların arasında tənha olmağımızdır...

   Ehh...  hərdən qış aylarında , küçəyə çıxa bilmədiyim vaxtda , mən çarpayımda oturub öz ömür kitabımı vərəqləyirəm. Oradan ömrümün ən gözəl hekayələrini , sobanın yanında döşəkçə üstündə mürgüləyən bu pişiyə danışıram... Mənə  elə gəlir ki,  o məni başa düşür və o da gözlərini yumaraq öz xəyal aləminə səyahət edir...

   Ömrünün gözəl anları xəyala dönüb, məndən uzaqlaşdıqca daha da şirinləşir, gözəlləşir... 

   Soyuq komamda o gözəl anları xatırladıqca , mənə elə gəlir ki, komam istiləşir... sanki, komama bahar gəlir... mən də cavanlaşıram... 

   Xəyalımdakı insanları üzü nurlu , şən görürəm...

   Xəyallar nə qədər şirin olsa da onu andıqca daha da şirinləşir...

   Bəli... bü günkü acı ömrümün şirin xatirələri. ..

   Xəyalımda qalan insanlar , atam, anam, bacım, qardaşım, dostum-tanışım, qohum-əqrəbam, bir də... O, qocalsam da onlar elə o yaşda qalırlar. 

   Onu da ... ilk sevgimi mən xatirələrimə çevirə bilmişəm,öz gözəlliyi ilə, öz məhəbbəti ilə...    

 Bəs mən kimin xəyalında, xatirəsində qalacağam? ...

   Ölümümdən heç kəsin xəbəri olmayacaq... Çünki mən o heç kimlər üçün heç kiməm.

   Bu nəhəng dünyada , milyardlarla insanlar arasında heç kim... Bu faciədir... Gözə görünməz , eşidilməz, yad edilməz kəsin faciəsi...

    Küləkdən başqa qapısını kimsənin döymədiyi bu komada heç kəs mənim ölümümdən xəbər tutmayacaq.  İndi sobanın yanında , döşəkcə üstündə oturub mürgüləyən, ömrünün on ilini mənimlə bu komada keçirən pişik də ... iki gündən sonra qulaqlarımı yeyəcək...

   Sonra da ya təsadüfən və yaxud, qonşuların nə vaxtdır qapının açılmadığını görüb aidiyyatı orqanlara  xəbər verəcəklər. Onlar da qapını sındırıb, mənim iylənmiş , pişiyin didib-parçaladığı meyidimi tapacaqlar.  Və iyrənc, mundar bir leş kimi bir əskiyə büküb, kəfənsiz-filansız, kimsəsizlər qəbirstanlığında ... qeyri-standartlara uyğun yasinsiz-duasız basdıracaqlar. Bəli, dəfn yox, bir iyrənc leş kimi basdıracaqlar...

   Belə faciəvi ömrü yaşayan tək mən deyiləm, o qədərdir ki... Bəs nə etməli? Axı mən bir vaxtlar görülürdüm, eşidilirdim, məni sayırdılar. Bu nəhəng dünyanın milyardlar insanları kimi...  

   Indi niyə ömrümün qürub çağında unudulmalıyam?  Yox!.... nə isə etməliyəm! Günəş qürub edəndə də görünür... Mən belə unudulmuş, iyrənc leşə çevrilmək istəmirəm! Nə isə etməliyəm!... Etməliyəm!... Və ... Etdim!

   Evimdə ucuz –baha nəyim varsa, satdım və bir cəmiyyət yaratdım. Mənimtək kimsəsizlərin cəmiyyətin...

   Cəmiyyətin məramnaməsinə əsasən, cəmiyyətə kimsəsiz yaşı yetmiş beşdən yuxarı olan işqabiliyyəti olmayan, zəif, xəstə şəxslər cəlb olunurdu. Onlar şəxsi əşyalarını , evlərini satıb cəmiyyətin fonduna keçirir  və cəmiyyətin qərərgahında məskunlaşırlar. Cəmiyyətin nəzdində onlara hər gün istədikləri qədər yemək verilir, tanınmış müğənnilər , musiqiçilərsə günaşırı onlar üçün konsert verir. Cəmiyyətin nəzdində könüllü fəaliyyət göstərən cavanlar vasitəsilə , istədikləri yeri ziyarət  edə bilirlər.

  Hər bazar günü isə böyük ziyafət verilir. Ziyafətin sonunda cəmiyyətə üzv olanlara bir fincan qəhvə verilir. Bu fincanlardan birinə zəhər qatılır. Zəhər qatılmış fincan digər fincanlarla bahəm o şəxslərə paylanır.  Və hər kəs öz fincanındakı qəhvəni içir.  Zəhər qatılmış fincan öz işini görür. O kimsəsizlərdən biri... deyib gülə-gülə, şənlənə-şənlənə , kimsəsizlikdən xilas olub, özü kimi  kimsəsizlər arasında dünyasını dəyişir... 

   O cəmiyyətin müəyyən olunmuş üzvləri tərəfindən tən-tənə ilə məscidə aparılır, yuyulur, kəfənlənir, cəmiyyətin üzvlərinin çiynində mollanın ərrəhmanı  ilə təyin olunmuş  qəbrstanlığında dəfn olunur...

  Sonra mərhuma yas mərasimi keçirilir. Quran oxunulur, ehsan verilir...

   Bu minvalla kimsəsizlər unudulmaqdan, meyidinin iylənib, pişik tərəfindən qulaqlarının yeyilməsindən, iyrənc bir leş tək basdırılmaqdan xilas olur.  

  Cəmiyyətin sorağı hər tərəfə yayılmışdı..  Ölkənin hər yerindən yaşı yetmiş beşi ötmüş şəxslər cəmiyyətə  üzv olmağa başlamışdı.  Hətta oğlu, qızı və yaxud , qohum -əqrəbası  olanlar da bu cəmiyyətə üzv olmaq istəyirdi. Amma cəmiyyətin əsasnaməsinə uyğun cəmiyyətə yalnız kimsəsizlər, bivarislər üzv ola bilərdi. 

  Mən özüm də bu cəmiyyətdə digər üzvlər kimi fəaliyyət göstərirdim. Deməli, mən də o zəhər dolu fincanı içməli idim...

  Bir gün cəmiyyətə bir qadın üzv oldu., o da kimsəsiz idi. Təmiz, səliqəli geyinmiş,  danışığında, hərəkətində  ziyalı qadına bənzər  bu xanım....  nədənsə mənə çox doğma gəldi. Heç bir doğmamın olmadığını bilsəm də bəs bu “doğma” hardan çıxdı? Məni bu qadına doğm edən nə idi?

  Qəribəsi  o idi ki , o da sanki məni özünə doğma bilirdi. Mənimlə ünsiyyət qurmaq, danışmaq üçün can atırdı...

   Bir gün mən yüngülcə onun qolundan tutub mülayim səslə:

Xanım siz mənə çox tanış gəlirsiniz. Mənə elə gəlir ki, mən sizi hardasa, nə vaxtsa görmüşəm.  Bir də... siz mənə çox –çox doğma gəlirsiniz...  adnız nədir? Kimsiniz? Hardansınız? 

  Adım Sədaqətdir. Özüm də Bakıdanam. Amma taleyim nədənsə bəd gəldi. əvvəlcə sevgilimi itirdim, sonra valideynlərimi . Özümə qapandım həyatdan küsdüm, camaatdan qaçdım, taleyimdən küsdüm. Bə bir gün gördüm ki, hamı da məndən küsüb. Unudulmuşam və təha qalmışam.  O zaman bu cəmiyyətin yarandığını eşidib, tənhalıqdan qurtulmaq üçün , son günlərimi insanlar arasında keçirməyi , onların taleyi mənim taleyimə oxşamasa da sonluğu mənim kimi tənha qalan insanlarla birlikdə olmaq istədim...

  Sədaqət... bu sənsən?  Mənim itirilmiş məhəbbətim. Mənim ümidim, mənim arzum, mənim xoşbəxtliyim və mənim bədbəxtliyim. .. mənim tənhalığım. Mənim şirin xatirəm.. Bu mənəm, Dilqəm! Taleyi kəm, bəxti qəm... 

 Dilqəm! Dilqəm bu sənsən? İlahi...  bəs mənə demişdilər ki, sən ölmüsən? Müharibədə minaya düşüb parça-tikə olmusan, heç meyidin də ələ gəlməyib... 

Yox , mən yaralanmışdım. Sonra da əsir düşdüm. Uzun müddət əsirlikdə qaldım. Min cür əziyyət çəkdim... nəhayət əsirlikdən qaçdım. Yarıcan bir adam idim, işgəncələr məni şikəst etmişdi, heç nəyə yaramırdım. Əsir düşdüyümə və şikəst olduğuma görə camaatdan utanırdım. Heç kəsə yük olmaq istəmirdim. Valideynlərim bəlkə də mənim dərdimdən dünyalarını dəyişmişdilər. Onsuz da qohum -əqrəba tərəfdən kasad idim. Hara gedəcəkdim, kimin yanına gedəcəkdim? Səndən də utanırdım ... əsir düşdüyümə görə , şikəst olduğuma görə ... Və qərara aldım ki, guşənişin olub öz qalan ömrümü xəyallarla başa vurum.

  Dəfələrlə səni ananda xəyallara , görmək istəyəndə röyalara gedirdim. Düz əlli ildir. Düz əlli ildir xəyalımda , röyamda . sən gözəl, məsum bir mələk kimi yanındasan... Hanı o gözəllik? hanı o şux qamət?  Hanı o lətafət? Hanı o qulac saçlar... Hanı?  Kaş bu gözlərim kor olardı və sən mənim kor gözlərimdə əlli il bundan əvvəlki Sədaqət kimi qalardın...

Axı sən də mənim kimi qocalmısan Dilqəm. Bəs sən niyə o əzəmətini, o qəşəngliyini, o şux qamətini saxlaya bilmədin? Bir də sən nə üçün məndən utanıb qaçdın? Sən mənim məhəbbətim, mən sənin Sədaqətin idim. Niyə belə etdin Dilqəm? Sənin ömrünü amansız müharibə, mənimsə ömrümü sən nakam etdin Dilqəm!

Sədaqət, nəhayət ki, uzun ayrılıqdan sonra birlikdəyik, kimsəsizlər arasında. Zəhər dolu fincanın bizə çatdığı ana qədər. Hicran uzun, vüsal az... Bu da taleyin son oyunu...

 

 

            -  Ömrüm keçir ilim-ilim,

              Harda sondur, mən nə bilim?

           

 

               Ömür qatarının sərnişiniyik ,

               Harda düşəcəyik, onu bilmirik. 

 

 

  Yox Dilqəm! Biz o zəhər dolu fincanı içməməliyik. Axı biz indi tənha deyilik!

 

Sədaqət düzdür biz tənha deyilik. Amma bizim heç nəyimiz yoxdur. Bu cəmiyyətdən başqa qalmağa yerimiz də yoxdur. Hər şeyi satıb, bu cəmiyyətə keçirmişik. Bu cəmiyyətin məramına görə biz o zəhər dolu fincanı içməliyik... bir də bizim  bu yaşda ... yaşamağımıza nə lüzum? Mən şikəst, sən ahıl bir qarı, nə sən mənə qulluq edə bilərsən, nə mən sənə. Bir də elə deyək burdan getdik, bir koma tapıb qaldıq, yenə də bir iki ildən sonra ikimizdən biri öləcək. Yenə tənhalıq, yenə kimsəsizlik... yenə iylənmiş cəsəd, kimsəsizlər qəbirstanlığı, yasinsiz, filansız, kəfənsiz basdırılmaq.

Bilirəm Dilqəm onda əgər o zəhər dolu fincan kimə düşərsə, sənə düşsə, mən könüllü ikinci zəhər dolu fincanı içim, mənə düşərsə, sən iç. Heç olmasa bir məzarda dəfn olunaq. Insanların əhatəsində.

Düz deyirsən Sədaqət . Mən kimsəsizlikdən qorxuram. Məzardansa qorxmuram. Çünki , orda sən mənim yanımda olacaqsan. əbədi olacaqsan. Nə xoşbəxtlik... sevdiyinlə əbədi qalmaq...

Dilqəm gəl onda özümüzü bu kimsəsizlərə tanıdaq. Qoy onlar bilsinlər ki, biz əlli ilin hicranından sonra bu kimsəsizlər cəmiyyətində bir-birimizi tapdıq. Amma ... sonrakı tənhalıqdan qorxub sizinlə qalmağı qərara aldıq. Və zizin kimi biz də o , zəhər fincanını içməyə hazırıq. Lakin , birlikdə... Mən və O ...

 

  Biz cəmiyyər üzvlərinə hər şeyi bəyan etdik . Kimi sevindi, kimi ağladı...  Aramızda ən yaşlı olan Ədalət kişi üzünü cəmiyyət üzvlərinə tutub:

 

  Yox, bu şəxslərin bizimlə qalmasına, yəni, biz kimsəsizlər arasında qalmasına və bizim kimi onların da bu zəhər fincanını içməsinə razı ola bilməməliyik. Bu günahdır. əlli ilin hicranı vüsala məğlub olandan sonra zəhər içmək. Allaha and olsun ki günahdır... Mən belə qərara gəlirəm ki, cəmiyyətin fondundan pul götürüb , sizin üçün bir ev alaq, evə lazım olan əşyalarla sizi təmin edək, siz də özünüz üçün qalan günlərinizi xoş xatirələrlə yaşayın.  Bizim cəmiyyət üzvləri də mütəmadi sizə baş çəksin. Cəmiyyətin üzvləri o qədərdir ki ,  siz hələ iyirmi il də yaşaya bilərsiniz. 

 

 Bəli, Ədalət kişinin sözündən sonra cəmiyyət üzvləri bizim təkidimizə məhəl qoymadan bizə bir ev alıb , bizi o evə köçürdülər...

 

  İndi biz nə mən , nə də Sədaqət kimsəsiz deyil.  Əvvəla çoxlu sayda kimsəsizlərdən havadarımız var, bir də... əbədi məhəbbətimiz. Hər şeyə qalib gələn , qocalmayan əbədi məhəbbətimiz! 

 

 

 Xoşqədəm Cəbrayıloğlu

 

 

      

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam