Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ÖLƏCƏYƏM MƏN..


"Xeberinfo.com":  

Bu sərin-sərincə küləklərinlə..
Bu gözəl-gözəl diləklərinlə..
Torpağın altında..göyün üzündə
Həsrətim çürüməz ..ətim çürüməz
Mavicə-mavicə dəniz gözündə
Sənin nəfəsini öpəcəyəm mən
Sənə baxa-baxa öləcəyəm mən...

Başımın altında ..yasdıq yerinə
Yuxular göyərər..otlar göyərər
Ağrılar göyərər...yox-lar göyərər
Başımın altında yasdıq yerinə
Gizli -ah- göyərər ..-ox-lar göyərər
Qəbrimin altında..qəbrim üstündə
Həsrətim üstündə..səbrim üstündə
Kövrək budaq kimi əsəcəyəm mən

Sənə baxa-baxa öləcəyəm mən..
Soyuq baxışların ovsana keçməz 
Başımda dolanan qorsana keçməz
Qəlblərin -bəlkəli- gedimləriylə
Qəbrimin üstündə..cığır yerində..
Alışıb yanmağa o hana keçməz...
Qəbrimin üstündə..yolun üstündə..
Eşqimə uzanan qolun üstündə
Tənha söyüd kimi bitəcəyəm mən
Sənə baxa -baxa öləcəyəm mən..

 

NADİR ZİYADLI(qıpçaq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam